18 May 2024, Şənbə

Avqustun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə muxtar respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında qoyulan vəzifələrdən biri də hərbi hissələr üçün yun corabların toxunmasının davam etdirilməsidir. Verilmiş tapşırığın icrasına müvafiq olaraq, nazirlik tərəfindən cari ilin sonuna kimi 5000 cüt yun corabın toxunaraq hərbi hissələrə təhvil verilməsi nəzərdə tutulub.
Oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “N” hərbi hissəyə 1567 cüt corab təhvil verilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev çıxış edərək dövlətimizin ordumuza göstərdiyi qayğıdan danışıb. O vurğulayıb ki, bu yun corabları Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlanmış müqavilə əsasında fiziki imkanları məhdud və ahıl vətəndaşlarımız toxuyublar. Bu tədbir həmçinin onların maddi vəziyyətlərinin yaxşılaşmasına xidmət edir. İlin sonunadək 3433 cüt yun corab toxunaraq hərbi hissələrə təhvil veriləcək.
Naxçıvan Qarnizonunun zabiti Mirqiyas Rüstəmov komandanlıq adından bu tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR