Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran vətəndaşları Naxçıvan Regional Peşə Tədris Mərkəzində rabitə sahəsi üzrə elektrik montyoru peşə hazırlığı kursu keçməyə dəvət edir.
Rayonlar üzrə tələbat aşağıdakı kimidir:
Naxçıvan şəhəri üzrə – 6
Ordubad rayonu üzrə – 4
Şahbuz rayonu üzrə –4
Kəngərli rayonu üzrə – 1
Peşə hazırlığı kurslarının tədris müddəti 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2013-cü il iyulun 31-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:
1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış
Əlaqə telefonu: 545-32-33