Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunu qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, yüksək səviyyədə görüşlərin və qarşılıqlı səfərlərin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət etdiyi bildirildi. Söhbət zamanı son vaxtlar Bakıda keçirilən mühüm beynəlxalq tədbirlərin ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Ekmaləddin İhsanoğlunu qəbul etmişdir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Misir Ərəb Respublikasının xarici işlər naziri Mohamed Kamel Amrin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Malayziyanın xarici işlər naziri Anifah Amanı qəbul etmişdir.
AzərTAc