Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasına işgüzar səfəri başa çatmışdır.
* * *
Aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammit keçirilib.
AzərTAc-a daxil olan məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan Zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr edib. Türkiyənin Sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla da Zirvə görüşünün plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma “soyqırımı” məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda çıxış etmiş və Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavab vermişdir.
AzərTAc