02 May 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeniyetmə, gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” III yaradıcılıq müsabiqəsi elan edir.
Müsabiqədə Naxçıvan Muxtar Respublikasında yaşayan telejurnalist və rejissorlar, ali, orta ixtisas və ümumtəhsil müəssisələrinin tələbə və şagirdləri, həvəskar və professional fotoqraflar iştirak edə bilər. Müsabiqə “Ən yaxşı film” və “Ən yaxşı foto” nominasiyaları üzrə keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, film və fotolar vasitəsilə ailə dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələrini ictimaiyyətə, yeniyetmə və gənclərə təqdim etmək, ailə səadətinin açarı kimi ailə dəyərlərini işıqlandırmaq, yeniyetmə və gənclərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq və bədii zövqü inkişaf etdirməkdir.
Yaradıcılıq qabiliyyəti olan hər bir yeniyetmə, gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunmuş materialların qiymətləndirmə meyarları aşağıdakılardır:
- müsabiqənin məqsədinə uyğunluğu və şərtlərinə cavab verməsi;
- ideyanın, kompozisiyanın orijinallığı və yaradıcı yanaşma;
- işin təsiredici qüvvəyə malik olması və asan qavranılması;
- keyfiyyəti.

Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı tələblərə cavab verməlidir:
- film (5 dəqiqədən artıq olmaq şərti ilə) CD formatda (1 ədəd diskdə);
- foto (5 ədəddən artıq olmamaq şərti ilə) CD formatda (1 ədəd diskdə), 20x30 sm və daha böyük ölçülü rəngli və ya ağ-qara kağız ­formatda.
Müsabiqəyə təqdim edilən işlərin mövzuları bunlardan ­ibarətdir:
- xalqımızın ailə dəyərləri, adət-ənənələri;
- ənənəvi ailə münasibətləri və ailə mədəniyyətinin təbliği;
- ailənin bütövlüyünü təşkil edən amillər və ailənin uzunömürlü olmasının sirləri;
- nümunəvi ailələrin təbliği, yeniyetmə və gənclərin yaşlı nəslə ehtiram və hörməti;
- ailə quran tərəflərin onun bütövlüyü üçün ­əzmkarlığı;
- qohum və erkən nikahların, zərərli vərdişlərin yaratdığı fəsadlar;
- övladını tək böyüdən nümunəvi valideynin ­fədakarlığı;
- qonaqpərvərlik ənənələrimizin təbliği və sair.
Müsabiqədə iştirak etmək istəyən şəxslər hazırladıqları film və ya fotoları, müvafiq anketi şəxsiyyət vəsiqələrinin surəti ilə birlikdə 2018-ci il iyun ayının 29-dək Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər. Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:
Birinci yer (1 nəfər) – Diplom və pul mükafatı (200 manat)
İkinci yer (1 nəfər) – Diplom və pul mükafatı (150 manat)
Üçüncü yer (1 nəfər) – Diplom və pul mükafatı (100 manat)
Həvəsləndirici yer (3 nəfər) – Diplom və qiymətli hədiyyə

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev 42,
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Əlaqələndirici şəxs: Könül Babayeva
Telefon: 545-39-75

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR