19 May 2024, Bazar

Bu mövzuda Naxçıvan Tibb Kollecində tədbir keçirilmişdir

Naxçıvan Tibb Kollecində “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə kollecin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İlhamə Mustafayeva geniş məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, ulu öndərimiz Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda ölkəmizə rəhbər seçilməsi Azərbaycanın yeni tarixinin əsaslı dönüş mərhələsinin başlanğıcı idi. Məhz bu tarixdən etibarən keçmiş SSRİ-də ən geridə qalan ölkələrdən hesab edilən Azərbaycan qısa müddətdə qabaqcıl respublikalardan birinə çevrilmişdir. O dövrdə respublikamızda yeni yaşayış massivlərinin salınması, fabrik və zavodların tikilməsi, neçə-neçə təhsil müəssisəsinin, hərbi məktəblərin yaradılması, neft sənayesinin dirçəldilməsi, kənd təsərrüfatının, elmin, mədəniyyətin inkişaf etdirilməsi Azərbaycanın bugünkü müstəqilliyinin təməlinin qoyulmasına xidmət edirdi.

1982-ci ildə ümummilli liderimizin SSRİ-də rəhbər vəzifəyə irəli çəkilməsindən sonra Azərbaycanın hərtərəfli inkişafı ilə yanaşı, xalqımızın dünya arenasında tanıdılması və təbliği istiqamətində görülən işlərin miqyası daha da genişləndirilmişdir. 1982-87-ci illərdə görkəmli dövlət xadimi Heydər Əliyevə görə keçmiş Sovetlər Birliyində Azərbaycanla hesablaşılır, ölkəmizdəki inkişafın qarşısını almağa, torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmirdi. Azərbaycanın inkişafını dayandırmaq, onu parçalamaq üçün yeganə bir yol vardı – ölkəni Heydər Əliyev inkişaf xəttindən çıxarmaq lazım idi. Nəhayət, 1987-ci ildə bu məkrli plan həyata keçirilmiş, ümummilli liderimiz hakimiyyətdən uzaqlaşdırılmışdır. Beləliklə, ölkəmizin ağrı-acılarla dolu dövrü başlanmışdır. Ötən əsrin əvvəllərində ağır günlərini yaşayan Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasının, ölkənin düşdüyü bəlalardan xilasının yeganə yolunun Heydər Əliyev quruculuq xəttinə qayıdışdan ibarət olduğunu dərk edən xalqımız 1993-cü ildə ümummilli liderimizi təkidli tələblə respublika rəhbərliyinə dəvət etdi. Ulu öndərimizin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoyulmuş, Azərbaycan 1969-cu ildən başlanan quruculuq xəttinə qaytarılmışdır.
Bildirilmişdir ki, ulu öndərimizin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, Əsrin müqaviləsinin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi müasir Azərbaycan dövlətinin yaradılmasına səbəb olmuşdur.
Sevindirici haldır ki, əsası 1969-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf konsepsiyası bu gün uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlara imza atılır. Görülən işlər ölkəmizi günü-gündən irəliyə doğru aparır. Artıq Azərbaycan beynəlxalq arenada söz sahibidir. Cənubi Qafqazda Azərbaycanın iştirakı olmadan heç bir beynəlxalq layihə reallaşdırıla bilməz. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülhün və təhlükəsizliyin təminatına öz layiqli töhfəsini verir.
Qeyd edilmişdir ki, Heydər Əliyev yolunun uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da əsl intibah dövrünü yaşayır. Doğma diyarımız gündən-günə çiçəklənir, həyata keçirilən quruculuq tədbirləri muxtar respublikamızın hərtərəfli inkişafına təkan verir. Bütün bunlar 1969-cu ilin 14 iyulundan başlanan yolun, siyasi xəttin bəhrələridir.
Sonra məruzə ətrafında kollecin müəllimlərindən Əntiqə Qasımovanın, Tutu Fərəcovanın və başqalarının çıxışları olmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR