19 May 2024, Bazar

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni aldığı Braziliya istehsalı olan müasir “Embraer-190” tipli təyyarə dünən Naxçıvan Muxtar Respublikasına ilk uçuşunu edib. Yeni təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına saat 1200-də enib.
“Embraer Commercial Aviation” şirkətinin nümayəndəsi, Naxçıvana uçuşu həyata keçirən təyyarənin ekipaj komandiri Marselo Teles ilə söhbət zamanı o, bu təyyarələrin üstünlüklərindən danışarkən bildirdi ki, ikimotorlu, ortamənzilli “Embraer-190” tipli hava gəmisi daha güclü mühərriklərlə, uzadılmış salonla, geniş qanad dizaynı ilə təchiz edilib. Bu təyyarələr daha az xərclə daha çox sərnişin daşımağa imkan verir. Ən yeni texnologiyaların tətbiqi nəticəsində təyyarədə sərnişinlər üçün rahat şərait yaradılıb.
Məlumat üçün bildirək ki, dünyada hava nəqliyyatında tanınan Braziliyanın “Embraer Commercial Aviation” şirkətinin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti üçün hazırladığı “Embraer-190” tipli müasir sərnişin təyyarəsi 106 sərnişin üçün nəzərdə tutulub. AZAL-ın sifarişinə əsasən, təyyarənin daxili və xarici dizaynı yenidən işlənib. Bu tipli təyyarələr ekonom sinifli elit oturacaqlı konfiqurasiya ilə təchiz edilib. Yüksək texnologiya ilə təchiz olunan “Embraer” tipli təyyarələr hazırda dünyada ən uğurlu kommersiyatipli hava gəmilərindən sayılır. Yeni təyyarə Bakı-Naxçıvan və əks istiqamətdə sərnişin daşınmasında istifadə ediləcək, vətəndaşların təhlükəsiz şəkildə və ən qısa vaxt ərzində mənzil başına çatmalarının təmin olunmasında mühüm rol oynayacaq.

Xəbərlər şöbəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR