Müsabiqədə iştirak etmək istəyən şəxslər 4 sentyabr-4 oktyabr 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Namizədlər elektron ərizəni təsdiq etmək məqsədilə test imtahanında iştirak üçün 70 manat məbləği komissiyanın “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödəməli və ödənişə dair qəbzin surətini komissiyaya təqdim etməlidirlər.
Namizədlər, həmçinin komissiyaya gəlmədən “şəxsi kabinet” vasitəsilə onlayn olaraq bank kartları ilə ödəniş edə bilərlər.
Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 900-dan 1230-dək və 1400-dan 1730-dək həyata keçirilir.
Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.
Maraqlananlar komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.