05 Yanvar 2025, Bazar

Mayın 12-də Naxçıvan Muxtar Respublika Stadionunda “Araz-Naxçıvan” komandasının futbol üzrə Azərbaycan çempionatının birinci divizionda qalib olması və Premyer-Liqaya vəsiqə qazanması münasibətilə mükafatlandırma mərasimi keçirilmişdir.
Tədbirin aparıcıları qeyd etmişlər ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq yeni futbol meydançaları, stadionlar tikilir, futbol komandaları yaradılır. Futbolun inkişafına göstərilən qayğı ölkəmizin bütün bölgələrində bu idman növünün geniş yayılmasına və kütləvi xarakter almasına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikasında da futbolun inkişafına xüsusi diqqət yetirilir. 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”lə bağlı keçirilmiş müşavirədə Ali Məclisin Sədri tərəfindən futbolun inkişafı istiqamətində konkret vəzifələr müəyyənləşdirilmiş, “Araz-Naxçıvan” futbol komandasının yenidən formalaşdırılması barədə tapşırıqlar verilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Fransa Respublikasının Prezidenti Fransua Ollandın mayın 12-də rəsmi qarşılanma mərasimi olmuşdur.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Fransa Prezidenti Fransua Ollandın ölkəmizə rəsmi səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmi vurğulandı. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
Mayın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Ardını oxu...

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümüdür.  
Xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.
Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoydu, ulu öndərin ruhu qarşısında baş əydi.
Sonra dövlətimizin başçısı və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət etdilər və gül dəstələri qoydular.

*    *    *

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və sarayın arxasındakı Şəhər Mərkəzi Parkında Gül bayramı keçirilmişdir.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında iştirak etmişlər.

*    *    *

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak etmişlər.

AzərTAc

Mayın 10-da Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xalqımızın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 8-də Rusiya Federasiyası Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxovu qəbul etmişdir.
Uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən humanitar, mədəniyyət və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu, ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

AzərTAc

1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan tarixi qələbənin 69-cu ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunmuşdur.
Mayın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə kompleksinə gəlmiş, Böyük Vətən müharibəsi veteranları ilə görüşmüş, onları 1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qələbənin 69-cu ildönümü münasibətilə təbrik etmişdir.

Ardını oxu...

Mayın 8-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikada kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev çıxış edərək demişdir ki, muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçiril­məkdədir.

Ardını oxu...

Mayın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatına gəlmiş, əkin sahələrinə baxmışdır.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev məlumat vermişdir ki, yardımçı təcrübə təsərrüfatının sahəsi 70 hektardır. Bu ilin məhsulu üçün şırım üsulu ilə 41,1 hektarda payızlıq taxıl əkini aparılmışdır. Səpin zamanı məhsuldar buğda və arpa sortlarından istifadə olunub. Həmçinin 9 hektarda “Santa” sortlu kartof, 16 hektarda yonca, 1 hektara yaxın ərazidə isə bostan məhsulları əkilmişdir.
Bildirilmişdir ki, yardımçı təcrübə təsərrüfatında əkin və becərmə işləri aqrotexniki qaydalarda aparılır. Bitkilərdən yüksək və keyfiyyətli məhsul götürülməsi üçün payızlıq və yazlıq əkinlər üzvi və mineral gübrələrlə aqrotexniki qaydalara uyğun gübrələnir, mütərəqqi əkin və suvarma metodlarından istifadə olunur. Birliyin nəzdində 25 texnika var. Əkin və becərmə işlərinin həyata keçirilməsində texnikadan səmərəli istifadə olunur.
Ali Məclisin Sədri əkin zamanı yerli iqlim şəraitinə uyğunlaşmış toxum növlərindən istifadəyə üstünlük verilməsi, torpaq mülkiyyətçiləri və fermerlərlə kənd təsərrüfatı bitkilərinin əkin və becərilmə qaydaları haqqında söhbətlərin aparılması, seminarların və rayonlarda səyyari yığıncaqların keçirilməsi, mütərəqqi əkin üsullarının izah edilməsi, qeyd olunan məsələlərlə bağlı kitabçaların hazırlanıb paylanılması, yardımçı təcrübə təsərrüfatında yerli sortlardan ibarət meyvə bağının salınması barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhər 4 saylı “ASAN xidmət” mərkəzinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.

*      *      *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Honduras Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korralesin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Respublikası ilə Honduras Respublikası arasında qısa vaxt ərzində yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlətimizin başçısı ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Honduras Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə xanım Mireya Aquero de Korralesin Azərbaycanın “Dostluq” ordeni ilə təltif edildiyini dedi və ordeni qonağa təqdim etdi.
Nazir xanım Mireya Aquero de Korrales Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradonun salamlarını və Prezident İlham Əliyevi Hondurasa səfərə dəvətini dövlətimizin başçısına çatdırdı. O, Azərbaycanın yüksək mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünə görə minnətdarlığını ifadə etdi.
Dövlətimizin başçısı Honduras Respublikasının Prezidenti Xuan Orlando Ernandes Alvaradonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Honduras dövlətinin başçısına çatdırmağı xahiş etdi.

AzərTAc

Azərbaycanda gömrük sisteminin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirən ulu öndər bu sahənin inkişafını daim diqqət mərkəzində saxlamışdır. Artıq ölkəmizdə müasir gömrük xidməti formalaşdırılmışdır. Naxçıvan Muxtar Respublikasında da gömrük xidmətinin təkmilləşdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, bu sahənin maddi-texniki bazası gücləndirilir.

Ardını oxu...

Muxtar respublikada sosial qayğıya ehtiyacı olan vətəndaşların kommunal-məişət şəraitinin yaxşılaşdırılması, onların fərdi mənzillər və minik avtomobilləri ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli sammitində iştirak etmək üçün mayın 6-da Gürcüstana işgüzar səfərə getmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Tbilisidə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət etmişdir.
Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin binasında yaradılan şəraitlə tanış olmuşdur.
Mayın 6-da Tbilisidə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası prezidentlərinin üçtərəfli sammiti keçirilmişdir.
Həmin gün Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin üçtərəfli görüşü olmuşdur.
Mayın 6-da Tbilisidə üçtərəfli görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və Türkiyə Respublikasının Prezidenti Abdullah Gül mətbuata bəyanatlarla çıxış etmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri mayın 6-da başa çatmışdır.

AzərTAc

Mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının yeni binasının açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.

*     *     *

Mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.
Prezident İlham Əliyev “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Prezident İlham Əliyev mərkəzin kitabxanası, akt və konfrans zalları ilə tanış oldu, görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

*     *     *

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Heydər Əliyev prospektində – “Şəfa” stadionunun qarşısında avtomobillər və piyadalar üçün yeni tikilmiş yeraltı keçidin açılışında iştirak etmişdir.

AzərTAc

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti Azərbaycanda uğurla davam etdirilir. Ölkəmizdə uşaqların layiqli vətəndaş olaraq formalaşması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasında da bu sahədə mühüm işlər həyata keçirilir, məktəbəqədər tərbiyə müəssisələrinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılır.

Ardını oxu...

Mayın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti üçün alınıb gətirilmiş yeni texnikalara baxmışdır.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş  gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq yarışın  final mərhələsinin açılışı olmuşdur

Mayın 5-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq yarışın final mərhələsinin açılış mərasimi keçirilmişdir.

Ardını oxu...

Mayın 4-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Naxçıvan Open-2014” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilmişdir.

Ardını oxu...

Yaşıllıq zəngin oksigen mənbəyi olmaqla yanaşı, həm də ekoloji tarazlığı qoruyan etibarlı sipərdir. Naxçıvanın təbii gözəlliklərini qorumaq, təbiətini zənginləşdirmək məqsədilə keçirilən iməciliklər bu baxımdan mühüm əhəmiyyət daşıyır. Hər il muxtar respublikada yüz hektarlarla yaşıllıq zolaqları və meyvə bağları salınır, ana təbiətin simasına yeni naxışlar vurulur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ağdaş rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin yeni ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

*  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyəti adından çıxış edən Şəhla Hacıbalayeva Ağdaşın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.

*  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir.

*  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfəri çərçivəsində mayın 1-də Yeni Azərbaycan Partiyası Ağdaş Rayon Təşkilatının inzibati binasının, Ağdaşda yeni tikilmiş meyvə emalı zavodunun, Ləki dəmir yolu vağzalının yeni binasının, Gilan yem emalı zavodunun, Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun, 220 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasının açılışlarında iştirak etmiş, Ağdaşda Bayraq Meydanında yaradılan şəraitlə, Heydər Əliyev parkında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. 

AzərTAc

Mayın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin yeni valisi Davut Haner ilə görüşmüşdür.
Qonağı səmimiyyətlə salamlayan Ali Məclisin Sədri ona yeni vəzifəsində uğurlar arzulamışdır.
Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi münasibətilə Ali Məclisin Sədrinə təbriklərini çatdıran Davut Haner ilk dəfə 2001-ci ildə Naxçıvanda olduğunu, ötən müddətdə muxtar respublikanın sürətlə inkişaf etdiyini bildirmişdir. Əldə olunan inkişafı Azərbaycanda uğurla həyata keçirilən siyasi xəttin bəhrəsi kimi dəyərləndirən vali fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə çalışacağını vurğulamış, səmimi qəbula görə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri Azərbaycan-Türkiyə münasibətlərinin uğurla inkişaf etdiyini bildirmiş, möhkəm təməllər üzərində qurulan siyasi və iqtisadi əlaqələrin məmnunluq doğurduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, qardaş ölkələr arasındakı əlaqələr istər regional, istərsə də nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilir. Eyni zamanda Azərbaycan və Türkiyənin sürətli inkişafı hər iki ölkənin beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirir.
Ali Məclisin Sədri Türkiyənin yaxın bölgələri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin əhəmiyyətini də diqqətə çatdırmış, münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə əlaqələrin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Əli Rza Akıncı görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Libermanı qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu, yüksək texnologiyalar, kənd təsərrüfatı sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 30 aprel tarixli Sərəncamı ilə bir qrup aparıcı incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilmişdir. Mükafat verilənlər arasında Naxçıvan Muxtar Respublikasının incəsənət xadimləri də vardır:

Əhmədov Səttar Qafar oğlu
Əliyev Rahib Rafael oğlu
Haxverdiyev Behruz Əyyub oğlu
Hüseynova Nərmin Mətləb qızı
Hüseynova Validə Vəli qızı
Qasımov Şəmsəddin Mustafa oğlu
Məmmədov Ayxan Rəşid oğlu
Nəcəfov Tural Nüsrət oğlu
Niftəliyeva Nurbəniz Nurəddin qızı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Famil Naqim oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 30 aprel 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Yaponiya Nazirlər Kabineti nəzdində Olimpiya Agentliyinin rəhbəri, Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri Takeo Hiratanı qəbul etmişdir.
Yaponiya Olimpiya Agentliyinin rəhbəri, Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri Takeo Hirata Azərbaycana ötən səfərlərini və xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşünü böyük ehtiramla xatırladı. O, ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.
Dövlətimizin başçısı ölkəmizdə bütün sahələrin inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini vurğuladı.
Görüşdə Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

Aprelin 28-də Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumu işə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılışında iştirak etmişdir.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenkonu qəbul etmişdir.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilini qəbul etmişdir.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul etmişdir.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Belçika Krallığının keçmiş Baş naziri İv Letermi qəbul etmişdir.

AzərTAc

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasına işgüzar səfəri başa çatmışdır.

 *  *  *

Aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammit keçirilib.
AzərTAc-a daxil olan məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan Zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr edib. Türkiyənin Sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla da Zirvə görüşünün plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma “soyqırımı” məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda çıxış etmiş və Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavab vermişdir.

AzərTAc

Aprelin 24-də Çex Respublikasının paytaxtı Praqa şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının növbəti Sammiti işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak etmişdir.
Sammit Praqa qəsrində dövlət və hökumət başçılarının rəsmi qarşılanma mərasimi ilə başladı.
İştirakçı ölkələrin dövlət bayraqlarının dalğalandığı meydanda dövlət və hökumət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Çexiya Prezidenti Miloş Zeman Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycan Respublikasının Dövlət himni səsləndi.
Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Daha sonra Sammitin birinci iclası keçirildi.
Prezident İlham Əliyev iclasda iştirak etdi.

*      *      *

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Praqada Moldova Respublikasının Prezidenti Nikolae Timofti ilə görüşmüşdür.

*      *      *

Aprelin 24-də Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin görüşü olmuşdur.
                                      

*      *      *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Praqada Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşmüşdür.

AzərTAc

Aprelin 23-də Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak etmişlər.
Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
Sonra dövlətimizin başçısı yeni aerovağzal kompleksi ilə yaxından tanış oldu.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin ilk sərnişinləri – Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 23-də Çex Respublikasının paytaxtı Praqaya yola düşdülər.

*  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çex Respublikasına işgüzar səfərə gəlmişdir.

*  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Çex Respublikasının Deputatlar Palatasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Parlamentlərarası əlaqələrin daha da genişlənməsinin Azərbaycan-Çexiya əməkdaşlığının inkişafına töhfə verdiyi bildirildi.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

AzərTAc

Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri Azərbaycan-Yaponiya əlaqələrinin 1991-ci ildə qurulduğunu xatırlatmış, 2000-ci ildən ölkəmizdə Yaponiya, 2005-ci ildən isə Yaponiyada Azərbaycan səfirliyinin fəaliyyətə başladığını bildirmişdir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasındakı münasibətlərdən bəhs edən Ali Məclisin Sədri kənd təsərrüfatı, təhsil, turizm və digər sahələrdə qarşılıqlı əlaqələrin mövcud olduğunu diqqətə çatdırmışdır. Ali Məclisin Sədri Tsuquo Takahaşinin səfərinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasındakı əlaqələ­rin inkişafı baxımından səmərəli olacağına əminliyini bildirmiş, ona işlərində uğurlar arzulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən Tsuquo Takahaşi ölkələrimiz arasında siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirmişdir. Səfir diplomatik fəaliyyəti dövründə ölkəmizlə, eləcə də Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini qeyd etmişdir.
Görüşdə əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Kamboca Krallığının Baş naziri Hun Senin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Kamboca Krallığının Baş nazirinin Azərbaycana ilk səfərinin əlaqələrimizin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığını bildirən dövlətimizin başçısı səfərin uğurlu olacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələri qurulması üçün yaxşı imkanların olduğunu vurğuladı. Dövlətimizin başçısı Kamboca Krallığının Baş naziri Hun Senin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin təkcə siyasi sahədə deyil, iqtisadi sahədə də əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirdi.
Baş nazir Hun Sen Kamboca Kralı Norodom Sihamoninin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Baş nazir xalqımızın ümummilli lideri Heydər Əliyev ilə iki dəfə görüşdüyünü böyük ehtiramla xatırladı. Baş nazir Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Baş nazir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğuladı. Kamboca Krallığının Baş naziri Hun Sen Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi.
Dövlətimizin başçısı Kral Norodom Sihamoninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kamboca Kralına çatdırmağı xahiş etdi.

 *  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Qazaxıstan Respublikasının müdafiə naziri Serik Axmetovu qəbul etmişdir.

AzərTAc

Əkinçiliyin inkişafını şərtləndirən əsas amillərdən biri də suvarma sistemlərinin təkmilləşdirilməsidir. “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda bu sahədə də əsaslı tədbirlərin icrası nəzərdə tutulmuşdur. Artıq muxtar respublikada dövlət proqramında müəyyənləşdirilən vəzifələr uğurla həyata keçirilir.

Ardını oxu...

“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qarşıya qoyduğu vəzifələr Sədərək rayonunda uğurla icra olunur, yeni meyvə bağları salınır, əkin sahələri genişləndirilir.
Aprelin 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunun Qaraağac kəndinə gəlmiş, yeni salınmış meyvə bağına və taxıl sahəsinə baxmışdır.
Məlumat verilmişdir ki, əkin aparılan yeni torpaq sahəsi 90 hektardır. Bunun 15 hektarında meyvə bağı salınmış, 45 hektarında isə taxıl əkilmişdir. Ərazinin 5 hektarında isə üzüm əkilməsi nəzərdə tutulur. Əkin aqrotexniki tələblər səviyyəsində aparılmış, ərazinin suvarılması üçün mövcud nasos stansiyasından boru xətti çəkilmişdir. Taxılın şırım üsulu ilə əkilməsi su itkisinin qarşısının alınmasına və bol məhsul istehsalına imkan verəcəkdir.
Ali Məclisin Sədri meyvə və taxıl əkini sahələrinin genişləndirilməsi, eləcə də ərazidə tərəvəz məhsulları əkininin aparılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvatın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin önəmini qeyd etdi. Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev mədəniyyət və humanitar sahələrdə də əməkdaşlığımızın razılıq doğurduğunu bildirdi. Sərhəd xidmətləri arasında da əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu sahədə birgə fəaliyyət, qarşılıqlı təcrübə və informasiya mübadiləsinin ölkələrimizin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvat ölkəmizə ötənilki səfərini məmnunluqla xatırladı. Zumeyyim bin Cuveybir Əs-Səvvat azərbaycanlı həmkarları ilə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə müzakirələr apardıqlarını vurğuladı.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Xəlil Akıncını qəbul etmişdir.
Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirilən tədbirlərdən danışıldı, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi  aparıldı.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı türkdilli dövlətlərin rəmzlərinin əks olunduğu bayrağı Prezident İlham Əliyevə təqdim etdi.

 *  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Avropa Şurasının Bakıdakı ofisinin yeni rəhbəri xanım Draqana Filipoviçi qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ranko Krivokapiç ATƏT Parlament Assambleyasının son dövrdəki fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdi. ATƏT Parlament Assambleyasının illik sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan qonaq bunu əməkdaşlığımızın yeni mərhələsi kimi dəyərləndirdi. Ranko Krivokapiç ATƏT-in Azərbaycan ilə əməkdaşlığı müxtəlif istiqamətlərdə inkişaf etdirməkdə maraqlı olduğunu dedi.
Dövlətimizin başçısı ATƏT-in Bakı Ofisinin yeni statusda fəaliyyətə başlamasının əməkdaşlığımızın genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Regiondakı vəziyyətə toxunan Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizin ərazi bütövlüyünün pozulduğunu və bununla bağlı Azərbaycanın ikili standartlarla üzləşdiyini təəssüflə qeyd etdi.
Görüşdə beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

*      *      *

Aprelin 16-da Bakıda Milli Gimnastika Arenasının açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.

AzərTAc

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Litva Respublikasının daxili işlər naziri Dailis Alfonsas Barakauskasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

*     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Fransanın keçmiş xarici işlər naziri Über Vedrini qəbul etmişdir.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 11 aprel tarixli Sərəncamı ilə Feldyeger rabitəsi orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin bir qrup əməkdaşı təltif edilmişdir. Təltif olunanlar arasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xid­mətinin Naxçıvan Muxtar Respublikası üzrə Şöbəsinin əməkdaşı da vardır.

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:
Mahmudov Vaqif Yunis oğlu

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi avadanlıqla təchiz olunması məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9,0 (doqquz) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da NATO Baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukarunu qəbul etmişdir.
NATO Baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukaru NATO-nun Baş katibi Anders Foq Rasmussenin salamlarını dövlətimizin başçısına çatdırdı. NATO ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin artıq 20 illik tarixə malik olduğunu vurğulayan qonaq bu əlaqələrin inkişafının önəmini qeyd etdi. Sorin Dukaru bildirdi ki, ölkə­mizə səfərinin əsas məqsədi NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramının 20 illik yubileyində və eləcə də “Sülh və Təhlükəsizlik naminə elm” proqramı üzrə keçiriləcək informasiya günlərində iştirak etməkdir.
Dövlətimizin başçısı NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirdiyi uğurlu görüşləri, aparılan müzakirələri məmnunluqla xatırladı. Əməkdaşlığımızın böyük tarixə malik olduğunu vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, xüsusi ilə enerji və Əfqanıstan ilə bağlı əməkdaşlıq sahəsində bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Anders Foq Rasmussenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını NATO-nun Baş katibinə çatdırmağı xahiş etdi.

 *  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvini qəbul etmişdir.

AzərTAc

Azərbaycanın ən qədim məskənlərindən olan, çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan böyük tarixi keçmişindən güc alaraq ötən dövrlər ərzindəki bütün mürəkkəblikləri layiqincə dəf etmiş və artıq sürətli inkişaf yoluna qədəm qoymuşdur.
Muxtar respublika kimi bu il özünün 90 yaşını qeyd edən diyarın xüsusən son illərdə sosial-iqtisadi və elmi-mədəni həyatı əhəmiyyətli dərəcədə müsbət irəliləyişlərlə səciyyələnir. Hazırda burada bir sıra irimiqyaslı infrastruktur layihələri uğurla həyata keçirilmiş, elektrik stansiyaları, idman kompleksləri, təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri inşa olunmuş, yeni yollar çəkilmiş və istehsal müəssisələri yaradılmış, yaşayış məntəqələrində milli və müasir memarlığın nailiyyətlərini vəhdətdə əks etdirən binalar ucaldılmış, meydanlar, istirahət bağları və parkları salınmış, tarixi abidələr bərpa edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsin və milli memarlıq ənənələrinin qorunub saxlanılmasını, müasir şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2014-cü il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­­səsinin 6-cı bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:   
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Naxçıvan Muxtar Respublika­sı­nın İqtisadiyyat və Sənaye Nazirliyinin Əsasnaməsinin layihəsini, strukturu və işçilərin say tərkibi barədə təkliflərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 10 aprel 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2014-cü il 10 aprel tarixli Sərəncamı ilə  “İnşaatçılar Günü” peşə bayramı ilə əlaqədar olaraq, Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının inşaatçıları da vardır.

“Tərəqqi” medalı ilə
Bünyadov Əhməd Sadıq oğlu
Cəfərov Qabil Zeynalabdın oğlu
Əliyev Vəzir Mustafa oğlu
İmanov Rəvayət Yəhya oğlu
Səfərov Məsum Qasım oğlu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri aprelin 9-da başa çatmışdır.
Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yola saldı.
Dövlətimizin başçısı Naxçıvandan İran İslam Respublikasına yola düşdü.

AzərTAc

Aprelin 9-da İran İslam Respublikasına rəsmi səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olmuşdur.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə geniş tərkibdə danışıqları olmuşdur.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş” də imzalanmışdır.
Aprelin 9-da  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani mətbuata bəyanatlarla çıxış etmişlər.
Həmin gün İran İslam Respublikasının Prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilmişdir.

AzərTAc

Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış, Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbirlərində iştirakına görə ona təşəkkürünü bildirmişdir. Muxtar respublika haqqında səfirə ətraflı məlumat verən Ali Məclisin Sədri demişdir ki, qədim tarixə malik olan Naxçıvan dünyanın ilkin yaşayış məskənlərindəndir.
Azərbaycan-Norveç əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri Naxçıvanın da Azərbaycanın tərkib hissəsi kimi bu əlaqələrin inkişafında yaxından iştirakının əhəmiyyətini vurğulamışdır. Ali Məclisin Sədri təhsil, səhiyyə, biznes və digər sahələrdə münasibətlərin inkişafı üçün yaxşı potensialın olduğunu bildirmiş, ikitərəfli əlaqələrin genişləndiriləcəyinə əminliyini ifadə etmişdir.
Səmimi qəbula görə minnətdarlıq edən səfir Erlinq Şönsberq Ali Məclisin Sədrini muxtar respublikanın 90 illik yubileyi münasibətilə təbrik etmişdir. Qonaq muxtar respublikada bütün sahələr üzrə inkişafın və mövcud sabitliyin məmnunluq doğurduğunu bildirmiş, ölkələrimiz arasındakı münasibətlərin inkişafında səylərini əsirgəməyəcəyini qeyd etmişdir.
Görüşdə əlaqələrin hazırkı səviyyəsi və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “Vətən uğrunda” medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının təqdimat mərasimi keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əliyev Valeriy Nurəddin oğlu
Hüseynov İbrahim Hüseyn oğlu
İbrahimov Əli Həbib oğlu
İmanov Rəvayət Yəhya oğlu
Seyidov Mirmahmud Mirtofiq oğlu
Yusifov Yusifəli Məmmədhüseyn oğlu  –  “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 9 aprel 2014-cü il

Prezident İlham Əliyevin nitqi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir. Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının salonuna toplaşanlar – muxtar respublikanın hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, ölkəmizdəki diplomatik korpusun, Naxçıvan ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi hərarətlə qarşıladılar. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə geniş nitq söylədi.
– Əziz naxçıvanlılar.
Hörmətli qonaqlar.
Hörmətli səfirlər, əziz dostlar.
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyini qeyd edirik. Bu gözəl hadisə münasibətilə Naxçıvan Muxtar Respublikasının bütün sakinlərini və eyni zamanda bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Naxçıvan qədim Azərbaycan torpağıdır. Naxçıvanda tarixi abidələr, dini abidələr, memarlıq abidələri, bütün toponimlər Azərbaycan xalqına məxsusdur. Əsrlər boyu Azərbaycan xalqı bu gözəl diyarda yaşamış, yaratmışdır.

Ardını oxu...

Beynəlxalq hava limanında qarşılanma

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.
Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin önündən keçdi.
Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşdü.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının açılışında iştirak etmişdir.
Azərbaycanın coğrafi cəhətdən olduqca əlverişli mövqedə yerləşməsi ölkəmizin dünyanın hava nəqliyyatı sistemindəki rolunu və yerini daha da gücləndirir. İndi Azərbaycanda yeni müasir hava limanları inşa olunur, mövcud aerovağzal kompleksləri isə dünya standartlarına uyğun, əsaslı şəkildə yenidən qurulur.

Ardını oxu...

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR