07 Yanvar 2025, Çərşənbə axşamı

“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qarşıya qoyduğu vəzifələr Sədərək rayonunda uğurla icra olunur, yeni meyvə bağları salınır, əkin sahələri genişləndirilir.
Aprelin 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunun Qaraağac kəndinə gəlmiş, yeni salınmış meyvə bağına və taxıl sahəsinə baxmışdır.
Məlumat verilmişdir ki, əkin aparılan yeni torpaq sahəsi 90 hektardır. Bunun 15 hektarında meyvə bağı salınmış, 45 hektarında isə taxıl əkilmişdir. Ərazinin 5 hektarında isə üzüm əkilməsi nəzərdə tutulur. Əkin aqrotexniki tələblər səviyyəsində aparılmış, ərazinin suvarılması üçün mövcud nasos stansiyasından boru xətti çəkilmişdir. Taxılın şırım üsulu ilə əkilməsi su itkisinin qarşısının alınmasına və bol məhsul istehsalına imkan verəcəkdir.
Ali Məclisin Sədri meyvə və taxıl əkini sahələrinin genişləndirilməsi, eləcə də ərazidə tərəvəz məhsulları əkininin aparılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR