19 May 2024, Bazar

Dünən Naxçıvan şəhərində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Qarnizonunun zabiti, polkovnik-leytenant Mirqiyas Rüstəmov açaraq iştirakçıları salamlayıb, bayram münasibətilə əsgər və zabitləri təbrik edib. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

“Ulu öndər Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda çıxış edən polkovnik-leytenant Mirqiyas Rüstəmov ordu quruculuğundan danışıb, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu sahədəki xidmətlərindən bəhs edib. Qeyd olunub ki, müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. 1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə üzləşmişdi. Müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verilmiş, Azərbaycan Ordusunun yaradılması, sadəcə, kağız üzərində qalmışdı. Ölkədəki ağır vəziyyət, xaos və özbaşınalıq müstəqilliyimizi təhlükə ilə üz-üzə qoymuşdu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr müxtəlif qrupların maraqlarına xidmət edirdilər. Yalnız 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb. 
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü ordu yaradılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da, sözün həqiqi mənasında, düşmən qarşısında alınmaz qalaya çevrilib. Hərbi hissələr üçün onlarla yeni binalar – əsgəri-məişət-yaşayış kompleksləri, müxtəliftəyinatlı obyektlər tikilib istifadəyə verilib. Bu hissələrin texniki arsenalının təminatı da dəfələrlə yaxşılaşdırılıb.
Naxçıvan Qarnizonunun nümunəvi hərbi orkestrinin çıxışından sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivinin və Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifaları alqışlarla qarşılanıb. Yaradıcı kollektivlərin çıxışlarından sonra “N” hərbi hissənin xüsusi hazırlıq bölməsi və “Rabitəçilər qrupu”nun, “Naxçıvan” Sərhəd Diviziyasının “Sərhədçilər qrupu” və Daxili Qoşunların Naxçıvan Alayının xüsusi hazırlıqlı bölməsinin nümunəvi çıxışları olub.

Xəbərlər şöbəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR