18 May 2024, Şənbə

Fələstin dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nəssir Əbdül Kərim Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Universitetin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov Azərbaycanda elm və təhsilin tərəqqisindən, dünya təhsil sisteminə inteqrasiya baxımından beynəlxalq tərəfdaşlığın əhəmiyyətindən danışıb, Naxçıvan Dövlət Universitetinin inkişaf yolu, strukturu, maddi-texniki bazası, beynəlxalq əlaqələri haqqında məlumat verib. Qeyd olunub ki, dünyanın 76 tanınmış universiteti ilə tərəfdaşlıq edən ali məktəbdə hazırda 11 fakültədə 52 ixtisas üzrə 5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır. Universitetdə Şərq ölkələrinin ali təhsil müəssisələri ilə tərəfdaşlığa, Şərq dillərinin tədrisinə üstünlük verilir.
Görüş zamanı universitetlərarası əməkdaşlıq məsələləri, təcrübə və tələbə mübadilələrinin təşkili müzakirə olunub.
Sonra fələstinli diplomat universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində informasiya-kommunikasiya vasitələri ilə təchiz edilmiş linqvistika auditoriyaları, Tərcümə Tədris Mərkəzi, Cənubi Koreya Mədəniyyət və Dil Tədrisi mərkəzləri, “Diplomatiya” kabinəsi, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tədris binasındakı müasir laboratoriyalarla tanış olub.

Mina QASIMOVA

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR