Tender 2 lot üzrə keçirilir.
Lot-1: yaz-yay mövsümü üçün müxtəlif növ əşya əmlaklarının satın alınması
Lot-2: hərbi ayaqqabıların satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Maliyyə-təsərrüfat şöbəsindən (əlaqələndirici şəxs: Cabbarov Murad Rasim oğlu, tel: 544-48-34) ala bilərlər.
İştirak haqqı:
Lot 1 – 30 manat
Lot 2 – 30 manat
Hesab: AZ21NABZ12360100000000005944
VÖEN: 0200312291
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi
Kod: 502906
VÖEN: 0200087741
M/H: AZ88NABZ014517
SWIFT: NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 5 iyun 2018-ci il saat 1700-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 12 iyun 2018-ci il saat 1700-a qədər Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Maliyyə-təsərrüfat şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 13 iyun 2018-ci il tarixdə saat 1100-da Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası