Muxtar respublika əhalisi avqustun 30-dan sentyabrın 16-dək Naxçıvan şəhəri, Xətai küçəsindəki Mərkəzi Bazarda və rayon mərkəzlərində keçiriləcək məktəbli yarmarkalarına dəvət edilir.
Məktəbli yarmarkaları hər gün saat 9-dan 14-dək xidmət göstərəcəkdir.
Yarmarkada alıcılara münasib qiymətlərlə yüksək keyfiyyətdə xüsusi geyim və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif ediləcək.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi