27 Aprel 2024, Şənbə

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi iştirakçıları dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır, şəhid ailələri, müharibə veteranları hərtərəfli qayğı ilə əhatə olunurlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə müvafiq kateqoriyadan olan muxtar respublika sakinlərinin sosial şəraiti yaxşılaşdırılır, onların mənzil və avtomobillərlə təminatı diqqət mərkəzində saxlanılır. Eyni zamanda Vətən müharibəsi iştirakçılarının tibbi və sosial reabilitasiya tədbirlərinə cəlb olunması, onlar üçün sosial dəstək tədbirlərinin icrası da davam etdirilir.


Görülən işlər çərçivəsində Naxçıvan şəhərində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, yaralananlar və onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı Psixoloji Dəstək Xidməti yaradılıb. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Regional İnformasiya Mərkəzində təşkil olunan xidmətdən hazırda 40-a yaxın müvafiq kateqoriyadan olan şəxs istifadə edir.
Qeyd edək ki, sözügedən xidmətə müraciətin daha da asanlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytı – sosial.nmr.az-da “Şəhid ailələri və müharibədə yaralananlara psixoloji dəstək” adlı xüsusi bölmə (http://sosial.nmr.az/psixidestek) də istifadəyə verilib. Belə ki, Psixoloji Dəstək Xidmətindən yararlanmaq istəyən muxtar respublika sakinləri həmin bölməyə daxil olmaqla qeydiyyatdan keçə və ya 036-545-65- 26 nömrəli əlaqə telefonu vasitəsilə müraciət edə bilərlər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR