19 May 2024, Bazar

“Azərbaycan Respublikası vətəndaşlarının 2013-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2013-cü il tarixli Sərəncamına əsasən, dünən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəis müavini, polkovnik-leytenant Zahid Əliyev açıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərovun, Naxçıvan Şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanovun, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahovun, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik-leytenant Elxan Əliyevin çıxışları olub. 
Çıxış edənlər orduya göstərilən dövlət qayğısının daim artırıldığını və müstəqil Azərbaycan Ordusunun ildən-ilə qüdrətləndiyini bildirib, Vətənin müdafiəsi, onun ərazi bütövlüyünün və suverenliyinin keşiyində durmağın hər bir vətəndaşın ən müqəddəs borcu olduğunu vurğulayaraq ordu sıralarına yollanan gənclərə uğurlu xidmət arzulayıblar. Qeyd edilib ki, bu gün orduya yola salınan gənclər böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşür və onlar Vətənimizin ərazi bütövlüyünü qorumaq kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirəcəklər. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin qayğısı ilə Azərbaycan Ordusu hazırda regionun ən güclü ordusudur. Müasir maddi-texniki bazaya malik Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır.
Mərasimdə valideynlər adından çıxış edən Tahar Qulamov çağırışçı gənclərin Vətənə sədaqətlə xidmət edəcəklərinə əmin olduğunu bildirib, hərbi xidmətə yola düşmələri münasibətilə çağırışçıları təbrik edib.
Çağırışçılar adından danışan Budaq Abdullayev Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərin tapşırıqlarını layiqincə yerinə yetirəcəklərinə söz verib. Bu günün onun həyatında ən əlamətdar hadisə olduğunu bildirən gənc çağırışçının nitqində belə bir əminlik ifadə olunub ki, əgər torpaqlarımızın sülh yolu ilə azad olunması istiqamətində aparılan danışıqlar nəticə verməsə, onda Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq əmri ilə əsgərlərimiz düşmən üzərində layiqli qələbə çalıb qalib döyüşçü kimi evə qayıdacaqlar.
Sonra gənc əsgərlər hərbi xidmətə yola salınıblar.

Səbuhi HÜSEYNOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR