Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə Nazim Səfərəli oğlu Bababəyliyə “Əməkdar müəllim” fəxri adı verilsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 27 may 2013-cü il