02 Yanvar 2025, Cümə axşamı

2013-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 90 illiyi tamam olur.
Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə tibb elminin inkişafında əvəzsiz xidmətləri olan akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2013-cü il

Fevralın 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki – “Azərspace-1” uğurla orbitə buraxılmışdır. Bu münasibətlə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində təşkil olunan mərasimə qatılmışlar.

*     *     *

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin təkbətək görüşü olmuşdur.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Sonra Azərbaycan-Serbiya sənədlərinin imzalanma mərasimi keçirilmişdir.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç mətbuata bəyanatlarla çıxış etmişlər.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Xorvatiya Respublikasının müdafiə naziri Ante Kotromanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğunu vurğuladı. Xorvatiya Prezidentinin Azərbaycana və özünün Xorvatiyaya rəsmi səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi və müdafiə sahələrində daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu dedi.

Müdafiə naziri Ante Kotromanoviç Xorvatiya Prezidenti İvo Yosipoviçin salamlarını dövlətimizin başçısına çatdırdı. Xalqlarımızın oxşar tarixə malik olduğunu və ölkələrimizi sıx dostluq tellərinin bağladığını qeyd edən nazir ikitərəfli münasibətlərimizin müsbət istiqamətdə inkişaf etdiyini dedi.
Dövlətimizin başçısı Prezident İvo Yosipoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Qurultayında iştirak edən xarici ölkələrin nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir.

AzərTAc

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Nadir Fərman oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilsin.

Vasif TALIBOV 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 6 fevral 2013-cü il

Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinin ləğv olunması və “Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 20 noyabr tarixli 93-III FR nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada tikinti sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə qərara alıram:
1. Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkəti ləğv edilsin, onun əmlakı və şəhər (rayon) idarələri özünümaliyyələşdirmə prinsipi əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilsin.
2. “Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 20 noyabr tarixli 93-III FR nömrəli Fərmanının 3-cü hissəsində “30” rəqəmi “89” rəqəmi ilə əvəz edilsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 6 fevral 2013-cü il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Cəfər Məhərrəm oğlu Muxtərov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilsin.

Vasif TALIBOV 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 6 fevral 2013-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də BMT Baş katibinin xüsusi nümayəndəsi Yan Kubişin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycanın BMT strukturlarında son illərdəki fəaliyyəti məmnunluqla qeyd olundu, ölkəmizin BMT çərçivəsində Əfqanıstanla əməkdaşlığının səviyyəsinin razılıq doğurduğu və bu əməkdaşlığın gələcək illərdə daha da genişlənəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı beynəlxalq sülhməramlı qüvvələrin Əfqanıstandan çıxarılmasından sonra Azərbaycanın bu ölkədə sabitliyin və dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişafa nail olunması istiqamətində əhəmiyyətli rol oynayacağı vurğulandı.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Bosniya və Herseqovinanın Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın gələcək inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar danışıqların hazırkı vəziyyəti ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

AzərTAc

Fevralın 5-də Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binasının açılışı olmuşdur.
Açılış mərasimində çıxış edən məktəbin müəllimi Ülviyyə Cəfərova bu gün muxtar respublikada təhsil və idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etmiş, Babək rayonunda uşaq və gənclərin sağlamlığı, onların intellektual səviyyəsinin yüksəldilməsinə göstərilən qayğıya görə minnətdarlığını bildirmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Beynəlxalq İdman Atıcılığı Federasiyasının baş katibi Frants Şrayberi qəbul etmişdir.
Beynəlxalq İdman Atıcılığı Federasiyasının baş katibi Frants Şrayber Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. Ölkəmizlə yaxından tanış olduqlarını deyən Frants Şrayber Qəbələdəki idman kompleksinə getdiklərini və Bakıda bir sıra idman obyektlərinə baş çəkəcəklərini vurğulayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqətin önəmini qeyd etdi.
Dövlətimizin başçısı ölkəmizdə idmanın müxtəlif növlərinin sürətlə inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev Beynəlxalq İdman Atıcılığı Federasiyasının ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığının önəmini qeyd etdi. Azərbaycanın müxtəlif beynəlxalq idman yarışlarının keçirilməsinə hazır olduğunu bildirən Prezident İlham Əliyev artıq bir sıra dünya kuboklarının, Avropa çempionatlarının ölkəmizdə təşkil olunduğunu, 2015-ci ildə isə ilk Avropa Oyunlarına respublikamızın ev sahibliyi edəcəyini Azərbaycanda idmanın inkişafına yaradılan yüksək şəraitin göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı bu cür beynəlxalq yarışların gələcəkdə də uğurla keçiriləcəyinə ümidvar olduğunu vurğuladı.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 4 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial-ictimai həyatında göstərdikləri xidmətlərinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaş­ları da vardır:

Cəfərov Yusif Cəbrayıl oğlu
Əsgərov Eyvaz Mustafa oğlu
Hüseynova Əfsanə Teymur qızı
Novruzov Sucaxan Müseyib oğlu
Rzayeva Yəmən Həsənalı qızı

 

Fevralın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir.
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov, Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov və Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev müzakirə olunan məsələ ilə əlaqədar məlumat vermişlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məmməd Cəfərqulu oğlu Abbasov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-kənd təsərrüfatı naziri vəzifəsindən azad edilsin.

 

Vasif TALIBOV 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 4 fevral 2013-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zohir Saidovun etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Diplomat Zohir Saidov etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğuladı. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev səfər zamanı əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsinə dair məsələlərin müzakirəsinin önəmini qeyd etdi və həmin səfəri ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Tacikistan arasında əməkdaşlığın ikitərəfli formatda və eləcə də beynəlxalq təşkilatlar çərçivəsində daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.
Tacikistan Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zohir Saidov Prezident Emoməli Rəhmonun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. İkitərəfli münasibətlərimizin dinamik şəkildə inkişaf etdiyini vurğulayan səfir əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi. Tacikistanlı diplomat ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini dedi.
Dövlətimizin başçısı Prezident Emoməli Rəhmonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistanın dövlət başçısına çatdırmağı xahiş etdi.

AzərTAc

Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın açılışında iştirak etmiş, həmçinin videokonfrans vasitəsilə Nəsimi rayonundakı 117 nömrəli, Suraxanı rayonundakı “Hövsan”, Binəqədi rayonundakı 207 nömrəli, Səbail rayonunun Bibiheybət qəsəbəsindəki 102 və 118 nömrəli 35 kilovoltluq yarımstansiyaların, eləcə də Xəzər, Suraxanı, Sabunçu, Qaradağ, Yasamal rayonları idarələrinin inzibati binalarının və Nəzarət Departamentinin ofisinin açılış mərasimləri olmuşdur.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 31 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları da vardır.

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:

Ələkbərov Şahmar Əbülfəz oğlu
Mədədli Bəhruz Şahkərəm oğlu
Məmmədova Əfsanə Əli qızı

İslam dinində müsəlmanların mübarək saydıqları 5 gecə vardır. Bunlardan biri də Hicri təqvimi ilə Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsidir. Mövlud gecəsi həzrəti Məhəmməd Peyğəmbərin doğum günüdür. İslam dininin yaradıcısı, onun təşəkkül tapmasında və bütün dünyaya yayılmasında böyük xidmətləri olan, daim insanları mənəvi saflığa və yüksək əxlaqi dəyərlərə səsləyən Məhəmməd Peyğəmbərin mövludu günü İslamın əziz bayramı kimi bütün müsəlmanlar tərəfindən qeyd edilir.
Yanvarın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Came məscidinə gəlmiş, həzrəti Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə keçirilən tədbirdə iştirak etmişdir.

Ardını oxu...

Yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti Şimon Peresin görüşü olmuşdur.

Görüşdə Azərbaycan-İsrail münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

AzərTAc

Yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, xüsusilə də enerji sektorunda inkişaf perspektivlərinin önəmi vurğulandı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.

*     *     *

Yanvarın 24-də Davosda Dünya İqtisadi Forumunun “Neft və qaz idarəçilərinin toplantısı” mövzusunda sessiyası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak etmişdir.

*     *     *

Yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti, Ukraynanın sabiq Prezidenti Leonid Kuçma, “Microsoft İnternational” şirkətinin prezidenti Jan Filip Kurtua, “Thales Alenia Space” şirkətinin prezidenti Jan-Lö Qalle, “GDF Suez” şirkətinin sədr müavini və prezidenti Jan Fransua Sirelli ilə görüşü olmuşdur.

AzərTAc

Yanvarın 24-də Naxçıvan şəhərindəki Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin yeni binası istifadəyə verilmişdir.
Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın istifadəyə verilməsini bildirən lenti kəsmişdir.
Açılış tədbirində çıxış edən məktəbin direktoru Əbülfət Babayev bildirmişdir ki, muxtar respublikada uşaq musiqi və bədii sənətkarlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, müasir binalar tikilərək istifadəyə verilir. Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin yeni binasının istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. Əbülfət Babayev yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmiş, bundan sonra da səylə çalışaraq istedadlı gənclər yetişdirəcəklərini qeyd etmişdir.

Ardını oxu...

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərə gəlmişdir.

*     *     *

Yanvarın 23-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü olmuşdur.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda bp şirkətinin sədri Karl-Henrik Svanberq ilə görüşü olmuşdur.

*     *     *

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olmuşdur.

*     *     *

Yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunun “Mərkəzi Asiya üçün yeni üfüqlər” mövzusunda sessiyası keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak etmişdir.

AzərTAc

Ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə iqtisadi və mədəni yüksəliş mərhələsi kimi daxil olmuş, bütün sahələrdə böyük nailiyyətlər qazanılmışdır. Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yolunun əsas ideya-siyasi istiqamətində hərtərəfli inkişaf strategiyası, ölkəmizin bütün regionlarının inkişaf və tərəqqisi dayanır. Bu yol Naxçıvan Muxtar Respublikasını da hərtərəfli inkişafa qovuşdurmuş, yeni istehsal və xidmət sahələri yaradılmış, müasir sosial obyektlər tikilərək istifadəyə verilmişdir. Ümummilli liderimizin quruculuq konsepsiyasının uğurla davam etdirilməsi muxtar respublikada elan olunmuş “Heydər Əliyev ili”ndə də həyata keçirilən tədbirlərin əsas hərəkətverici qüvvəsini təşkil edir.
Yanvarın 22-də Ordubad rayonunun Çənnəb kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Ardını oxu...

Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə­mizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.

Ardını oxu...

1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixinə Qanlı Yanvar günü kimi yazılmışdır. Həmin gün Azərbaycanda suveren, demokratik bir dövlət yaratmaq arzusu ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli azadlıq hərəkatını boğmaq üçün keçmiş sovet ordusunun hərbi hissələri tərəfindən Bakıda dinc əhalinin qətliamı törədilmişdir.
Hər il 20 Yanvar faciəsi ölkəmizin bütün guşələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da yad olunur, Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanı ümumxalq ziyarətgahına çevrilir.
Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlmişdir.
Ali Məclisin Sədri Şəhidlər Xiyabanındakı “Ana abidəsi”nin önünə əklil qoymuş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir.
Sonra Naxçıvan Qarnizonunun hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.

Ardını oxu...

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad etmişdir.
Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəldi.
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoydu.
Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət himni səsləndi.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London Olimpiya Oyunlarının icraçı direktoru Lord Sebastyan Koeni qəbul edib.
Dövlətimizin başçısı XXX London Yay Olimpiya Oyunlarının yüksək səviyyədə təşkil olunması münasibətilə Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London Olimpiya Oyunlarının icraçı direktoru Lord Sebastyan Koeni təbrik etdi. Prezident İlham Əliyev onun Azərbaycana bu səfərinin ölkəmizlə tanış olmaq üçün yaxşı imkan yaradacağını dedi.
Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London Olimpiya Oyunlarının icraçı direktoru Lord Sebastyan Koen öz növbəsində Azərbaycan idmançılarının XXX London Yay Olimpiya Oyunlarında əldə etdikləri uğurlar münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. O, səfəri zamanı Birinci Avropa Oyunlarının keçiriləcəyi idman obyektləri və eləcə də paytaxtımızla yaxından tanış olacağını vurğuladı.

AzərTAc

Yanvarın 18-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin inzibati binasının əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov demişdir ki, muxtar respublikamızda əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Yeni tikilən xəstəxanalar, həkim ambu­latoriyaları, feldşer-mama məntəqələri əhalinin sağlamlığının qorunmasına böyük töhfə verir. Təkcə ötən il muxtar respublikada Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi, muxtar respublikanın kəndlərində 5 həkim ambulatoriyası, 6 feldşer-mama məntəqəsi və 1 feldşer məntəqəsi üçün binalar tikilib istifadəyə verilmişdir. Muxtar respublikada yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi, onların müasir tibbi avadanlıqlarla təmin edilməsi, həkimlərin xarici ölkələrə təkmilləşdirmə kurslarına göndərilməsi göstərilən tibbi xidmətin səviyyəsini daha da yüksəltmişdir.

Ardını oxu...

2013-cü il fevralın 12-də şair, dramaturq və publisist İslam Əhməd oğlu Səfərlinin anadan olmasının 90 illiyi tamam olur.
1923-cü ildə Naxçıvanın Şəkərabad kəndində anadan olan İslam Səfərli ilk təhsilini həmin kənddə almış, sonra Naxçıvan şəhərindəki 1 nömrəli məktəbdə oxumuşdur. Müharibə illərində 416-cı atıcı diviziyanın sıralarında şərəfli döyüş yolu keçən İslam Səfərli azərbaycanlıların alman faşizminə qarşı mübarizədə göstərdikləri şücaəti şair və publisist kimi vəsf etmişdir. Müharibə mövzusu gənc şairin bu dövr yaradıcılığında mühüm yer tutmuş, vətən torpağının müdafiəsi onun əsərlərində təsirli poetik lövhələrlə verilmişdir.
İkinci Dünya müharibəsi başa çatandan sonra ali təhsilini davam etdirən İslam Səfərli Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmiş, “Şərq qapısı”, “Azərbaycan gəncləri” və “Ədəbiyyat qəzeti”ndə işləmiş, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, ədəbi-dram verilişləri şöbəsinin müdiri olmuş, 1960-1973-cü illərdə isə Azərbaycan Yazıçılar İttifaqının poeziya və dramaturgiya bölməsində çalışmışdır.
17 yaşında ədəbi yaradıcılığa başlayan İslam Səfərli böyük bir yaradıcılıq yolu keçmiş, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. İslam Səfərlinin mükəmməl bədii obrazlılığı ilə seçilən poeziyası bitkin vətənpərvərlik nümunəsidir. Nəğməkar şairin poetik nümunələrinə məşhur bəstəkarlarımız tərəfindən 200-ə yaxın mahnı bəstələnmişdir. Bu mahnılar bu gün də öz populyarlığını itirməmişdir.
Bir-birindən maraqlı poemalar müəllifi kimi Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. Onun pyesləri dəfələrlə Azərbaycan Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulmuşdur. İslam Səfərlinin müxtəlif vaxtlarda qələmə aldığı şeir və poemaları, dram əsərləri, oçerk, novella, libretto və kino ssenariləri, rus və türkdilli klassiklərin əsərlərindən etdiyi tərcümələr onu öz dövrünün böyük ədibi kimi məşhurlaşdırmışdır.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İslam Səfərlinin 90 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunsun.
2. “İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

Vasif TALIBOV 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 18 yanvar 2013-cü il

Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev yanvarın 17-də ABŞ müdafiə nazirinin baş müşaviri xanım Ketlin Hiksin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edən ABŞ müdafiə nazirinin baş müşaviri xanım Ketlin Hiks paytaxtımızın onda dərin təəssürat yaratdığını dedi. Amerikalı qonaq Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakının və bu missiyaya verdiyi töhfənin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini dedi. Xanım Ketlin Hiks bildirdi ki, ABŞ ölkələrimiz arasında müdafiə sahəsində əlaqələri daha da genişləndirməkdə və strateji əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlıdır. O, bu sahədə əməkdaşlığımızın istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmasının önəmini qeyd etdi.
Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin müdafiə sahəsində əməkdaşlığının uzun tarixə malik olduğunu və razılıq doğurduğunu vurğuladı. Müdafiə sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafındakı rolunu qeyd edən Prezident İlham Əliyev bu əməkdaşlığın regional və enerji təhlükəsizliyi, eləcə də sabitliyin möhkəmləndirilməsi baxımından önəmini vurğuladı. Dövlətimizin başçısı Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində daha da genişləndiriləcəyinə əminliyini ifadə etdi.

AzərTAc

Yanvarın 17-də yenidən tikilən Naxçıvan-Şahbuz ortatəzyiqli qaz boru xəttinin açılışı olmuşdur.
Açılış mərasimində çıxış edən “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Səxavət Abbasov demişdir ki, artıq 7 ildir ki, muxtar respublikanın bütün yaşayış məntəqələri təbii qazla tam təmin edilir. İstehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi ilə yanaşı, bu sahədə infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır, mövcud qaz xətlərində təmir işləri aparılır, istismar müddəti başa çatan xətlər yeniləri ilə əvəz olunur. 2012-ci ilin aprel ayından etibarən Naxçıvan-Şahbuz ortatəzyiqli qaz xəttinin tikintisinə başlanılmış, qaz xəttinin tikintisi qısa müddətdə başa çatdırılmışdır. Çəkilişində müasir texniki vasitələrdən istifadə edilən qaz xətti yüksək təhlükəsizlik normalarına cavab verir və ümumi layihə dəyəri 4 milyon manatdır. Səxavət Abbasov muxtar respublikada istehlakçıları keyfiyyətli təbii qazla təmin etmək üçün bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan-Şahbuz ortatəzyiqli qaz xəttinin istifadəyə verilməsi münasibətilə istifadəçiləri təbrik edərək demişdir: “Azərbaycanda qazlaşdırma prosesinə ulu öndərimizin ölkəmizə rəhbərliyinin birinci dövründə – ötən əsrin 70-ci illərində başlanmış, 1980-ci ildə Naxçıvana da yüksək təzyiqli qaz xətti çəkilmişdir. Lakin ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtar respublikamız blokada vəziyyətinə düşmüş, elektrik və qaz xətləri kəsilmişdir. Bu xətt də 2005-ci ilə kimi istifadəsiz vəziyyətdə qalmışdır. Həmin dövrün şərtlərinə uyğun çəkilən, korroziyaya qarşı lazımi qoruma sistemi olmayan və uzun müddət istifadəsiz qalan bu qaz xətti də yararsız vəziyyətə düşmüşdü”.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 16-da Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa ilə təkbətək görüşü olmuşdur.
Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayan Prezident İlham Əliyev Yanez Yanşanın ölkəmizə səfərinin uğurlu olacağına, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığımızın genişləndirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması işinə təkan verəcəyinə ümidvar olduğunu bildirdi.
Baş nazir Yanez Yanşa böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin iqtisadi əlaqələrimizin genişləndirilməsi baxımından önəmini qeyd etdi. Bakıda təşkil olunacaq Azərbaycan-Sloveniya Biznes Forumu zamanı əməkdaşlığımıza dair imzalanacaq sazişlərin əhəmiyyətini vurğulayan Baş nazir ikitərəfli əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirildi.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Səudiyyə Ərəbistanı Krallığının    ölkə­mizdəki səfiri Fəhd bin Əli əd-Dosərini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açmışdır.
İqtisadi inkişaf naziri Şahin Mustafayev, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rəhbərlik etdikləri qurumların il ərzində gördüyü işlər barədə məlumat vermişlər.
Prezident İlham Əliyev iclasda yekun nitqi söyləmişdir.

AzərTAc


Yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması sahəsində görülən işlər və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanmasına gedən yol 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumundan başlanır. Bu simpoziumda Naxçıvan tarixinin dərindən araşdırılması və əhatəli öyrənilməsi məsələsi gündəliyə çıxarılmış, 2002-ci ildə ümummilli liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması isə bu istiqamətdə görülən işlərə əlavə stimul vermişdir.
Ali Məclisin Sədri demişdir ki, ötən 10 il ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi mühüm bir elmi-tədqiqat müəssisəsi kimi formalaşmış, Naxçıvan tarixi ilə bağlı elmi araşdırmalar konkret istiqamətə yönəldilmiş, xarici ölkə­lərin tanınmış mütəxəssislərinin də iştirakı ilə geniş tədqiqat işləri aparılmışdır. Ötən dövrdə minə yaxın kitab, monoqrafiya, dərslik və elmi məqalə, o cümlədən “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan tarixi atlası” hazırlanaraq nəşr edilmişdir. Həmin nəşrlərdə və aparılmış tədqiqatlarda Naxçıvanın bəşər sivilizasiyasının mühüm ocaqlarından biri olduğu öz təsdiqini tapmışdır. Naxçıvan tarixinin öyrənilməsində və bu sahənin yenidən elmi düşüncənin məhsuluna çevrilməsində 2009-cu ildə keçirilən “Nuh peyğəmbər: Dünya tufanı və Naxçıvan”, 2011-ci ildə keçirilən “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə keçirilən “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzularındakı beynəlxalq simpoziumlar mühüm mərhələ təşkil etmişdir. Bu simpoziumlarda tarixi mənbə və qaynaqlara bir daha nəzər salınmış, Naxçıvan tarixinə əhatəli yanaşılmış, yeni elmi istiqamətlər müəyyənləşdirilmişdir. Naxçıvan tarixinin müxtəlif dövrlərinə və problemlərinə dair xeyli sayda elmi-tədqiqat materiallarının nəşr olunması və keçirilmiş arxeoloji ekspedisiyalar nəticəsində yeni materialların əldə edilməsi “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması üçün əsas yaratmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Norveç Krallığının xarici işlər naziri Espen Bart Eidenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Xarici işlər naziri Espen Bart Eide Norveç Krallığının vəliəhdi Hookonun salamlarını dövlətimizin başçısına çatdırdı. Nazir Norveçin “Statoil” şirkətinin uzun müddət Bakıda fəaliyyət göstərməsini əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirdi. İkitərəfli münasibətlərimizin möhkəm bünövrəsi olduğunu deyən qonaq ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük imkanların mövcudluğunu vurğuladı.
Dövlətimizin başçısı Norveç Krallığının vəliəhdi Hookon ilə görüşünü məmnunluqla xatırladı. Prezident İlham Əliyev ölkəmizin beynəlxalq neft şirkətləri ilə əməkdaşlığının ilkin mərhələsində Norveçin “Statoil” şirkətinin ilk regional nümayəndəliyinin Bakıda fəaliyyətə başlamasının önəmini qeyd etdi. Prezident İlham Əliyev hazırda ölkələrimiz arasında əlaqələrin daha da inkişafı ilə bağlı məsələlər ətrafında işlərin uğurla davam etdirildiyini vurğuladı.
Görüşdə Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın gələcəkdə daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edildi.

AzərTAc

Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri ona yeni fəaliyyətində uğurlar arzulamış və əmin olduğunu bildirmişdir ki, səfirin ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələr daha da inkişaf edəcəkdir.
Ali Məclisin Sədri ulu öndər Heydər Əliyevin “İran bizə dost, qardaş, qonşu ölkə­dir. İranla olan əlaqələrimizə mühüm əhəmiyyət veririk” fikrini xatırlatmış, ölkələrimiz arasında bütün sahələri əhatə edən əlaqələrin məmnunluq doğurduğunu bildirmişdir.
Görüşdə Azərbaycan-İran münasibətlərinin parlamentlərarası dostluq qrupları səviyyəsində də inkişaf etdiyi qeyd olunmuşdur.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərin qurulması və inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən Möhsün Pakayin mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli əlaqələrin çoxşaxəli olduğunu bildirmiş, bu əlaqələrin inkişafında Azərbaycan-İran Parlamentlərarası Dostluq Qrupunun rəhbəri olan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fəaliyyətini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, əlaqələrin gələcək inkişafı üçün bundan sonra da səylərin göstəriləcəyi vurğulanmışdır.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Məhəmmədtağı Məhəmmədəli görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Yanvarın 14-də Naxçıvan şəhərində 10 nömrəli uşaq bağçasının yeni binası istifadəyə verilmişdir.
Açılış tədbirində çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov demişdir ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət uşaq siyasəti bu gün muxtar respublikada uğurla həyata keçirilir. Uşaqların məktəbəqədər fəaliyyətinin yüksək səviyyədə təşkil olunması istiqamətində məqsədyönlü tədbirlər görülür, məktəbəqədər tərbiyə müəssisələri üçün yeni binalar tikilərək istifadəyə verilir. Hazırda Naxçıvan şəhərində fəaliyyət göstərən bütün uşaq bağçaları müasir binalarda yerləşir. Bu gün istifadəyə verilən 10 nömrəli uşaq bağçasının binası da ən müasir tələblərə cavab verir.

Uşaq bağçasının müəllim-tərbiyəçisi Səkinə Ələkbərova uşaq bağçasının yeni binasının istifadəyə verilməsinə görə kollektiv adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 10 nömrəli uşaq bağçasının yeni binasının muxtar respublikada elan olunmuş “Heydər Əliyev ili”nin ilk ayında istifadəyə verildiyini qeyd etmiş, bu münasibətlə kollektivi və şəhər sakinlərini təbrik etmişdir. Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır” fikrini xatırladaraq demişdir: “Uşaq bağçasının yeni binasında ölkəmizin gələcəyi olan uşaqların sağlam milli ruhda yetişdirilməsi üçün lazımi şərait vardır. Yaradılan şərait uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsinə, onların təlim-tərbiyəsinin, ilkin təhsilinin müasir səviyyədə təşkil olunmasına imkan verəcəkdir. Uşaq bağçalarında cəmiyyət və ölkə üçün yararlı vətəndaş kimi böyüdülən uşaqlar isə orta təhsillərini də müvəffəqiyyətlə başa vuraraq dövlətimizin gələcək inkişafında yaxından iştirak edəcəklər. Ona görə də məktəbəqədər tərbiyə müəssisələrində uşaqlara ilkin biliklərin dərindən öyrədilməsi, onların məktəbə hazırlanması və əsl vətəndaş kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılmalıdır”. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafında səmərəli işinə görə Behruz Nurəddin oğlu Əzimova “Əməkdar mühəndis” fəxri adı verilsin. 

Vasif TALIBOV 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 11 yanvar 2013-cü il

Yola saldığımız 2012-ci il ölkəmizin tarixinə sosial-iqtisadi inkişaf və tərəqqi ili kimi daxil olmuşdur. Bu dövrdə muxtar respublikamızda dinamik iqtisadi inkişafa nail olunmuş, genişmiqyaslı quruculuq işləri aparılmış, iqtisadi və sosial həyatın bütün sahələrində uğurlar qazanılmışdır. Ardıcıl şəkildə aparılan quruculuq işləri nəticəsində infrastrukturun yenilənməsi əhalinin yüksək həyat standartları səviyyəsində yaşayışına əhəmiyyətli təsir göstərmişdir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikada elan olunmuş “Heydər Əliyev ili”ndə də davam etdirilir. Yanvarın 7-də Şahbuz rayonunun Ağbulaq kəndində yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilmişdir.

Ardını oxu...

Muxtar respublika sakinləri yeni ili xoş arzular, yüksək əhval-ruhiyyə ilə qarşılamışlar.
Yanvarın 1-də ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızın şəhər və rayon mərkəzlərində də bayram şənliyi keçirilmişdir.
Yeni ilin ilk günündə Naxçıvan şəhərinin əhalisi ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospektdəki mərkəzi meydanda keçirilən bayram şənliyinə toplaşmışdı. Şənlikdə Vətənimizi, yeni ilin gəlişini tərənnüm edən mahnıların səslənməsi, yolka ətrafında Şaxta babanın, Qar qızın çıxışları, Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklərin göstərilməsi şənliyə gələnlərdə xoş ovqat yaratmış, paylanan hədiyyələr balacalara əsl bayram sevinci bəxş etmişdir.
Mərkəzi meydanın bir hissəsində 50-dən artıq istehsal və xidmət müəssisəsi tərəfindən şəhər sakinlərinə ictimai-iaşə xidməti göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyinin keçirildiyi mərkəzi meydana gəlmiş, şəhər sakinlərinin Yeni il bayramını təbrik etmiş, onlara 2013-cü ildə cansağlığı və xoş günlər arzulamışdır.
Ali Məclisin Sədri ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanmış, uşaqlara hədiyyələr vermişdir.
Şənlik bayram günlərində davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərinin Hüseyn Cavid küçəsinin aparılan abadlıq işlərindən sonrakı vəziyyəti ilə tanış olmuş, “İstiqlal” küçəsi ilə Əziz Əliyev küçəsini birləşdirən avtomobil yolunun açılışında iştirak etmişdir.
Açılış tədbirində çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov bildirmişdir ki, muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində yol-nəqliyyat infrastrukturunun müasir tələblər səviyyəsində qurulması istiqamətində ardıcıl tədbirlər görülür, şəhərin küçə və məhəllələri abadlaşdırılır. Görülən bu işlər Naxçvan şəhərinin simasının dəyişməsinə, insanların rahatlığının təmin olunmasına səbəb olmuşdur.
Sakin Vəli Abbasov aparılan quruculuq işlərinə görə sakinlər adından minnətdarlığını bildirərək demişdir ki, bu işlər şəhər sakinləri tərəfindən yüksək razılıq hissi ilə qarşılanır.

Ardını oxu...

21 il öncə, Azərbaycanın müstəqilliyini bərpa etdiyi bir dövrdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda elan edilmiş milli-mənəvi birliyə çağırış – 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyadakı bütün soydaşlarımızın qəlbini Vətən hərarəti ilə isidir, müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır, milli təəssübkeşlik duyğularının günü-gündən güclənməsinə və ümumxalq mənafelərimizin həyata keçirilməsinə təkan verir. Xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynayan bu həmrəylik həm də bütövlük və bərabərliyin vacib formulu olan xalq-ordu birliyinin əsasını təşkil edir.

Ardını oxu...

Naxçıvan şəhərinin “Atabəylər”, “Əlincə”, Babək və 6-cı məhəllələrini, eləcə də Hacıniyyət kəndini əhatə edən avtomobil yolu yenidən qurulmuş, yol kənarlarında geniş abadlıq işləri aparılmışdır.
Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avtomobil yolunun əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, yolun ümumi uzunluğu 3,2 kilometrdir. Avtomobil yolunun Heydər Əliyev prospektindən Naxçıvan dairəvi avtomobil yoluna qədər olan hissəsinin eni genişləndirilərək 25,2 metrə çatdırılmışdır. Yenidənqurma işləri çərçivəsində yol yatağında bərkitmə işləri aparılmış, ərazidəki rabitə və elektrik xətləri yeraltı sistemə keçirilmiş, keyfiyyətli asfalt örtük salınmışdır. Altı hərəkət zolağından ibarət olan yolun kənarlarında 6,4 kilometr uzunluğunda səkilər salınmış, yağıntı sularının axıdılması üçün beton suaxıdıcılar çəkilmiş, yolun hər iki tərəfində işıqlandırma sistemləri qurulmuşdur. Yenidənqurma işləri zamanı yolun üzərində yerləşən yeraltı piyada keçidi də əsaslı təmir olunmuşdur.
Bildirilmişdir ki, yolun Babək məhəlləsindən keçən 1300 metrlik hissəsi də yenidən qurulmuş, ətrafı abadlaşdırılmışdır. Yolun hərəkət hissəsinin eni 19, yol yatağının eni isə 26 metrə çatdırılmış, avtomobillərin 4 zolaqlı hərəkəti təmin edilmişdir. Yol ətraflarında 5,2 kilometr bardür düzülmüş, 2,6 kilometr beton suaxıdıcı tikilmiş, 95 metr uzunluğunda hasar çəkilmiş, ictimai yaşayış binalarının həyətləri abadlaşdırılmışdır.
Yolun istifadəyə verilməsi ilə “Atabəylər”, “Əlincə”, Babək və 6-cı məhəllələrdən, eləcə də Naxçıvan dəmir yolu vağzalından şəhərin müxtəlif istiqamətlərinə nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunmuşdur.
Ali Məclisin Sədri Naxçıvan şəhərində yolların genişləndirilərək yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsini tapşırmışdır.


Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

İnkişaf, tərəqqi və uğurlarla dolu olan 2012-ci il də arxada qalaraq tarixə qovuşdu. Hər gün dəyişən, müasirləşən müstəqil Azərbaycanın çiçəklənməsi xalqımızın qürur və iftixar mənbəyinə çevrildi, ötən il tariximizə uğurlu sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi yazıldı. Azərbaycanın Naxçıvan Muxtar Respublikasında da 2012-ci ildə əksər sahələr üzrə qarşıya qoyulmuş vəzifələr icra edilmiş, inkişafın artan dinamikası qorunub saxlanılmış, iqtisadi və sosial həyatın bütün sahələrində tərəqqiyə nail olunmuşdur. Bu nailiyyətlər növbəti ili daha yüksək bayram əhval-ruhiyyəsi ilə qarşılamağa imkan verdi.
Muxtar respublika sakinləri 2013-cü ili elliklə, qurub-yaratmaq əzmi ilə qarşıladı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını yüksək coşqunluq və bayram gəzintisi şəraitində qeyd etdilər.
Dekabrın 31-də axşam saatlarından başlayaraq Naxçıvan şəhərinin əhalisi bayram əhval-ruhiyyəsi ilə Heydər Əliyev prospektindəki mərkəzi meydana toplaşmışdı. Burada bir neçə gün əvvəldən bayramların gəlişi münasibətilə yolka bəzədilmişdir. Vətənimizi, həmrəyliyi, milli-mədəni dəyərləri, Yeni ili tərənnüm edən mahnıların səslənməsi, uşaqların mahnı sədaları altında rəqs edib əylənməsi, Şaxta baba və Qar qızın yolka ətrafında toplanan uşaqlara hədiyyələr təqdim etməsi meydana toplaşan minlərlə sakinə xoş ovqat bəxş etmişdir.

Ardını oxu...

