19 May 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsində gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib. Mərasimi giriş sözü ilə idarənin rəisi, polkovnik-leytenant Nurəddin Hüseynov açıb.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Aydın Hacıyev, rayon prokurorunun müavini, ədliyyə müşaviri Elsevər Quliyev, Polis Şöbəsinin rəis müavini, polis mayoru Nəzmi Vəliyev, Gənclər və İdman İdarəsinin əməkdaşı Vüqar Paşayev, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının Şərur Rayon Şöbəsinin sədri Elsevər Rüstəm­ov və başqaları çağırışçıları, onların valideynlərini təbrik edərək hərbi xidmətə yollanan gənclərə xoş arzularını çatdırıblar. Bildirilib ki, həqiqi hərbi xidmətə çağırılan gənc­lərimiz Vətən qarşısındakı müqəddəs borclarını ləyaqətlə yerinə yetirmək üçün ordu sıralarına həvəslə, ürəklə gedirlər. Bu da təsadüfi deyil. Çünki ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından sonra ordu quruculuğuna başlanılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sahəyə böyük qayğısı sayəsində Milli Ordumuz regionun ən güclü, qüdrətli ordusuna çevrilib. Gənclərin hərbi vətənpərvərlik işinin yüksək səviyyədə qurulmasına diqqət artırılıb.

Valideynlər adından danışan Mübariz Quliyev övladının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiyini bildirib, gənclərə hərbi xidmətdə uğurlar arzulayıb.
Ordu sıralarına yola düşən gənclər adından Kənan Rəhimli çıxış edərək bildirib ki, hərbi xidmət müddətində Vətənə sədaqətlə xidmət edəcək, komandirlərin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirəcəklər.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Nurəddin Hüseynov çıxışında bildirib ki, gənclərin hərbi xidmətə çağırılması kampaniyasının uğurla həyata keçirilməsi üçün xidmətin Şərur Rayon İdarəsində nəzərdə tutulan bütün zəruri tədbirlər reallaşdırılıb. Belə ki, idarədə yaradılmış komissiya indiyədək çağırışçıların və onların valideynlərinin müvafiq müraciətlərini həssaslıqla nəzərdən keçirib, uyğun qərarlar verib.
Nurəddin Hüseynov onu da vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin Silahlı Qüvvələrimizin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, eyni zamanda gənclərin həqiqi hərbi xidmətə yola salınması, hərbi hissələrdə yerləşdirilməsi ilə bağlı yeniliklər nəticəsində hərbi xidmətə çağırışdan yayınma hallarına təsadüf olunmur. Elə bugünkü mərasimdəki qələbəlik, təntənə də bu fikrin təsdiqidir. Belə ki, çağırışçıların hamılıqla bu mərasimə fəal şəkildə qatılması, valideynlərin ifadə etdikləri razılıq, minnətdarlıq sözləri gənclərin hərbi xidmətə münasibətlərinin əyani təcəssümüdür.
Həmin gün Kəngərli rayonunda da gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Xəbərlər şöbəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR