18 May 2024, Şənbə

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ildönümü münasibətilə dünən Babək Rayon Mədəniyyət və Turizm Şöbəsində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə şöbənin müdiri Aybəniz Babayeva açaraq bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ildönümü hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. 1969-cu ilin 14 iyulunda görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm tarixi hadisələrin başlanğıcı oldu. Həmin dövrdə Azərbaycanın qüd­rətli dövlətə çevrilməsinin əsası qoyuldu. Azərbaycan mədəniyyətinin hamisi olmuş böyük şəxsiyyət mədəniyyətin bütün sahələrini duyan, onu qiymətləndirməyi bacaran dahi rəhbər idi. Azərbaycan mədəniyyətinin çoxəsrlik tarixini dərindən bilən ulu öndərin ədəbiyyat, teatr, təsviri sənətlə bağlı fikirləri həmin sahənin mütəxəssislərini belə, valeh edirdi. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin dövlət başçısı olduğu bütün zamanlarda respublikamızda mədəniyyət, ədəbiyyat, incəsənət sahələrində, həmçinin milli-mənəvi dəyərlərin qorunması və möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb.

Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Əliyev “Ümummilli lider Heydər Əliyev mədəniyyətimizin hamisidir” mövzusunda məruzə ilə çıxış edərək ulu öndərin milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb və bu işin bu gün də uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələri üçün hərtərəfli şərait yaradılıb. Hazırda rayonda 5 uşaq musiqi məktəbi, 15 kitabxana, 14 klub müəssisəsi, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi yeni tikilmiş və ya əsaslı surətdə təmir olunmuş binalarda fəaliyyət göstərir. Yaxın günlərdə əsaslı surətdə təmir olunmuş mədəniyyət müəssisələri sırasına rayon Tarix-Diyarşünaslıq Muzeyi də əlavə olunacaq. Bütün bunlar isə bir daha mədəniyyətimizə göstərilən yüksək dövlət qayğısından və Heydər Əliyev ideyalarının davam etdirilməsindən xəbər verir.
Sonra çıxışlar olub.

Səbuhi HƏSƏNOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR