Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, bəstəkar Elnara Dadaşova ali təhsil ocağının İncəsənət fakültəsinin müəllim və tələbələri üçün vebinar keçib. Bəstəkarlıq sənəti, yeni üslub və cərəyanlar haqda danışan Elnara Dadaşova eyni zamanda canlı ünsiyyətdə olduğu görkəmli Azərbaycan bəstəkarları, xüsusilə də bəstəkarlıq sinfində təhsil aldığı müəllimi Qara Qarayevlə bağlı xatirələrini bölüşüb. Professor müəllim və tələbələrə musiqi əsərlərinin təhlili və solfecio fənninin tədrisinə gətirdiyi yeniliklərdən bəhs edib və bəzi metidik göstərişlər verib. Elnara Dadaşova bəstəkar Qara Qarayevin preludunu ifa edərək əsəri təhlil edib.
Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.
Səadət Əliyeva NDU-nun Televiziya,
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri
Dekabr 2021 |
Copyright Şərq Qapısı © 2019. Bütün hüquqlar qorunur.
Designed by Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi.