Fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 dekabr tarixli 737 nömrəli Sərəncamına uyğun olaraq təsdiq edilmiş plana əsasən aparılır. Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qiyabi şöbəyə, büdcə hesabına
1. Botanika – 1 yer
2. Sami dillər – 1 yer
3. Jurnalistika – 1 yer
4. İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi –1 yer
Doktoranturaya qiyabi şöbəyə,
ödənişli əsaslarla
1. Müəssisələrin təşkili və idarə olunması – 1 yer
Doktoranturaya əyani şöbəyə,
ödənişli əsaslarla
1. Ümumi iqtisadiyyat – 1 yer
2. Müəssisələrin təşkili və idarə olunması – 2 yer
3. Beynəlxalq münasibətlər – 1 yer
4. Musiqi sənəti – 2 yer
5. Təsviri sənət – 1 yer
6. Sosial fəlsəfə – 2 yer
Dissertanturaya büdcə hesabına
1. Parazitologiya –1 yer
2. Pediatriya –1 yer
3. Kompüter qurğuları və texnologiyası –1 yer
4. Ümumi iqtisadiyyat – 1 yer
5. Müəssisələrin təşkili və idarə olunması – 1 yer
6. Ümumi tarix – 1 yer
7. Vətən tarixi – 1 yer
8. Dövlət və hüquq nəzəriyyəsi və tarixi; hüquq və dövlət haqqında təlimlər tarixi – 1 yer
9. Cinayət hüququ və kriminologiya, cəza-icra hüququ – 1 yer
10. Dil nəzəriyyəsi – 1 yer
11. German dilləri –1 yer
12. Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası – 2 yer
13. Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 1 yer
14. Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası – 1 yer
Dissertanturaya ödənişli əsaslarla
1. Analiz və funksional analiz –1 yer
2. Ümumi iqtisadiyyat –1 yer
3. Müəssisələrin təşkili və idarə olunması – 1 yer
4. Beynəlxalq hüquq, insan hüquqları – 2 yer
5. Mülki hüquq, sahibkarlıq hüququ; ailə hüququ; beynəlxalq xüsusi hüquq – 1 yer
6. Roman dilləri –1 yer
7. Azərbaycan ədəbiyyatı – 1 yer
8. Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 1 yer
Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- Naxçıvan Dövlət Universitetinin rektorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- iş yerindən xasiyyətnamə;
- 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (15-20 səh.);
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- fakültə elmi şurasından çıxarış;
- kafedra elmi şurasından çıxarış.
Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.
Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildə (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanı verirlər.
Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı AMEA və nazirliklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.
Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (İELTS, TOEFL, TestDaf, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və nazirliklə razılaşdırmaqla, DİM tərəfindən müəyyənləşdirilir.
Elmlər doktoru proqramı üzrə
doktoranturaya qiyabi şöbəyə, büdcə hesabına
1. Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi – 1 yer
Elmlər doktoru proqramı üzrə
dissertanturaya büdcə hesabına
1. Vətən tarixi – 1 yer
2. Roman dilləri – 1 yer
3. Dünya ədəbiyyatı – 1 yer
4. Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası – 1 yer
5. Musiqi sənəti – 1 yer
Dissertanturaya ödənişli əsaslarla
1. Vətən tarixi – 1 yer
Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.
Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- Naxçıvan Dövlət Universitetinin rektorunun adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı;
- “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- fakültə elmi şurasından çıxarış;
- kafedra elmi şurasından çıxarış.
Doktorantura və dissertanturaya sənədlər 25 dekabr 2019-cu il tarixə qədər saat 0900-dan – 1700-a kimi Naxçıvan Dövlət Universitetinin əsas binasında Elmi hissədə qəbul edilir. (Şənbə və bazar günləri sənədlər qəbul olunmur).