22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası ­Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən kollegiya üzvlüyünə (vəkilliyə), həmçinin rayonlarda yaradılacaq vəkillik qurumlarında vəkilliyə qəbulla əlaqədar müsabiqə elan olunur.
Müsabiqədə (ixtisas imtahanlarında) ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Vəkilliyə namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, vəkil vəzifəsinə yararlı və layiqliliyinin müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası ilə birlikdə testdən və şifahi müsahibə imtahanlarından ibarət ixtisas imtahanları keçiriləcək, ixtisas imtahanlarını müvəffəqiyyətlə vermiş namizədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimdə (30 gün) iştirak edəcəklər. Xarici dilləri, kompüter proqramlarını mükəmməl bilən namizədlərə üstünlük veriləcəkdir.
Müsabiqədə (ixtisas imtahanlarında) iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş formada ərizə
2. Kadrlar uçotunun şəxsi vərəqəsi
3. Tərcümeyi-hal
4. Ali təhsil haqqında diplomun surəti (diplomun əsli sənədlərlə birlikdə təqdim edilməlidir)
5. Əmək kitabçasının təsdiq edilmiş (notarial və yaxud kadrlar idarəsində) surəti
6. Şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və yaxud forma № 9) surəti
7. Yaşadığı ünvan və ailə tərkibi haqqında arayış
8. Əqli cəhətdən sağlam olmaq barədə müvafıq dispanserdən arayış
9. 3x4 santimetr ölçüdə 4 ədəd fotoşəkil
10. Hərbi biletin surəti.
Sənədlərin qəbulu 1 sentyabr 2018 -ci il tarixdən hər iş günü saat 1000-dan 1700-dək Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi 5 ünvanında – Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti aparatının qəbul otağında aparılacaq.

Əlaqə vasitələri:
telefon: (036) 545-58-06
Məsul şəxsin əlaqə nömrəsi: 050-485-04-35
e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR