Avstriya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 13-də rəsmi qarşılanma mərasimi olmuşdur.
Mayın 13-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Prezidenti Haynts Fişerin təkbətək görüşü olmuşdur.
Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulandı. Azərbaycan Prezidentinin Avstriyaya rəsmi səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyi bildirildi.
Həmin gün Vyanada geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra “Azərbaycan Respublikası və Avsrtiya Respublikası arasında dostluq münasibələri və tərəfdaşlığa dair Birgə Bəyannamə”nin imzalanması mərasimi olmuşdur.
Birgə Bəyannaməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avstriya Respublikasının Prezidenti Haynts Fişer imzaladılar.
Mayın 13-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Prezidenti Haynts Fişerin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
AzərTAc