Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti kənd xidmət mərkəzlərində mövcud olan vakansiyaların kadrlarla təmin edilməsi üçün Naxçıvan Regional Peşə Tədris Mərkəzində bərbər-manikürçü peşəsi üzrə kurs təşkil edir. Kursda tədrisin müddəti 3 aydır. Tələbat aşağıdakı kimidir:
Kursu müvəffəqiyyətlə bitirənlər qeyd edilən vakansiyalar üzrə işlə təmin olunacaqlar. Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış.
Əlaqə telefonu: 545-32-33