Mayın 29-da Bakıda “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumu işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılışında iştirak etmişdir. Dövlətimizin başçısı forumda nitq söyləmişdir.
Forum işini “Azərbaycan-ABŞ münasibətləri: Gələcəyə birgə baxış” mövzusunda plenar sessiya ilə davam etdirmişdir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da ABŞ senatoru Riçard Luqarı qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, Bakıda keçirilən “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun yüksək səviyyədə təşkil olunduğu qeyd edildi, forumun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulandı.
* * *
Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından bir qrup ABŞ konqresmeninin şərəfinə işçi lanç verildi.
AzərTAc