18 May 2024, Şənbə

Naxçıvan Dövlət Universitetində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.
Rektor, akademik İsa Həbibbəyli universitetin qadın əməkdaşlarını təbrik edərək ali məktəb tarixində onların rolundan danışmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Əsrlər boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə tariximizə parlaq səhifələr yazmışdır. Fərəhləndirici haldır ki, gənc xanım və qızlarımız bu nailiyyətlərin layiqli davamçıları kimi nəsillərin varisliyini qoruyurlar. XX əsrin ortalarından etibarən Azərbaycan cəmiyyətində qadının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə rolu artmağa başlamışdır.

Jurnalistika və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xumar Məmmədova çıxış edərək Zərifə xanım Əliyeva, Sara xatın, Xurşidbanu Natəvan, Züleyxa Seyidməmmədova, Qəmər Salamzadə, Qəmər Almaszadə, Leyla Məmmədbəyova kimi xalqımızın tarixində silinməz izlər qoymuş görkəmli qadın şəxsiyyətlər haqqında danışmışdır. Vurğulanmışdır ki, ölkədə qadın problemlərinin həllinə daim dövlət qayğısı göstərilir və sevindirici haldır ki, bu gün Azərbaycan qadını dünya səviyyəsində öz sözünü deyə bilir.
Bayram tədbiri İncəsənət fakültəsinin təqdim etdiyi konsert proqramı ilə davam etmişdir.

Mina QASIMOVA

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR