Sədərək rayonundakı Su Monitorinq Laboratoriyasının əməkdaşları iyul ayında Araz çayından, Arpaçaydan və Sədərək rayonu ərazisindəki Şir arxından həftədə bir dəfə olmaqla, 11 su nümunəsi götürmüş, nümunələrdə ağır metalları və radioaktivlik dozasını, suyun temperaturunu, codluğunu, müqavimətini, elektrik keçiriciliyini, duzluluğunu, hidrogen göstəricisini və həll olmuş oksigenin miqdarını təyin etmək məqsədilə analizlər aparmışdır. Aparılan analiz nəticələrinin normaya uyğun olduğu müəyyən edilmişdir.