19 May 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin muxtar respublika məhkəmələrinin 2013-cü ilin birinci yarısındakı fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov muxtar respublika məhkəmələrinin 2013-cü ilin birinci yarısındakı fəaliyyətinin yekunları ilə bağlı məruzə edərək məhkəmələr tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlərdən danışmışdır.
Bildirilmişdir ki, 2013-cü ilin birinici yarısında Ali Məhkəməyə daxil olan ərizə və şikayətlər vaxtında öyrənilərək nəticələri barədə vətəndaşlara qanunla müəyyən olunmuş qaydada cavab verilmiş, müraciət etmiş vətəndaşların şikayətləri araşdırılıb həll edilmişdir.

Ramiz Süleymanov məhkəmə qərarlarının axtarış sistemli vahid elektron bazasının yaradılmasından, Ali Məhkəmədə fəaliyyətə başlamış Məlumatlandırma mərkəzinin vətəndaşların hüquqlarının müdafiəsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasındakı rolundan bəhs etmişdir.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi hüquqi maarifləndirmə sahəsində də bir sıra işlər görmüş, ötən illərdə olduğu kimi, cari ilin müvafiq dövründə də hakimlərin peşə bacarıqlarının artırılması, hakimlər tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı olaraq Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, onların hüquqi biliklərinin daha da möhkəmləndirilməsi istiqamətində, eləcə də milli qanunvericiliyə edilən əlavələr və dəyişikliklər barədə müntəzəm olaraq muxtar respublikada yaşayan əhali arasında hüquqi təbliğat və izahat işləri aparılması sahəsində bir sıra tədbirlər həyata keçirmişdir.
Sonra muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələrinin sədr və hakimlərinin cari ilin birinci yarısında gördükləri işlərə dair məlumatları dinlənilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış etmişdir.

Xəbərlər şöbəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR