19 May 2024, Bazar

Hər bir dövlətdə güclü оrdunun yaradılması tariхi zərurətdir. Orduya isə döyüş qabiliyyəti yüksək olan vətənpərvər əsgərlər lazımdır. “Azərbaycan Respublikası vətəndaşlarının 2013-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2013-cü il tarixli Sərəncamı muxtar respublikada da uğurla icra olunur, bu vacib kampaniya böyük ruh yüksəkliyi ilə yerinə yetirilir. Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidmətə yola salınması yüksək mütəşəkkillik şəraitində keçirilir.
Bu tədbirlərin davamı olaraq, dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsində gənclərin ordu sıralarına yola salınması mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şöbənin rəisi vəzifəsini icra edən, kapitan Vüqar Rəhimli çıxış edərək həmişəki kimi yenə də hərbi çağırışı əsl bayram təntənəsinə çevirən, bu vacib kampaniyanın uğurla həyata keçirilməsinə yaxından kömək edən hər kəsə minnətdarlığını bildirib. Qeyd olunub ki, gənclərin ordu sıralarında şərəflə xidmət keçməsi, Vətənin keşiyində ayıq-sayıq dayanması, ilk növbədə, hərbi-vətənpərvərlik tərbiyəsinin düzgün qurulmasından çox asılıdır. Məhz buna görə də son illər muxtar respublikada bu məsələyə diqqət artırılıb.

Azərbaycanda, eləcə də muxtar respublikada ordu quruculuğuna göstərilən dövlət qayğısından da danışan natiq Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini təbrik edib. O, əmin olduğunu bildirib ki, gənclər ordu sıralarında ləyaqətlə xidmət keçməklə, hərbi texnikanın sirlərinə dərindən yiyələnməklə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmaqla valideynlərinin başını uca edəcəklər. Bildirilib ki, bu gün Azərbaycanın güclü və qüdrətli ordusu vardır və bu ordu istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Son illərdə orduya ayrılan xərclər, ordu quruculuğu sahəsində görülən işlər, hərbi sənaye kompleksinin inkişafı bunu deməyə əsas verir.
Mərasimdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar İsmayılovun, rayon Gənclər və İdman İdarəsinin rəisi Rafiq Bayramovun, Təhsil Şöbəsinin əməkdaşı Əyyar Səfərovun, Ordubad Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Fərrux Nağızadənin çıxışları olub. Çıxış edənlər Azərbaycan Ordusunun şanlı tarixindən, ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından sonra ordu quruculuğu sahəsindəki misilsiz xidmətlərindən söhbət açıblar. Vurğulanıb ki, son illərdə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Milli Ordumuz regionun ən güclü və qüdrətli ordusuna çevrilib. İndi bu ordu torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır və bununla bağlı Ali Baş Komandanımızın əmrini gözləyir.
Valideynlər adından danışan İntiqam Qəhrəmanov ordu sıralarına yola düşən gənclərə xoş arzularını bildirib, övladının hərbi xidmətə yollanmasından böyük qürur hissi keçirdiyini deyib.
Gənc çağırışçılardan Araz Əsgərli Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərin tapşırıqlarını layiqincə yerinə yetirəcəklərinə söz verib. Bu günün onun həyatında ən əlamətdar hadisə olduğunu bildirən gənc çağırışçının nitqində belə bir əminlik ifadə olunub ki, əgər torpaqlarımızın sülh yolu ilə azad olunması istiqamətində aparılan danışıqlar nəticə verməsə, onda Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə gənclər düşmən üzərində layiqli qələbə çalıb qalib döyüşçü kimi evə qayıdacaqlar.
Çıxışlardan sonra çağırışçılar təntənəli şəkildə hərbi xidmətə yola salınıblar.
Həmin gün Culfa rayonunda da gənclərin hərbi xidmətə yola salınma mərasimi keçirilib.

Xəbərlər şöbəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR