22 Dekabr 2024, Bazar

Naxçıvan Müəllimlər İnstitutunda “Təhsil kurikulumları: praktik tətbiqlər” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir. Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcəkdir:
1. Ümumtəhsil məktəblərində şəxsiyyətyönümlü kurikulumların tətbiqi yolları;
2. Nəticəyönümlü kurikulumların tətbiqi;
3. Kurikulumların tətbiqində dərs nümunələri;
4. Məktəbəqədər müəssisələrdə kurikulumların tətbiqi yolları;
5. Təfəkküryönümlü kurikulumların tətbiqi.

Konfransda respublikanın ali, orta təhsil və məktəbəqədər müəssisələrinin əməkdaşları məruzələrlə çıxış edə bilərlər. Məruzələrin adı bölmələrin adı ilə üst-üstə düşməməlidir.
Tezislər konstruktiv, konkret və konfransın mövzusuna uyğun olmalıdır və 1 santimetr intervalla, 14 şriftlə (Times New Roman), formatı – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 santimetr olmaq şərti ilə 1-3 səhifə həcmində təqdim olunmalıdır. Müəlliflərin adı, soyadı, elmi dərəcəsi, iş yeri və e-mail ünvanı məqalənin adının altında yazılmalıdır.
Konfransın materialları məcmuə şəklində nəşr olunacaqdır.
Məruzələr 16 aprel 2018-ci il tarixədək Naxçıvan Müəllimlər İnstitutunun elmi hissəsində qəbul olunur.
Konfrans 20 aprel 2018-ci il tarixdə saat 1100-da Naxçıvan Müəllimlər İnstitutunun akt zalında keçiriləcəkdir.

Ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi 31.
Naxçıvan Müəllimlər İnstitutu
Telefon: (+99036)545-32-02
Fax: (+99036)545-32-02

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR