22 Dekabr 2024, Bazar

1. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu
2. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu
3. Təbii Ehtiyatlar İnstitutu
4. Bioresurslar İnstitutu
5. Batabat Astrofizika Rəsədxanası

Azərbaycan MEA-nın elmi müəssisəsinin direktoru vəzifəsinə namizədlər yüksək elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan elmlər doktorları, fəlsəfə doktorları sırasından həmin bölmədən olan üzvlər və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilərlər.
Namizədlərin irəli sürülməsinə dair aşağıdakı sənədlər (2 nüsxədə) elan dərc edildiyi gündən etibarən 1 ay ərzində AMEA Naxçıvan Bölməsinə (Az – 7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 76. AMEA Naxçıvan Bölməsinin Kadrlar və doktorantura şöbəsi. telefon: 545-16-80; 544-65-97təqdim edilməlidir:

– namizədin irəli sürülməsi haqqında elmi müəssisənin elmi şurasının qərarı;
– namizədin seçkilərdə iştirak etməsi haqqında yazılı razılığı;
– elmi əsərlərin təsdiq olunmuş siyahısı;
– kadr uçotu üzrə şəxsi vərəqə;
– 2 ədəd fotoşəkil (3x4 sm);
– təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surəti;
– tərcümeyi-hal.

AMEA Naxçıvan Bölməsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR