18 May 2024, Şənbə

ABŞ-da nəşr olunan “Men's” jurnalı ən çox sağlamlıq, səhiyyə, turizm, ekoloji təmiz mühit mövzularını əhatə edən nəşrdir.
Jurnalda dərc olunmuş “Mağara tədqiqatçıları üçün füsunkar mehmanxana” (müəllif Mark Hey) məqaləsinin tərcüməsini təqdim edirik.

Mağara tədqiqatçıları üçün füsunkar mehmanxana

Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan sakinlərinin yerli mağaralardan əldə etdikləri duz təkcə dadına görə deyil, həm də nadir bərpaetmə xüsusiyyətinə görə də fərqlənir. Yerli sakinlər bu duzdan artrit xəstəliyinə tutulmamaq üçün istifadə edirlər, habelə astma və başqa tənəffüs yolu xəstəliklərindən sağalmaq üçün hər cür təchizatı olan mağaralarda günlərlə müalicə alırlar.

Bu mağaraların ən yaxşı təchiz olunmuşu və məşhuru Naxçıvan şəhərindən miniklə 15 dəqiqəlik məsafədə yerləşən Duzdağdadır. 300 metrlik tunel duzla elə zəngindir ki, sənə elə gəlir ki, toxunanda ovulacaq. Duzdağ onunla bağlı əfsanələr və horizontal quruluşun yaratdığı giriş sərbəstliyi ilə tanınır. O həm də son dərəcə yaxşı təchiz olunmuşdur. Boş zallar mərmər çərçivələrlə bəzədilmiş və taxta çarpayılar duz divarları içərisində yerləşdirilmişdir.

Tunelin doqquz bölümündə 300 çarpayıdan ibarət otaqlar otel ləvazimatları və müasir avadanlıqlarla təmin olunmuşdur. Hər kəs tam müalicə üçün əvvəlcədən sifariş verə bilər. İnsanların əksəriyyəti buraya 5 və ya 6 günlüyə gəlirlər, lakin 20 və ya daha artıq günlüyə gələn ağır xəstələr həm də həkimlər tərəfindən təyin olunmuş terapiya müalicəsindən də keçə bilərlər.
Zəngin tarixi keçmişlə müasirliyi və rahatlığı özündə birləşdirən Duzdağ dünyanın heç bir yerində olmayan qəribə və inanılmaz xoş ovqat yaradır. Komaya bənzər kabinələrlə ayrılmış mağaraları gəzərkən insanlar sanki bunların həqiqət olduğuna inanmırlar. Bu yer müalicəxanadan çox “Ulduz keçidinə” bənzəyir. Ən təəccüblüsü isə müalicə qiymətlərinin əlverişli olmasıdır: hər kabinənin qiyməti 40-55 dollar arasındadır. Bir tərəfdən Naxçıvan dağlarının, digər tərəfdən Araz çayının xoş mənzərələri ilə tamamlanmış bu heyranedici gözəlliyə baxmağa dəyər.
Naxçıvanlıların tarixən bu mağaraların və onun ətrafındakı torpaqların müalicəvi gücünə dərin inamlarına şübhə etmək çətindir. 2000 kvadratmillik ərazidə sərt dağlarla əhatə olunmuş bu diyar 1990-cı ildən blokada nəticəsində Ermənistan və İran arasında qalaraq Azərbaycanla ərazi əlaqəsini itirmişdir. Buradakı torpağın altında və üstündə xeyli sərvət vardır.

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR