02 Yanvar 2025, Cümə axşamı

Bu gün Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirilməsi nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən iqtisadi islahatlar muxtar respublikada makroiqtisadi sabitliyi təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş, quruculuq işləri geniş vüsət almışdır. Şərura da bu inkişaf və tərəqqidən pay düşmüş, son illər rayonun kəndlərində kompleks quruculuq işləri aparılmışdır.
Oktyabrın 21-də Şərur rayonunun Xanlıqlar kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Şərur rayonunda daha bir yol-nəqliyyat infrastruktur layihəsi uğurla başa çatdırılmışdır

Hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlayır. Müasir və rahat yol sürətli sosial-iqtisadi inkişafın başlıca şərtidir. Muxtar respublikada da yol infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, kəndlərdə yeni avtomobil yolları çəkilir. Bu tədbirlərin davamı kimi oktyabrın 21-də Xanlıqlar kənd avtomobil yolu əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Ardını oxu...

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonu ərazisində “Gilan Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli çörək zavodunun açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı müəssisəni işə saldı və istehsal prosesi ilə tanış oldu.
Bildirildi ki, zavodda quraşdırılan ən müasir avadanlıq istehsal prosesinin tam avtomatlaşdırılmış qaydada aparılmasına imkan verir. Müəssisədə, ümumilikdə, 50 çeşiddə çörək və çörək məmulatı istehsal olunur.
Sonra Prezident İlham Əliyev zavodun dequstasiya salonunda hazır məhsulların nümunələrinə baxdı.
Dövlətimizin başçısı müəssisədə yaradılan şəraitdən razılığını bildirdi.

*     *     *

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonunun Əhmədli yaşayış massivindəki Rahib Məmmədov küçəsində yenidən qurulan parkda yaradılmış şəraitlə tanış olmuşdur.

AzərTAc

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında energetika sahəsində fəaliyyətlərinə görə:
    Paşayev Namiq Nəriman oğlu – “Əməkdar mühəndis” fəxri adı;
    Abbasov Məhərrəm Hüseyn oğlu
    Zeynalov Sahib Səfərəli oğlu – “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı;
    Ağayev Adıgözəl Mehrac oğlu
    Əzimov Nazim Fərrux oğlu
    Həsənov Əli Əkrəm oğlu
    Hüseynov İsa Əkbər oğlu
    Qurbanov Mərdan Bəyalı oğlu
    Mirzəyev Qalib Hüseyn oğlu
    Rüstəmov Kamran Əbdürrəhman oğlu
    Salmanov Vilayət Rəyyət oğlu − “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 18 oktyabr 2013-cü il

Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin muxtar respublikamıza yeni təyin olunmuş Baş konsulu Əli Rza Akıncı ilə görüşmüşdür.
Ali Məclisin Sədri Əli Rza Akıncını səmimiyyətlə salamlamış, onu Baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik edərək demişdir ki, Azərbaycan və Türkiyə dost və qardaş ölkələrdir. Bu gün hər iki ölkə arasındakı tarixi zəminə əsaslanan münasibətlər, siyasi, iqtisadi və mədəni əlaqələr möhkəm strateji tərəfdaşlıq səviyyəsindədir.
Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin uğurla inkişaf etdiyini bildirən Ali Məclisin Sədri möhkəm təməllər üzərində qurulan münasibətlərin məmnunluq doğurduğunu qeyd etmiş, Baş konsula diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Səmimi görüşə görə minnətdarlığını bildirən Əli Rza Akıncı demişdir ki, Naxçıvanda çalışmaq onda böyük iftixar hissi doğurur. Baş konsul muxtar respublikadakı diplomatik fəaliyyəti müddətində ikitərəfli münasibətlərin inkişafı sahəsində səylərini əsirgəməyəcəyini, mövcud əlaqələrin daha da genişlənməsinə çalışacağını bildirmişdir.
Görüşdə qarşılıqlı əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Yubiley tədbirinin hörmətli iştirakçıları!
Bu gün Azərbaycan ədəbiyyatının görkəm­li nümayəndəsi, Xalq şairi Məmməd Arazın 80 illik yubileyini qeyd edirik.
Yubiley münasibətilə tədbir iştirakçılarını, muxtar respublikanın yaradıcı ziyalılarını, xalqımızı təbrik edirəm!
Azərbaycan ədəbiyyatının inkişafında Məmməd Arazın müstəsna xidmətləri vardır. Onun təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxarmış, Azərbaycan fəlsəfi və siyasi lirikası Məmməd Araz dühası hesabına daha da zənginləşmişdir.

Ardını oxu...

Məmməd Araz yaradıcılığının zirvəsində Azərbaycan torpağı, ana Vətən, onun tarixi və gözəllikləri dayanır. Şairin qələmindən çıxan misralar insanı bütövlüyə, kamilliyə, milli və bəşəri dəyərlərə səsləyir. Hiss və duyğu zənginliyi, düşüncə dərinliyi, mövzu genişliyi ilə seçilən Məmməd Araz yaradıcılığı, əslində, keçmişlə gələcək arasında poetik körpüdür. Hər bir əsərini böyük ilham və vətəndaşlıq hissi ilə yazan Xalq şairi Məmməd Araz poeziyamızın  qüdrətli nəğməkarlarından biridir.
Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Arazın anadan olmasının 80 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü il sentyabrın 27-də “Məmməd Arazın 80 illik yubileyi haqqında” Sərəncam imzalamış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərənca­mı­na əsasən, ədibin yubileyinin muxtar res­publikada qeyd olunması ilə bağlı Tədbirlər Planı təsdiq olunmuş, bir sıra tədbirlər keçirilmişdir.
Oktyabrın 14-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Xalq şairi Məmməd Arazın 80 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yubiley tədbirində məruzə etmişdir (Ali Məclis Sədrinin məruzəsi qəzetin bugünkü nömrəsində dərc olunur).
Sonra Məmməd Arazın 80 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, ədibin şeirləri bədii qiraət olunmuş, müxtəlif dövrlərdə yazdığı publisistik məqalələri oxunmuşdur. Naxçıvan Dövlət Filarmoniyasının solistləri Məmməd Araz şeirlərinə bəstələnmiş mahnıları ifa etmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Sosial sahəyə qoyulan vəsait... insan kapitalı kimi geri qayıdır. Xəstəxana, yol çəkilişi, digər ictimai yerlərin yaradılması, məktəb tikintisi, su xətləri, qazlaşdırma – bütün bu layihələr bir daha onu göstərir ki, bizim dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Hər bir ölkədə düşünülmüş sosial siyasəti güclü iqtisadi islahatları reallaşdırmaqla həyata keçirmək mümkündür. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində Şahbuz rayonunda da yeni infra­struktur sahələri yaradılmış, yaşayış məntəqələri müasirləşmiş və insanların sosial rifahı yüksəlmişdir. Rayonun kəndlərinin müasirliyə, yeniliyə qovuşması ölkəmizdə iqtisadi gücün real təzahürüdür. İndi dağlar qoynunda yerləşən Kükü kəndi də təkcə rəngarəng təbiəti, zəngin turizm potensialı ilə deyil, həm də həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə diqqət çəkir.

Oktyabrın 12-də Şahbuz rayonunun Kükü kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Ayrınc-Qızıl Qışlaq-Kükü avtomobil yolu yenidən qurulmuşdur

Muxtar respublikada yol-nəqliyyat infra­strukturunun müasirləşdirilməsi istiqamətində görülən işlər kənd yaşayış məntəqələrini də əhatə etmişdir. Bu gün respublika əhəmiyyətli yollarla bərabər, rayon və kənddaxili yollar da müasir səviyyədə inşa edilir. Bu il Naxçıvan-Batabat magistralı – Ayrınc-Qızıl Qışlaq-Kükü avtomobil yolunda da yenidənqurma işləri aparılmışdır.
Oktyabrın 12-də avtomobil yolunun açılışı olmuşdur.

Ardını oxu...

Ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər muxtar respublikamızda da uğurla davam etdirilir. Əsgər və zabitlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir. Bu istiqamətdə görülən işlərin davamı olaraq, Şahbuz şəhərindəki hərbi hissədə yeni texniki park və sursat anbarı inşa olunmuşdur.  
Oktyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi hissəyə gəlmiş, texniki parkda və sursat anbarında yaradılan şəraitlə tanış olmuşdur.
Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev aparılan quruculuq işləri barədə Ali Məclisin Sədrinə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, ötən ildən başlayaraq hərbi hissədə yeni sursat anbarı və texniki park inşa olunmuşdur. Texniki parkda hərbi texnika və avtomobillərin saxlanılması, təlimata uyğun istifadə və istismarı, eləcə də onlara gündəlik texniki xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılmışdır. Parkda texniki nəzarət məntəqəsi üçün ikimərtəbəli bina inşa olunmuşdur. Binanın birinci mərtəbəsində təlimat sinfi, texniki nəzarət və istirahət otağı, eləcə də digər xidməti otaqlar vardır. İkinci mərtəbədə isə qarovul xidmətinin təşkili üçün lazımi şərait yaradılmışdır.
Ali Məclisin Sədri hərbi hissənin şəxsi heyətinə təlimdə uğurlar arzulamış, hərbi şəhərcikdə yeni əsgəri-məişət kompleksinin, əsgər və zabit ailələri üçün yataqxana binalarının tikilməsi barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Oktyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikaya gətirilmiş yeni kommunal təyinatlı avtomobillərə və yol-tikinti texnikalarına baxmışdır.
Bildirilmişdir ki, Naxçıvan şəhərində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, cari ildə 4 ədəd “JOHNSTON” markalı yersüpürən və 2 ədəd məişət tullantılarını daşıyan maşın alınaraq muxtar respublikamıza gətirilmişdir.
Yüksək texniki göstəricilərə və iş əmsalına malik olan  “JOHNSTON” markalı yersüpürən maşının bunkerinin həcmi  1,8 kubdur. Məişət tullantıları daşıyan maşının bunkerinin həcmi isə 27 kubdur. Sürücü kabinəsindən asanlıqla idarə olunan avadanlıq məişət tullantılarını doğrayıb presləməyə imkan verir. Silindr formaya malik bunkerin qapağı bağlanır ki, bu da tullantının ətrafa dağılmasının qarşısını alır.
Qeyd olunmuşdur ki, Naxçıvan şəhərində aparılan yol-tikinti işlərinin keyfiyyətini yüksəltmək məqsədilə bu il 4 ədəd yükləyici, 1 ədəd “WOGELE SUPER” markalı asfaltyayan, 3 ədəd “BOMAG” markalı vərdənə, 1 ədəd “CAT” markalı avtoqreyder və 3 ədəd “MERCEDES” markalı yük maşını alınmışdır. Yeni alınan texnikalar dünyanın qabaqcıl ölkə­lərində ən çox istifadə olunan yol-tikinti texnikalarıdır. Yolların tikintisi və təmiri zamanı istismar  olunan bu texnikalar yüksək iş funksiyasına malikdir.
Yeni kommunal təyinatlı maşınlardan və yol-tikinti texnikalarından Naxçıvan şəhərində istifadə olunacaqdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 10-da Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər güllər düzülmüşdür.

*     *     *

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Sərgi Mərkəzində “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi ilə tanış olmuşlar.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Böyük Millət Məclisinin ölkəmizdə keçirilən prezident seçkilərində müşahidəçi kimi iştirak edən nümayəndə heyətini qəbul etmişdir.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Pakistan İslam Respublikası Senatının sədr müavini Sabir Əli Bəlucun başçılıq etdiyi Pakistan Senatı və Milli Assambleyası üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.

AzərTAc

2013-cü il oktyabrın 9-u Azərbaycanın tarixində növbəti prezident seçkiləri günüdür.
Seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.
Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.
Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izlədilər.
Mehriban xanım Əliyeva və ailə üzvləri də səs verdilər.
Prezident İlham Əliyev beynəlxalq müşahidəçilərlə görüşdü.
Bu seçki məntəqəsində 724 seçici qeydiyyata alınmışdır. Məntəqədə səsvermənin gedişini xarici müşahidəçilər, habelə qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və prezidentliyə namizədlərin nümayəndələri izləyirdilər. Azərbaycanın hər yerində olduğu kimi, 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində də seçicilər xalqımızın xoşbəxt gələcəyinə, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, iqtisadi dirçəlişə, dinamik inkişafa, sabitliyə və əmin-amanlığa səs verdilər.   

*  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciət etmişdir.

AzərTAc

Seçki hər bir ölkənin həyatında mühüm tarixi-siyasi hadisədir. Oktyabrın 9-u ölkəmizdə növbəti prezident seçkiləri günüdür. Seçki prosesinin başlandığı ilk dəqiqələrdən etibarən muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində əhali mütəşəkkilliklə seçkilərdə iştirak etmişdir.
Saat 1200-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsinə gələrək səs vermişdir.
Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, Naxçıvan şəhərindəki seçki məntəqələrində 50 minə yaxın seçicinin səs verməsi üçün lazımi şərait yaradılmışdır. 4-15 saylı seçki məntəqəsində 1482 seçicinin səs verməsi nəzərdə tutulmuşdur. Saat 1200-yə qədər seçki məntəqəsində seçicilərin 37 faizi səs vermişdir.
Ali Məclisin Sədri seçki məntəqəsində seçkilərin gedişini izləyən müşahidəçilərlə görüşmüşdür.
Müşahidəçilər muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun təşkil edildiyini və demokratik şəkildə keçirildiyini qeyd etmiş, müşahidəçilərin fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Ulu öndər Heydər Əliyevin siyasi xətti ölkə­mizə tərəqqi, xalqımıza firavanlıq və yüksək rifah bəxş etmişdir. Dahi şəxsiyyət tərəfindən müəyyənləşdirilən sürətli sosial-iqtisadi inkişaf strategiyası bu gün muxtar respublikamızın hər yerində olduğu kimi, Sədərək rayonunda da uğurla davam etdirilir. Hər il rayonda yeni inzibati binalar, istehsal sahələri və sosial obyektlər tikilərək istifadəyə verilir.
Oktyabrın 8-də Sədərək rayonunun Heydərabad qəsəbə uşaq bağçasının yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Ardını oxu...

Oktyabrın 8-də yenidən tikilən Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərinin açılışı olmuşdur.
Açılış mərasimində çıxış edən “Naxçıvanqaz” İstehsalat Birliyinin direktor müavini Ramin İsmayılov demişdir ki, muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikanın bütün yaşayış məntəqələri və istehsal müəssisələri fasiləsiz olaraq təbii qazla təmin edilmişdir. İstehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi ilə yanaşı, bu sahədə infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır, mövcud qaz xətlərində təmir işləri aparılır, istismar müddəti başa çatmış xətlər yeniləri ilə əvəz olunur. Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz kəməri də yenidən çəkilmişdir. Tikinti işlərinə, ümumilikdə, 37 milyon manata yaxın vəsait sərf olunmuşdur. Ramin İsmayılov muxtar respublikada istehlakçıları keyfiyyətli təbii qazla təmin etmək üçün bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərini bildirmişdir.

Ardını oxu...

Muxtar respublikada çayətrafı torpaqların yuyulmasının qarşısının alınması və şoranlaşmış torpaqların münbitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində sahilbərkitmə işləri mühüm əhəmiyyət kəsb edir. 2003-cü ildən başlayaraq Araz çayında sahilbərkitmə işləri aparılır.

Ardını oxu...

Muxtar respublikada gömrük infrastrukturunun yenidən qurulması və maddi-texniki bazanın müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində mühüm addımlar atılır. Sədərək gömrük-keçid məntəqəsində yeni kompleksin inşa olunması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək gömrük-keçid məntəqəsinə gəlmiş, yeni inşa olunacaq kompleksin layihəsinə baxmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov məlumat vermişdir ki, ərazidə Sədərək Gömrük İdarəsi üçün yeni inzibati bina və yük terminalı inşa olunacaq, X-Ray rentgen nəzarət-yoxlama kompleksi qurulacaqdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında yanğın təhlükəsizliyi sahəsində fəaliyyətlərinə görə:
    Abbaslı Habil Sabir oğlu
    Ağalarov Şakir Mamo oğlu
    Babayev İslam Məmməd oğlu
    Cəfərov Səbuhi Vəli oğlu
    Hacıyev İlqar Əli oğlu
    Həsənov Anar Ramiz oğlu
    Həsənov Eldəniz Əşrəf oğlu
    İbrahimov Şahid Fərəməz oğlu
    Kərimov Elşən Vaqif oğlu
    Məmmədov Sərdar Həsən oğlu
    Mirzəliyev Tahir Heydər oğlu
    Nəsirov Etibar Şamo oğlu
    Sadiqov Tural Səfər oğlu
    Seyidov Mirkərim Mirzoha oğlu
    Təhməzbəyov Nadir Fəxrəddin oğlu −  “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 8 oktyabr 2013-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Azərbaycanda prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Pino Arlaçinin başçılıq etdiyi Avropa Parlamenti nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə ölkəmizlə Avropa Parlamenti arasında əməkdaşlığın əhəmiyyəti qeyd olundu, Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 *    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qulenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olundu, Fransa Senatının müşahidə missiyasının ölkəmizə səfərinin önəmi vurğulandı, prezident seçkilərinə hazırlıqla əlaqədar görülən işlər barədə fikir mübadiləsi aparıldı.

AzərTAc

Oktyabrın 5-də 705 saylı hərbi hissənin yaradılmasının 21-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilmiş, Kəngərli rayonunun Qıvraq qəsəbəsində yeni əsgər yataqxanasının açılışı olmuşdur.
Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev mərasimə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 705 saylı hərbi hissənin yaradılmasının 21-ci ildönümünü hərbi hissənin yeni əsgər yataqxanasının istifadəyə verilməsi ilə qeyd edildiyini bildirmiş, bu münasibətlə tədbir iştirakçılarını, hərbi hissənin bütün şəxsi heyətini təbrik edərək demişdir: “Dövlətin dövlət olması üçün onun güclü ordusu olmalıdır. Ordusu olmayan ölkə tam müstəqil ola və milli dövlətini qura bilməz. Ordu hər bir dövlətin özünütəsdiq imkanıdır. Xalqımızın özünütəsdiq imkanının reallaşdırılması yolunda ilk addımlar ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən atılmışdır. Ulu öndərimiz Sovet hakimiyyətinin mövcud olduğu bir dövrdə Azərbaycanın gələcək dövlət müstəqilliyi barədə düşünərək Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmış, Azərbaycandan kənarda hərbi kadrların yetişməsinə, bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən ali hərbi məktəblərdə azərbaycanlıların sayının artı­rılmasına nail olmuşdu”.

Ardını oxu...

“Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin  təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 oktyabr tarixli Sərəncamı ilə Hüseynov Səxavət Səməd oğlu Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin, Məmmədov Mehrab Fərmayıl oğlu Culfa Rayon Məhkəməsinin, Salmanov Elşən Fizuli oğlu Ordubad Rayon Məhkəməsinin, Aslanov Emin Dilavər oğlu Şərur Rayon Məhkəməsinin hakimləri təyin edilmişlər.

Son illər aparılan tikinti-quruculuq işləri Qıvraq qəsəbəsindəki hərbi hissənin görkəmini tamamilə dəyişmiş, xidmətin təşkili üçün lazımi şərait yaradılmışdır. Hazırda hərbi hissədə Təlim-Tədris Mərkəzi üçün yeni bina inşa olunur.
Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın yerləşdiyi əraziyə gəlmiş, tikinti işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaqdır. Burada interaktiv atəş otağı, təlim sinifləri və trenajor zalları istifadəyə veriləcək, mərkəz müasir texnika və avadanlıqlarla təchiz olunacaqdır. Hazırda binada tikinti işləri davam etdirilir. Mərkəzdə hərbi tədris proqramlarının keyfiyyətlə işlənib mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması, praktik vərdişlərinin möhkəmləndirilməsi üçün lazımi şərait yaradılacaqdır.
Ali Məclisin Sədri binada inşaat işlərinin keyfiyyətlə aparılması barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin, “Dövlət qulluğunda fərq­lənməyə görə”, “Tərəqqi”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Vətən uğrunda” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının, 2012-2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülən gənc istedadlara mükafatların təqdimat mərasimi keçirilmişdir.

Ardını oxu...

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşmüşdür.
İdmançılarımızı İslam Həmrəyliyi Oyunlarında qazanılmış qələbələr münasibətilə təbrik edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan üçün uğurlu olan bu oyunlarda idmançılarımız ümumilikdə 24 medal qazanmışlar ki, onlardan da 6-sı qızıldır. “Bu qələbə onu göstərir ki, Azərbaycan idman dövlətidir. Ölkəmizdəki idman qurumlarının hamısı bir məqsədə xidmət edir ki, Azərbaycanın uğurları daha da artsın”, – deyən Prezident İlham Əliyev ölkəmizin dünyada İslam həmrəyliyinin daha da gücləndirilməsi işinə töhfə verdiyini, bu sahədə öz səylərini gücləndirdiyini bildirdi.
Sonra Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, İslam Həmrəyliyi Oyunlarında idmanın karate növündə qızıl medalın sahibi Ayxan Mamayev, Taekvondo üzrə milli komandanın baş məşqçisi Gündüz Abdullayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış etdilər.
Prezident İlham Əliyev idmançılarımızı parlaq qələbələri münasibətilə bir daha təbrik etdi.
Sonda xatirə şəkli çəkdirildi.   

AzərTAc

Tədrisin yeni dövrün tələblərinə uyğun qurulması, ilk növbədə, müasir təhsil infra­strukturunun yaradılmasından asılıdır. Son illər muxtar respublikanın yaşayış məntəqələrində yeni məktəb binaları tikilmiş, tədris forma və məzmunca yeniləşdirilmişdir. Ordubad rayonunda da təhsil ocaqlarının müasirləşdirilməsi diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə ardıcıl tədbirlər görülmüşdür.
Oktyabrın 4-də Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin  2013-cü il 3 oktyabr  tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil işçiləri təltif edilmişdir. Təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasının təhsil işçiləri də var:

“Tərəqqi” medalı ilə:
Əliyeva Gülsadə Ağalar qızı
Qasımov Abbas Əkbər oğlu
Quliyeva Fatma Firidun qızı
Şahverdiyeva Şamama Məhərrəm qızı

“Əməkdar müəllim” fəxri adı ilə:
Məmmədova Ofelya Babaş qızı
Şəkərəliyev İlham Əli oğlu
Vəliyeva Ruxsarə Musa qızı
Zeynalova Məryəm Hüseyn qızı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında təhsil sahəsindəki xidmətlərinə görə:

Abbasov Kəmaləddin Əli oğluna
Əliyeva Məsmə Həsən qızına
Fətəliyev Çərkəz Fətəli oğluna
İsmayılova Afət Şəmil qızına
Məmmədov İlqar İsa oğluna
Rzayeva Elmira Cəfər qızına
Şıxəliyev Şahbaz Şıxəli oğluna
Vəliyev Telman Yunis oğluna − “Əməkdar müəllim” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

 Naxçıvan şəhəri, 4 oktyabr 2013-cü il

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlmişdir.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

*    *    *

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Sumqayıta səfəri çərçivəsində Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin tabeliyində olan Üzeyir Hacıbəyli adına “Kimyaçı” Mədəniyyət Sarayının qarşısındakı meydanda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.  

*    *    *

Oktyabrın 3-də Sumqayıtda “Sağlam qida” aqrar-sənaye kompleksi istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kompleksin açılışında iştirak etmişdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verdi ki, bu iqtisadi qurum Sumqayıtın sənaye zonasında 7 hektar ərazidə istehsal və xidmət sahələrini əhatə edən 3 iri müəssisədən ibarət müasir aqrar-sənaye kompleksidir. Diqqətə çatdırıldı ki, kompleksin tərkibinə çörək istehsalı zavodu, taxıl anbarı, un dəyirmanı kompleksi, həmçinin qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə logistik mərkəz daxildir.
Kompleksin çörək istehsalı zavodunun foyesində ümummilli lider Heydər Əliyevin Sumqayıta səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılmışdır.
Dövlətimizin başçısı müəssisəni işə saldı.

AzərTAc

Taxıl məhsulları istehsalının genişləndirilməsi ərzaq təhlükəsizliyinin təminatında mühüm əhəmiyyət daşıyır. Bu baxımdan muxtar respublikada əsas strateji sahə olan taxılçılığın inkişafına xüsusi diqqət yetirilir. Hər il taxıl əkini sahələri genişləndirilir, mütərəqqi üsullardan istifadə olunaraq bol məhsul istehsal edilir.
Bir neçə gündür ki, muxtar respublikamızda payızlıq taxıl əkininə başlanmışdır.
Oktyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət” Toxumçuluq Təsərrüfatına gəlmiş, taxıl əkininin gedişi ilə maraqlanmışdır.

Ardını oxu...

Oktyabrın 3-də Ali Məclisin Sədri Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin torpaq sahələrinin suvarma su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanış olmuşdur.

Ardını oxu...

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişlər.
Dövlətimizin başçısı pansionatın yenidənqurmadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pansionatda yaradılmış şəraitlə tanış oldular.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlətimizin başçısına və xanımına məlumat verdi ki, 1964-cü ildən fəaliyyət göstərən pansionatda əsaslı təmir və yenidənqurmadan sonra müharibə və əmək əlillərinin rahat yaşamaları və istirahəti üçün hər cür şərait yaradılmışdır. Pansionat üçün sahəsi 10687 kvadratmetr olan 165 otaqlı yeni korpus tikilmişdir.
Bildirildi ki, təmirdən əvvəl pansionatda 160-a qədər sakin yaşayırdısa, təmirdən sonra onların sayı 300-ə çatmışdır.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pansionatın sakinləri ilə görüşdülər, çay süfrəsi arxasında söhbət etdilər.
Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Baş prokuror Zakir Qaralov Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışına gələn Prezident İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısına məlumat verən baş prokuror Zakir Qaralov bildirdi ki, 5 və 7 mərtəbəli iki korpusdan, habelə üçmərtəbəli yardımçı bina və yeraltı qarajdan ibarət olan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının inşasına 2010-cu ilin avqustunda başlanmış və tikinti işləri uğurla başa çatdırılmışdır. Bununla yanaşı, ərazidəki digər binalarda yenidənqurma işləri aparılmış, ətrafda yaşayan insanların istirahətinin təşkili məqsədi ilə yeni park salınmış, yaşıllıq zolaqları genişləndirilmiş, fəvvarələr quraşdırılmışdır.
Dövlətimizin başçısı “Qaynar xətt” əlaqə mərkəzi və onun fəaliyyəti ilə tanış oldu. Korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirə salınmadan çatdırılması və operativ baxılmasının təmin edilməsi məqsədi ilə yaradılan “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti təkmilləşdirilmişdir. Artıq daxil olan zənglərin görmə funksiyasını əks etdirən monitorlar vasitəsilə qəbulu yeni proqram təminatı ilə həyata keçirilir ki, bu da korrupsiyaya daha çox məruz qalan sahələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün təhlillər aparmağa imkan yaradır.
Prezident İlham Əliyev daha sonra korrupsiya cinayətlərinin qarşısının alınması və aşkarlanması istiqamətində əməliyyat-axtarış fəaliyyətinin uğurla həyata keçirilməsi məqsədi ilə elmi-texniki tərəqqinin ən müasir nailiyyətlərini özündə birləşdirən zəruri avadanlıqlar, müasir texniki vasitələrlə təchiz edilmiş otaqlarla tanış oldu.
Sonra Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin kollektivi ilə görüşdü.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə son illər Azərbaycanın əldə etdiyi sürətli iqtisadi inkişafdan məmnunluq ifadə olundu, Azərbaycan Dövlət Neft Şirkəti ilə bp arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi qeyd olundu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm, regional təhlükəsizlik və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

*    *    *

Sentyabrın 25-də İndoneziyanın Palembanq şəhərində Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tərəfindən ölkəmizin paytaxtında keçiriləcək İslamiadaya həsr olunan “Azərbaycan günü” təşkil edilmişdir.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti səsləndirilmişdir.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakının Nizami rayonu ərazisində istifadəyə verilən 110/35/6 kv-luq 204 nömrəli yarımstansiya ilə tanış olmuşdur.
Dövlətimizin başçısı İlham Əliyev əsaslı şəkildə yenidən qurulan müasirtipli yarımstansiyada yaradılan şəraitlə tanış oldu.
Prezident İlham Əliyev yarımstansiyada ulu öndər Heydər Əliyevin elektroenergetikanın inkişaf etdirilməsi istiqamətində göstərdiyi fəaliyyəti əks etdirən fotoguşəyə baxdı.
“Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev yarımstansiyada görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.
İnşa olunan yarımstansiyaların əvvəlki vəziyyətindən və yenidənqurmadan sonra yarımstansiyaların birləşmə sistemindən bəhs edən görüntülər nümayiş etdirildi.
Dövlətimizin başçısı Dispetçer İdarəetmə Mərkəzindən kompüter vasitəsilə yarımstansiyanı işə saldı.
Dövlətimizin başçısı yarımstansiyanın ayrı-ayrı sahələrində yaradılan şəraitlə yaxından tanış oldu.
Yarımstansiyada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.
“Bakelektrikşəbəkə”nin kollektivi adından çıxış edən Baxış Babayev elektrik enerjisi sektorunda əldə olunan böyük uğurlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı gələcəkdə də ardıcıl tədbirlərin həyata keçiriləcəyini vurğuladı.

AzərTAc

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar Şərur rayonunun quruculuq xəritəsinin genişlənməsinə və kənd yaşayış məntəqələrinin müasirləşməsinə səbəb olmuşdur. Son illər rayonun kəndlərində kompleks abadlıq-quruculuq işləri aparılmış, bu istiqamətdə həyata keçirilən tədbirlər 2013-cü ildə də davam etdirilmiş, Sərxanlı kəndində məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri üçün yeni binalar tikilmişdir.
Sentyabrın 25-də Sərxanlı kəndində inşa olunan sosial obyektlər istifadəyə verilmişdir.

Müasir tədris şəraiti Sərxanlı kənd tam orta məktəbinin uğurlarını artıracaq

Muxtar respublikamızda insan kapitalının formalaşdırılması prinsipinə əsaslanan təhsil islahatları tədrisin səviyyəsini yüksəltməklə yanaşı, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsinə də səbəb olmuşdur. Bu gün şəhər, qəsəbə və kəndlərimizdə müasir məktəb binaları tikilir, təhsil infrastrukturu müasirləşdirilir. Sərxanlı kənd tam orta məktəbinin binasında da lazımi tədris şəraiti yaradılmışdır.
Sentyabrın 25-də məktəb binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov demişdir ki, kənd yaşayış məntəqələrində aparılan geniş abadlıq işləri sakinlər tərəfindən rəğbətlə qarşılanır. Sərxanlı kəndində istifadəyə verilən yeni sosial obyektlər də sakinlərin rahatlığının təmin olunmasına xidmət edir. Qeyd olunmuşdur ki, son 10 ildə rayonda 34 məktəb binası inşa edilərək, yaxud yenidən qurularaq istifadəyə verilmişdir. Yaradılan şərait rayonda təhsilin inkişafına səbəb olmuşdur. İbrahim Məmmədov rayonun inkişafına göstərilən qayğıya görə sakinlər adından minnətdarlıq etmişdir.

Ardını oxu...

Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə gələn ATƏT-in müşahidə missiyasının rəhbəri Tana de Zuluetanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin Sədri ölkəmizdə prezident seçkilərinə hazırlıq işlərinin aparıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, ATƏT-in müşahidə missiyası Azərbaycan dövlətinin dəvəti ilə ölkəmizə gəlmişdir. Ölkəmizdə, eləcə də muxtar respublikada müşahidəçilərin fəaliyyətinin təmin olunduğunu bildirən Ali Məclisin Sədri ATƏT-in müşahidə missiyasına işlərində uğurlar arzulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən Tana de Zulueta Naxçıvan Muxtar Respublikasında ATƏT-in müşahidə missiyasının nümayəndələri üçün yaradılan şəraitdən razılığını bildirmiş, prezident seçkiləri zamanı qarşıya qoyulan öhdəliklərin yerinə yetirilməsi sahəsində ardıcıl tədbirlərin görüldüyünü qeyd etmişdir.
Görüşdə prezident seçkiləri zamanı beynəlxalq müşahidəçilərin fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli 46-IV FR nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:
İdman sahəsində:
Murtuzov Rauf Mübariz oğlu – Naxçıvan şəhər Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin şagirdi, Şahmat idman növü üzrə
Əliyev Tayfur Nəriman oğlu – Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin şagirdi, Boks və Kikboksinq idman növü üzrə
Musiqi sahəsində:
Həsənov Xaliq Nüsrət oğlu – Culfa Şəhər Uşaq Musiqi Məktəbinin şagirdi, Xanəndəlik üzrə
2. Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadların hər biri üçün 120 manat məbləğində xüsusi aylıq təqaüd müəyyən edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 25 sentyabr 2013-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri xanım Tana de Zuluetanı qəbul etmişdir.

Görüşdə Azərbaycanda qarşıdan gələn prezident seçkiləri üzrə görülən hazırlıq işlərinin vəziyyəti və seçkilərin keçirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

AzərTAc

Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçlə görüşmüşdür.
Qonağı səmimiyyətlə salamlayan Ali Məclisin Sədri onu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ermənistanın hərbi təcavüzü nəticəsində uzun müddətdir, blokada şəraitində yaşayır. Lakin buna baxmaya­raq, muxtar respublikada iqtisadiyyatın bütün sahələri inkişaf etdirilir. Kənd təsərrüfatı, sənaye, təhsil, səhiyyə, mədəniyyət sahələrində mühüm uğurlar qazanılmış, ərzaq təhlükəsizliyi təmin olunmuşdur. Eyni zamanda elm və təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, dünya təhsil sisteminə inte­qrasiya istiqamətində mühüm addımlar atılmışdır.
Ali Məclisin Sədri Zoran Vayoviçin səfərinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Serbiya arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirmiş, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən Zoran Vayoviç muxtar respublikada ilk dəfə olduğunu, qədim Azərbaycan torpağı olan Naxçıvanın sürətlə inkişaf etdiyini bildirmişdir. Səfir ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda əsası qoyulan inkişaf xəttinin Azərbaycanı tərəqqiyə qovuşdurduğunu, siyasi və iqtisadi qüdrətinin durmadan artırdığını qeyd etmişdir. Azərbaycan və Serbiya arasında iqtisadi, mədəni və digər sahələrdəki münasibətlərin məmnunluq doğurduğunu bildirən qonaq fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası ilə də qarşılıqlı əlaqələrin inkişafında səyini əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasineni və Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidenti Qulisa Balabekovanı qəbul etmişdir.
Avropa Milli Kitabxanaları Konfransının növbəti toplantısının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələrin iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev konfransda müzakirə olunacaq məsələlərin kitabxana işinin inkişaf etdirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı qonaqların ölkəmizə bu səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.
Ölkəmizə ilk səfərlərindən məmnunluğunu bildirən Avropa Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasine Bakının mərkəzində Azərbaycan Milli Kitabxanasının binasının onlarda dərin təəssürat yaratdığını dedi. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində və Azərbaycan Milli Kitabxanasının 90 illik yubiley tədbirində iştirak edəcəklərini vurğulayan qonaq Avropa Milli Kitabxanaları Konfransının növbəti toplantısının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd etdi.

AzərTAc

Sentyabrın 20-də Bakının Qaradağ rayonunda müasir standartlara cavab verən gəmiqayırma zavodunun açılış mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayacaq Bakı Gəmiqayırma Zavodunun tikintisi respublikamızda həyata keçirilən iri infrastruktur layihələrindən biridir. Təməli 2010-cu il martın 19-da Prezident İlham Əliyev tərəfindən qoyulmuş zavod Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəliftəyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərəcəkdir.
Prezident İlham Əliyev zavodun fəaliyyətini əks etdirən videoçarxa və müəssisənin maketinə baxdı.
Diqqətə çatdırıldı ki, zavodun istifadəyə verilməsi Xəzər dənizində Azərbaycanın aparıcı mövqeyini gücləndirməklə yanaşı, ölkəmizdə yeni gəmi tikintisi sənayesinin yaradılmasına səbəb olacaqdır.
Prezident İlham Əliyev zavodun fəaliyyətini əks etdirən stendlərə baxdı.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Sonra Sinqapurun Ticarət və Sənaye Nazirliyinin baş dövlət naziri Li Yi Şyan çıxış etdi.
Daha sonra Azərbaycan Prezidenti üzən quru doka ad verilməsi mərasimində iştirak etdi.
Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

Muxtar respublikanın istər rayon mərkəzlərində, istərsə də şəhər, qəsəbə və kəndlərində müşahidə olunan inkişaf tempi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən “Güclü dövlət, yüksək rifah” strategiyasının bəhrəsidir. Bu inkişafdan Culfa rayonuna da pay düşüb. Hər il rayonun kəndlərində yeni məktəb binaları, kənd mərkəzləri, səhiyyə obyektləri tikilir, müasir yollar çəkilir.
Sentyabrın 20-də Culfa rayonunun Kırna kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Kırna kəndinin avtomobil yolu yenidən qurulmuşdur

Müasir yol infrastrukturunun yaradılması muxtar respublikanın kəndlərində aparılan tikinti-quruculuq işlərinin əsasını təşkil edir. Bu il Kırna kəndində aparılan tikinti işləri zamanı avtomobil yolu da əsaslı şəkildə yenidən qurulmuşdur.
Sentyabrın 20-də Kırna avtomobil yolunun açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış məra­simində iştirak etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Quba rayonuna səfərə gəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin, Quba Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının, Gənclər Mərkəzinin, Qubada Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında inşa olunmuş “Yaşıl teatr”ın, Yeni Azərbaycan Partiyası Quba Rayon Təşkilatının yeni inzibati binasının açılışlarında, Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə iştirak etmiş, Qubanın Qırmızı qəsəbəsində yeni salınmış Heydər bağında yaradılan şəraitlə tanış olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Qubanın Qırmızı qəsəbəsi ərazisində, Qudyalçay üzərindəki tağlı Qırmızı körpünün yenidənqurmadan sonrakı vəziyyəti ilə və rayonun Əski-İqriq kəndində beşulduzlu “Rixos Quba Azerbaijan” otelində görülən işlərlə tanış olmuşdur.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Quba-Qusar avtomobil yolunda, Qudyalçay üzərində beşaşırımlı körpünün açılışında iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Qubada Bakı Dövlət Universitetinin tədris-təcrübə və istirahət mərkəzinin, Azərbaycan Dövlət İqtisad Universitetinin tədris, idman və istirahət kompleksinin açılışlarında iştirak etmişdir.

AzərTAc

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyevə “ASAN imza”nın sertifikatı və “ASAN imza”nın daşıyıcısı olan Sim kartın yerləşdiyi mobil telefon təqdim edildi.
Məlumat verildi ki, Bakı şəhər 3 saylı “ASAN xidmət” mərkəzində “Biometrik məlumatların toplanması sistemi” də yaradılmışdır. Sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin götürülməsi, elektron imza və digər xüsusiyyətlərə malikdir. Digərlərində olduğu kimi, bu mərkəzdə də uşaqlar üçün ayrıca oyun guşəsi yaradılmışdır.
“ASAN xidmət” mərkəzində 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 25 hüquqi xidmət həyata keçirilir.
Dövlətimizin başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

AzərTAc

Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndiricisi, ATƏT-in Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazəni və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Marianini qəbul etmişdir.

*    *    *

Sentyabrın 16-da Bakının Yasamal rayonundakı 158 nömrəli tam orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bölgələrin inkişafı hər bir ölkənin real gücünü göstərir. Son illərdə Azərbaycanın bölgələrində aparılan işlər bir daha Azərbaycanın qüdrətli ölkə olduğunu təsdiqləyir. Çünki hər bir yerdə, hər bir bölgədə inkişaf, quruculuq işləri gedir”.
2009-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində aparılan quruculuq işləri nəticəsində Şərur rayonu da müasir görkəm almışdır. Rayon mərkəzində və kənd­lərdə tikilən yeni sosial obyektlər insanların rahatlığının təmin olunmasına mühüm töhfə verməklə yanaşı, Şərurun simasını da başdan başa dəyişmişdir.
Sentyabrın 16-da Şərur rayonunun Dəmirçi kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Bilik Günü Dəmirçi kənd tam orta məktəbinin yeni binasının açılışı ilə qeyd olunmuşdur

Sentyabrın 16-da Dəmirçi kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, hər il sen­tyabrın 15-də ölkəmizdə yeni tədris ilinin başlandığını və Bilik Gününün qeyd edildiyini bildirmiş, bu münasibətlə ümumtəhsil məktəblərinin şagirdlərini, ali və orta ixtisas məktəblərinin tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, bütün pedaqoji kollektivləri və valideynləri təbrik edərək demişdir: “Muxtar respublikamızda yeni tədris ilində yeni təhsil müəssisələrinin istifadəyə verilməsinin özünəməxsus ənənəsi formalaşmışdır. Bu gün Şərur rayonundakı Dəmirçi kənd tam orta məktəbinin yeni binası şagird və müəllimlərin istifadəsinə verilir. 1026 şagird yerlik məktəb binasında təhsilin ən müasir standartlara uyğun şəkildə qurulması üçün nümunəvi şərait yaradılmış, müasir informasiya sistemləri, elektron lövhələr quraşdırılmış, sinif otaqları, fənn laboratoriyaları yaradılmışdır. Dəmirçi kənd məktəbinin təhsil sahəsindəki nailiyyətləri əsas verir deyək ki, kollektiv yaradılan şəraitdən faydalanaraq bu nailiyyətləri daha da artıracaqdır”.

Ardını oxu...

Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə gələn missiyasının muxtar respublikada fəaliyyət göstərəcək müşahidəçiləri Olena Qreçcanyuk və Vida Koren Holmu qəbul etmişdir.

Qonaqları səmimiyyətlə salamlayan Ali Məclisin Sədri qarşıdan gələn prezident seçkilərinin ölkəmizin həyatında mühüm tarixi hadisə olduğunu bildirmiş, ATƏT-in prezident seçkilərinin müşahidə missiyasının fəaliyyətinin vacibliyini qeyd etmişdir. Muxtar respublikada beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılacağını bildirən Ali Məclisin Sədri qonaqlara missiyalarında uğurlar arzulamışdır.

Səmimi qəbula görə minnətdarlıq edən Olena Qreçcanyuk və Vida Koren Holm bildirmişlər ki, fəaliyyətləri dövründə muxtar respublikada seçki kampaniyasını, seçki qanunvericiliyinin icrasını, eləcə də səsvermə prosesini yaxından izləyəcəklər.

Görüşdə beynəlxalq müşahidəçilərin fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 13 sentyabr tarixli Sərəncamı ilə 2013/2014-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş bir qrup tələbəyə Prezident təqaüdü verilmişdir. Həmin tələbələr arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin məzunları da vardır:

             Bağırov Mənsur Mahmud oğlu

             Əsgərova Müşfiqə Qasım qızı

             Həbibbəyli Tuncay Həbib oğlu

             İsmayılova Fatma Abdulla qızı

             Qurbanova Surə Urfullah qızı

             Mikayılova Nərmin Oktay qızı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Xalq artisti, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Arif Məlikova Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə Heydər Əliyev ordeni təqdim etmişdir.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Xətai rayonundakı 249 və 138 nömrəli orta məktəb binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Prezident İlham Əliyev əvvəlcə 249 nömrəli orta məktəb binasının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış oldu.
Görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, 1972-ci ildə inşa olunan məktəbin binası iki korpusdan ibarətdir. Məktəbdə Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərir. Məktəb binasının sahəsi 2252 kvadratmetr, məktəbin ümumi ərazisi isə 19 min 272 kvadratmetrdir. Yeni dərs ili ərəfəsində məktəbin binası əsaslı şəkildə təmir edilmiş, sinif otaqları, fənn kabinetləri yenidən qurularaq müasir avadanlıqla təchiz olunmuşdur. Məktəbin ətraf ərazisində də abadlıq və quruculuq işləri həyata keçirilmişdir.
Sonra Prezident İlham Əliyev 138 nömrəli məktəbə gəldi. Bu məktəbdə görülən işlərlə bağlı da dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, iki korpusdan ibarət 138 nömrəli orta məktəbin binası 1977-ci ildə inşa olunmuşdur. Məktəbin bütün sinif otaqlarında, fənn kabinetlərində təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilmişdir. Bu təhsil ocağının ərazisində abadlıq və quruculuq işləri aparılmış, yaşıllıqlar salınmışdır.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqin etimadnaməsini qəbul etmişdir.
Səfir İrfan Siddiq fəxri qarovul dəstəsinin qarşısından keçdi.
İrfan Siddiq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Sudan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed əl-Haqın etimadnaməsini qəbul etmişdir.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Sabunçu rayonundakı 252 və 80 nömrəli orta məktəblərin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.

*    *    *

Sentyabrın 12-də Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

AzərTAc

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində elm və təhsil müəssisələrində qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir: “Elm və təhsilin inkişafı hər bir ölkədə prioritet sahədir. Çünki yüksəktəhsilli və geniş dünyagörüşə malik vətənpərvər gənclərin yetişdirilməsi ölkənin gələcəyini təmin edir. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə elm və təhsilin inkişafını, ixtisaslı kadrların hazırlanmasını, vətənpərvər gəncliyin formalaşdırılmasını daim diqqət mərkəzində saxlamışdır. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də bu sahəyə xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində hər il ali təhsil müəssisələrinə qəbul olunan və xaricdə təhsil almağa göndərilən tələbələrin sayı artır, ölkəmizdə müxtəlif elm sahələri yaradılır, elmin iqtisadiyyata tətbiqi genişləndirilir. Bütün bunlar isə elm və təhsil sahəsində həyata keçirilən tədbirlərin əhatə dairəsinin daha da genişləndirilməsini, bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsini tələb edir”.

Ardını oxu...

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR