Tarixi, mədəniyyəti, təbiət gözəllikləri ilə məşhur olan qədim Naxçıvanımızın dadı dillər əzbəri olan meyvələri də vardır ki, onların sorağı uzaq diyarlardan gəlir. Azərbaycanımızın hər hansı bir guşəsinə yolumuz düşdükdə orada Naxçıvandan olduğumuzu bilənlər diyarımızın meyvələrinin mövsümdə təzə-tər istifadə ilə yanaşı, qurusunun da faydasından ağızdolusu danışır, bu meyvələrin dadı damaqda qalır, – deyirlər. Bu düşüncələrlə də belə meyvələrin yetişdirildiyi ünvanlardan birinə – muxtar respublikamızın ən böyük rayonu olan Şərura üz tuturam. Yolboyu salınan bağlara baxdıqca qürur hissi keçirirəm. Budur, Yuxarı Daşarx kəndinin ərazisində Bəxtiyar Əsədova məxsus olan bağda müxtəlif növ meyvə ağaclarına rast gəlmək mümkündür. Şaftalı ağaclarının çoxluq təşkil etməsi ilk anda diqqəti çəkir. Bağ sahibi ilə həmsöhbət oluram: