03 May 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu ötən ay pensiya və müavinətlərin vaxtında ödənilməsi, əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunması, habelə pensiya və müavinətlərin qanunvericilikdə nəzərdə tutulan qaydada təyinatı işlərinin icrasını tam təmin edib. Əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin vaxtında maliyyələşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilib, pensiya ödənilməsinə 14 milyon 622 min, sosial müavinətlərin ödənilməsinə isə 334 min manat vəsait xərclənib. Təyin olunan əmək pensiyaları ödənişi plastik kartlar vasitəsilə pensiyaçılara çatdırılıb. Muxtar respublikanın kəndlərindəki əmək pensiyaçıları isə pensiyalarını ərazidə yerləşən poçt bölmələri vasitəsilə də əldə ediblər.

Ötən ay müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə fondun xəzinə hesabına 10 milyon 316 min manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan məbləğdən 25,4 faiz çoxdur. Ümumilikdə, pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 69 faizi məcburi dövlət sosial sığortahaqqı şəklində muxtar respublikada yığılıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranan 105 vətəndaşa əmək pensiyası təyin olunub. Bunlardan 76-sı yaşa, 9-u əlilliyə, 20-si isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxan vətəndaşlar olub. Fərdi uçot sistemində də işlər davam etdirilib və ilk dəfə əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 184 ərizə forması elektron imza vasitəsilə sifariş verilib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR