Rəqəmli televiziya və FM radioyayım tezliklərinin koordinasiyası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və İran İslam Respublikasının İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi arasında imzalanmış protokolun icrası ilə əlaqədar sərhəd bölgələrində qarşılıqlı maneə təsirlərinin aradan qaldırılması məqsədilə 1 iyun 2018-ci il tarixdən Duzdağ Radio-Televiziya Verici Stansiyasından FM diapazonunda radioyayımı həyata keçirən Naxçıvanın Dövlət radiosu 104.0 Mhz FM tezliyindən 104.1 Mhz FM tezliyinə, İctimai radio 103.4 Mhz FM tezliyindən 98.1 Mhz FM tezliyinə, Azərbaycan Milli Radiosu 102.5 Mhz FM tezliyindən 102.1 Mhz FM tezliyinə, “Araz” FM 94.0 Mhz FM tezliyindən 94.1 Mhz FM tezliyinə, “Azad Azərbaycan” radiosu isə 106.3 Mhz FM tezliyindən 90.1 Mhz FM tezliyinə keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikasının
Rabitə və Yeni Texnologiyalar Nazirliyi