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda bayram yarmarkası təşkil olunmuşdur.
Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yarmarkaya gəlmiş, yaradılan şəraitlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, yarmarkaya muxtar respublikamızın özəl müəssisələrində istehsal olunmuş sənaye və ərzaq malları, ayrı-ayrı rayonlardan gətirilmiş kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Bayram günlərində əhalinin tələbatını ödəmək və daha ucuz qiymətə məhsulların satışını təşkil etmək məqsədilə keçirilən yarmarkada torpaq mülkiyyətçiləri və sahibkarlar üçün ayrıca satış yerləri ayrılmışdır. Satışa çıxarılan məhsullar sanitar-gigiyena nəzarətindən keçirilmiş, ət və süd məhsullarında baytarlıq müayinəsi aparılmışdır.

Ardını oxu...

Dekabrın 28-də Bakıda Respublika Neyrocərrahiyyə Xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak etmişlər.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, xəstəxanada bir əməliyyat bloku, dörd cərrahiyyə otağı yaradılmış, burada mikroskopik cərrahi əməliyyatların aparılması üçün bütün zəruri avadanlıq quraşdırılmışdır. Reanimasiya şöbəsi də ən müasir avadanlıqla təchiz edilmiş, xəstələrin daim nəzarət altında saxlanması üçün bütün tələblər nəzərə alınmışdır. Bununla da, 125 çarpayılıq xəstəxanada tibb işçilərinin fəaliyyəti və xəstələrin yüksək səviyyədə müalicəsi üçün hər cür şərait yaradılmışdır.
Tibb ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.

*   *   *

Dekabrın 28-də Bakının Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində yeraltı avtomobil tuneli istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.

AzərTAc

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq olunmuş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası iqtisadiyyatın inkişafına öz təsirini göstərmiş, nəticədə, çoxşaxəli iqtisadiyyat formalaşmış, makroiqtisadi sabitlik təmin olunmuş, sahibkarlıq fəaliyyəti genişləndirilmiş, yeni müəssisələr və iş yerləri yaranmışdır.

Belə istehsal müəssisələrindən biri də Şərur rayonunun Zeyvə kəndində yaradılan quşçuluq təsərrüfatıdır.

Ardını oxu...

Başa çatmaqda olan 2012-ci il muxtar respublikamızın həyatında uğurlu quruculuq və sosial-iqtisadi inkişaf ili kimi səciyyələnir. İqtisadi yüksəliş, qəbul olunan Dövlət proqramlarının uğurlu icrası, regionların sürətli inkişafına göstərilən hərtərəfli qayğı cari ildə əldə olunan böyük uğurların əsas hərəkətverici qüvvəsinə çevrilmiş, əhalinin sosial-rifah halı yüksəlmişdir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi, dekabrın 27-də Şərur rayonunun Qorçulu kəndində yeni sosial obyektlərin açılışı olmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 27-də Bakının Müşfiqabad qəsəbəsi ərazisində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılışında iştirak etmişdir.

*   *   *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Bakının Müşfiqabad qəsəbəsində əsaslı təmir edilmiş 67 nömrəli körpələr evi – uşaq bağçasında yaradılan şəraitlə tanış olmuşdur.
Binanın təmirdən əvvəlki görüntülərini əks etdirən fotostendə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, bina tam yararsız vəziyyətə düşmüşdü. Uşaq bağçasının yeni binası indi yüksək standartlara cavab verir.
Bildirildi ki, 112 yerlik bu müəssisədə 40 müəllim və tərbiyəçi 7 qrupda 2-6 yaş arası uşaqların təlim-tərbiyəsi ilə məşğul olacaqdır. Balacaların zövqünə uyğun qurulan bağçada ayrıca musiqi və oyun zalları fəaliyyət göstərir.
Uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Gürcüstanın Baş naziri Bidzina İvanişvili ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunmuş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilmişdir. Söhbət zamanı ikitərəfli münasibətlərimizin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Sonra Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin iştirakı ilə işçi-nahar olmuşdur.
Sonda xatirə şəkli çəkdirilmişdir.

 

AzərTAc

Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:
Səbuhi Zəhmət oğlu Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilsin.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 dekabr 2012-ci il

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıt şəhərinə gəlmişlər.

*  *  *

Dekabrın 24-də Sumqayıt şəhərində, eləcə də paytaxtın Sabunçu rayonunun Zabrat, Suraxanı rayonunun Hövsan qəsəbələrində, Gəncə və Şəki şəhərlərində, Şəmkir rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binaları istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıtdakı binanın açılış mərasimində iştirak etmişlər.

*  *  *

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda Nəsimi adına Mədəniyyət və İstirahət Parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olmuşdur.

 

AzərTAc

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 96-cı maddəsinə, bu Qanunun Keçid müddəalarının 7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. 2013-cü il yanvarın 2-də səlahiyyət müddəti bitən İlqar Məhərrəm oğlu Mirzəyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.
2. Bu qərar 2013-cü il yanvarın 2-dən qüvvəyə minir.

 

O.ƏSƏDOV
Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 21 dekabr 2012-ci il

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR