19 May 2024, Bazar

Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 44-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında tədbir keçirilmişdir. Tədbir başlanmazdan əvvəl ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. YAP Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov tədbirdə məruzə etmişdir.
Bildirilmişdir ki, haqlı olaraq 1969-1982-ci illər Azərbaycan tarixinin inkişaf, tərəqqi və intibah dövrü adlandırılır. Dahi rəhbər Heydər Əliyev uzaqgörən siyasəti ilə hələ sovet dönəmində ölkəmizin yeraltı və yerüstü sərvətlərindən səmərəli istifadə olunmasını təmin etmiş, insanların yaşayış səviyyəsinin yüksəlməsinə nail olmuşdur. Bu dövrdə ictimai-iqtisadi inkişafın və milli-mədəni oyanışın bütün sahələrində müstəqil dövlət quruculuğu istiqamətində ciddi addımlar atılmışdır.
Azərbaycana rəhbərlik etdiyi illər ərzində minilliklər boyu əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirməyi bacaran dahi şəxsiyyət Heydər Əliyev keçmiş SSRİ dövlətinin rəhbərlərindən biri kimi fəaliyyət göstərdiyi dövrdə də doğma Azərbaycanın inkişaf və çiçəklənməsinə, əhalinin rifah halının daha da yüksəldilməsinə çalışmışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı düşdüyü fəlakətlər girdabından xilas edən ümummilli liderimizin səyi nəticəsində dövlət müstəqilliyimiz əbədi, dönməz xarakter almışdır.

Qeyd edilmişdir ki, bu gün Azərbaycan öz iqtisadi inkişafına görə dünyanın öndə gedən ölkələrindən birinə çevrilmişdir. Dövlət başçısı cənab İlham Əliyev ümummilli liderimizin ideyalarına sadiq qalaraq Azərbaycanı uğurlu sabaha, xoşbəxt gələcəyə aparır. Ölkəmizi inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siya­səti xoşbəxt gələcəyimizin təminatçısıdır. İndi Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların, demək olar ki, əksəriyyətində təmsil olunur. Həyatın bütün sahələrində sürətli tərəqqi yolu ilə inamla və möhtəşəm nailiyyətlərlə irəliləyən müasir Azərbaycan ölkə başçısı cənab İlham Əliyevin genişmiqyaslı və yorulmaz fəaliyyəti nəticəsində qısa zaman kəsiyində böyük inkişaf mərhələsi keçmiş, əldə etdiyi sosial-iqtisadi uğurlarla dünya miqyasında lider mövqeyə yüksəlmişdir. Qazanılmış uğurlar və bugünkü Azərbaycan reallıqları ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının nə dərəcədə mükəmməl olduğunu sübuta yetirmişdir.
Tədbirdə YAP Babək Rayon Təşkilatının şura üzvlərindən Əbdülhüseyn Zamanov, Tofiq Abutalıbov, Babək qəsəbə tam orta məktəbinin müəllimi Adilə İbrahimova çıxış etmişlər. Çıxışlarda vurğulanmışdır ki, ümummilli liderimiz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın da inkişafını daim diqqətdə saxlayır, regionda mövcud olan problemlərin həll olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirirdi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi tərəqqi Naxçıvanda günü-gündən geniş vüsət alır. Elə buna görədir ki, həyatımızın bütün sahələrində dinamik inkişaf əldə edilmişdir. Həyata keçirilən iqtisadi islahatlar iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini yaxşılaşdırmışdır. Bütün bunlar isə 1969-cu ilin 14 iyulundan başlanan Heydər Əliyev siyasətinin uğurlu təntənəsidir.

Xəbərlər şöbəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR