22 Dekabr 2024, Bazar

Müsabiqəyə yerli icra və probasiya qurumlarında 8 yer (vəzifə kodu: 960000), Ordubad Rayon Dövlət Notariat Ofisində 1 yer (vəzifə kodu: 960004) və Sədərək Rayon Dövlət Notariat Ofisində 1 yer (vəzifə kodu: 960008) olmaqla, ümumilikdə, 10 vəzifə çıxarılmışdır.
İcra məmuru vəzifəsinin tutulması üçün ali hüquq təhsilli, 30 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Dövlət notariusu vəzifəsinin tutulması üçün isə hüquqşünas ixtisası üzrə 3 ildən az olmayan iş stajına malik ali hüquq təhsilli, 30 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 29 oktyabr-29 noyabr 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və aşağıdakı sənədlərin skan olunmuş surətlərini “şəxsi kabinet”ə yükləməlidirlər:
1. Şəxsiyyət vəsiqəsi
2. Ali təhsil haqqında sənədlər
3. Əmək kitabçası (Dövlət notariusu vəzifəsini tutmaq ­istəyən şəxslər üçün)
4. Hərbi bilet
5. 3x4 santimetr ölçüdə fotoşəkil (ağ fonda).
Xarici ali təhsil müəssisələrinin məzunları təhsil sənədlərinin Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyinə dair şəhadətnamənin əslini və notarial qaydada təsdiq olunmuş surətini Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməlidirlər.
Namizədlər elektron ərizəni təsdiq etmək üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 900-dan 1230-dək və 1400-dan 1730-dək Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilməlidir.
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə işləməyə qadir olmayan, qanunla müəyyən edilmiş həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər işə qəbul edilmirlər.
Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.
Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gəlməklə müraciət edə bilərlər.
Maraqlananlar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR