07 Yanvar 2025, Çərşənbə axşamı

Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası­nın 3-cü Biznes Forumunun iştirakçıları ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonaqları salamlamış, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü Biznes Forumunun qədim türk torpağı olan Naxçıvanda keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtar respublika 23 ildir, blokada şəraitində yaşayır. Lakin buna baxmayaraq, muxtar respublikanın iqtisadi inkişafı təmin edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 90-cı illərində ölkəmizin inkişafına məhz muxtar respublikadan başladığını bildirən Ali Məclisin Sədri Naxçıvanın Türk dünyasının qapısı kimi mühüm strateji mövqedə yerləşdiyini diqqətə çatdırmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayeri qəbul edib.
Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayerin ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, təhlükəsizlik və digər istiqamətlərdə inkişafı və görüləcək işlərlə bağlı müzakirələrin aparılması üçün yaxşı fürsət yaratdığını qeyd edən dövlətimizin başçısı əməkdaşlığımızın geniş sahələri əhatə etdiyini vurğuladı.
Nazir Frank-Valter Ştaynmayer ölkəmizə son səfərini məmnunluqla xatırladı, həmin səfərdən keçən dövr ərzində Bakıda çox böyük inkişafın şahidi olduğunu qeyd etdi. O, Azərbaycan ilə Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən təhsil, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçin etimadnaməsini qəbul edib.

AzərTAc

Oktyabrın 23-də İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurban­əli Səadətin rəhbərliyi ilə nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına ikigünlük səfərə gəlmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qərbi Azərbaycan Vilayətinin ostandarı Qurbanəli Səadət və onu müşayiət edən nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları səmimiyyətlə salamlayan Ali Məclisin Sədri Qərbi Azərbaycan Vilayətinin ostandarına muxtar respublikaya səfər etdiyinə görə təşəkkürünü bildirmiş, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasında əlaqələrin mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdiyini vurğulamışdır.
Qeyd olunmuşdur ki, hazırda İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlıq əlaqələri mövcuddur. 1992-ci ildə ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi Urmiyaya səfəri zamanı əsası qoyulan münasibətlər ötən dövrdə uğurla inkişaf etdirilmişdir. Hazırda mədəniyyət, təhsil, iqtisadiyyat, kənd təsərrüfatı və ticarət sahəsindəki əlaqələrin inkişafı məmnunluq doğurur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə əməkdaşlığının genişlənməsindən məmnunluq ifadə olundu. Bu yaxınlarda Həştərxanda Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV Sammitinin keçirilməsinin bu ölkələr arasında əlaqələrin inkişafı işinə xidmət etdiyi bildirildi.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mübarək bin Fəhd Əl-Tanini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

 AzərTAc

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il avqustun 21-də “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında” Sərəncam imzalamış və yubileylə bağlı Tədbirlər Planını təsdiq etmişdir.
Tədbirlər Planına əsasən, oktyabrın 22-də Heydər Əliyev adına tam orta məktəbin 10 illik yubileyi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin həyətindəki abidəsinin önünə tər güllər düzmüş, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad etmişlər.
Yubiley tədbirində çıxış edən Ali Məclisin Sədri Heydər Əliyev adına məktəbin 10 illiyi münasibətilə kollektivi və muxtar respublikanın bütün təhsil ictimaiyyətini təbrik edərək demişdir: “2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Heydər Əliyev adına tam orta məktəb şərəfli inkişaf yolu keçib. Açılış mərasimində çıxış edən ölkə rəhbəri demişdir: “Bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. Ümummilli lider bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun. O, bu məktəbin dünya standartlarına cavab verməsini istəyirdi. Bu gün biz hamımız şadıq ki, məktəb Heydər Əliyevin istədiyi kimi tikilmiş və istifadəyə verilmişdir”.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçiusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan-Litva münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, təhsil və digər sahələrdə əməkdaşlıq imkanlarını genişləndirmək ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

Oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin muxtar respublikada səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin Sədri nümayəndə heyətinin Naxçıvana səfərinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin nəticəsi kimi dəyərləndirmiş, Türkiyə Silahlı Qüvvələrinin muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdəki rolunu vurğulamışdır. Azərbaycan-Türkiyə arasındakı münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla davam etdirildiyini qeyd edən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının bu əlaqələrin inkişafındakı rolunu diqqətə çatdırmışdır.
Ali Məclisin Sədri nümayəndə heyətinin səfərinin hərbi sahədəki əlaqələrin inkişa­fına mühüm töhfə verəcəyinə əminliyini bildirmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:
Əliyev Səfa Əli oğluna
Zeynalova Ruqiyyə Məhərrəm qızına – “Əməkdar müəllim” fəxri adı verilsin.


Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 21 oktyabr 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər ətrafında geniş fikir mübadiləsi aparıldı.


* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Avstriya parlamentinin vitse-spikeri Karlhaynts Kopfu qəbul edib.


* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Albaniya parlamentinin sədri İlir Metanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 AzərTAc


Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevin 2014-cü il 18 ok­t­­­yabr tarixli Sərəncamı ilə Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin işçiləri də vardır.

“Tərəqqi” medalı ilə

Qafarov Yarməmməd Nəsib oğlu

Məmmədov Məhəmmədəli Novruz oğlu

Vəliyev Fəxrəddin Yolçu oğlu

Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi ən mühüm nailiyyətlərdən biri də milli-mədəni irsimizin qorunması istiqamətində həyata keçirilən tədbirlərdir. Muxtar respublikamızda xalqımızın tarixi-memarlıq ənənələrini və zəngin mədəni irsini özündə yaşadan tarixi abidələrin bərpası bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu sahədə görülən işlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən, “Əlincəqala” tarixi abidəsində bərpa işləri aparılır.
Oktyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əlincəqalaya gəlmiş, tarixi abidədə həyata keçirilən bərpa işləri ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, bərpa işləri Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin birgə hazırladığı elmi-bərpa layihəsi əsasında aparılır. Elmi araşdırmalara əsaslanan bu layihənin reallaşdırılması dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilmiş Əlincəqalanın milli-mədəni sərvətimiz kimi qorunub saxlanılmasına imkan verəcəkdir.

Ardını oxu...

Oktyabrın 20-də Əlahiddə Ümumqoşun Ordusu üçün yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilmişdir.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev mərasimə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin Sədri Təlim-Tədris Mərkəzinin açılışını bildirən lenti kəsmişdir.
Təlim-Tədris Mərkəzinin iclas zalında keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi hissənin yaradılmasının 22-ci ildönümünün Əlahiddə Ümumqoşun Ordusu üçün Kəngərli rayonunda yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi ilə qeyd edildiyini bildirmiş, hərbi hissənin yaradılmasının 22-ci ildönümü və yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun bütün şəxsi heyətini təbrik edərək demişdir: “Hər bir dövlətin qüdrəti onun ordusunun qüdrəti və iqtisadi gücü ilə ölçülür. Azərbaycan Milli Ordusunun yaranması və bugünkü inkişafı ümummilli liderimizin siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ordu olmadan müstəqilliyin mümkün olmayacağını nəzərə alan böyük dövlət xadimimiz hələ ötən əsrin 70-ci illərindən Azərbaycanın gələcək müstəqilliyini düşünərək uzun müddətə hesablanmış siyasi addımlar atmış, Azərbaycanda və ondan kənarda milli hərbi kadrların yetişdirilməsinə nail olmuşdur”.

Ardını oxu...

Muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Qıvraq qəsəbəsindəki hərbi hissədə də kompleks tədbirlər həyata keçirilir. Artıq hərbi hissədə xidmətin təşkili üçün lazımi şərait yaradılmışdır.
Bu istiqamətdə görülən işlərin tərkib hissəsi olaraq hərbi hissədə yeni sursat anbarı inşa olunmuşdur. Həmçinin burada yeni xəstəxana və yaşayış binalarının inşası da nəzərdə tutulmuşdur.
Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi hissənin silah və sursat anbarlarının perspektiv yerləşmə planı ilə tanış olmuş, xəstəxana binası və yaşayış binasının inşası üçün ayrılan əraziyə baxmışdır.
Ali Məclisin Sədri tikinti işlərinə başlanılması barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Muxtar respublikanın digər yaşayış məntəqələrində olduğu kimi, Şərur rayonunda da quruculuq işlərinin əsasını sosial infrastrukturun müasirləşdirilməsi təşkil edir. Rayon mərkəzində və kəndlərdə istifadəyə verilən təhsil və səhiyyə müəssisələri, xidmət sahələri əhalinin rahat yaşayışına hesablanmışdır. Bütün bunları rayonun dağ və sərhəd yaşayış məntəqəsi olan Axura kəndinin timsalında da görmək mümkündür. Dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən bu yaşayış məntəqəsi aparılan quruculuq işlərindən sonra müasir görkəmə qovuşmuşdur.

Axura kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir

Oktyabrın 17-də Axura kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məktəbin direktoru Asəf Məmmədov çıxış edərək demişdir ki, bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərində də müasir məktəb binaları tikilərək istifadəyə verilir. Bütün bunlar ölkəmizdə həyata keçirilən uğurlu təhsil islahatlarının bəhrəsidir. Axura kənd tam orta məktəbinə də bu qayğıdan pay düşmüş, müasir məktəb binası tikilmişdir. Yaradılan şərait gələcəyimiz olan gənclərin yaxşı təhsil almasına, bilikli və vətənpərvər vətəndaş kimi yetişməsinə imkan verəcəkdir. Asəf Məmmədov bundan sonra da şagirdlərin təlim-tərbiyəsi istiqamətində səylə çalışacaqlarına, göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarına söz vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Axura kənd tam orta məktəbinin binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Təhsil Azərbaycanın gələcəyini təmin edən bir sistemdir” fikrini xatırladaraq demişdir: “Müstəqil Azərbaycanın gələcəyinin etibarlı və möhkəm olması üçün təhsil inkişaf etdirilməli, təkmilləşdirilməlidir. Bu tədbirləri həyata keçirmək üçün, ilk növbədə, müasir təhsil infrastrukturu yaradılmalıdır. Məktəblər müasir tədrisin tələblərinə uyğun avadanlıqlarla təmin olunmalı, müəllim-şagird münasibətləri tələbkarlıq və çalışqanlıq prinsipləri üzərində qurulmalıdır”.­

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında energetika sahəsində səmərəli fəaliyyətlərinə görə:
Bayramov Telman Məhi oğlu
Cavadov Cabir Vəzir oğlu
Ələsgərov Vüqar Əli oğlu
Muxtarov Mübariz Tağı oğlu
Novruzov Abbas Səməd oğlu
Süleymanov Sameh Lətif oğlu
Tağıyev Hafiz Sabir oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 17 oktyabr 2014-cü il

Tacikistan Respublikasına rəsmi səfərə gedən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 16-da Düşənbədə, Millət Sarayında rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.
Həmin gün təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Dövlət başçıları görüşdə çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi keçirilib.
Tacikistan Prezidenti Emoməli Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyev mətbuata birgə bəyanatlarla çıxış ediblər.

* * *

Oktyabrın 16-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomunun təntənəli təqdim edilməsi mərasimi keçirilib.

 AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Pyer Andryönü (Fransa), ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki və Devid Salvonu (ABŞ-dan olan həmsədrin köməkçisi) qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Malikinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva oktyabrın 15-də Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar.

AzərTAc

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun yenidənqurma işlərindən sonra birinci hissəsinin açılışında iştirak edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun birinci hissəsinin açılışından sonra Pirallahı rayonuna gəldi.
Prezident İlham Əliyevə Pirallahıda görülən işlər və qəsəbənin baş planı ilə bağlı ətraflı məlumat verildi.
Prezident İlham Əliyev Bakı şəhəri Pirallahı rayonunun yaradılmasına dair Qanunun tətbiqi barədə Sərəncam imzaladıqdan sonra bu rayonda geniş quruculuq və abadlıq işləri həyata keçirilib. Qısa müddətdə Pirallahı qəsəbəsinin bütün yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət alıb. Aparılan yenidənqurma işləri nəticəsində Pirallahı qəsəbəsinin siması sürətlə müasirləşir. İndi qəsəbədə küçə və məhəllədaxili işıqlandırma sistemlərinin yenidən qurulmasında, ictimai nəqliyyatın fasiləsiz işində, sosial təyinatlı obyektlərin – məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin təmir-tikintisi və bərpası istiqamətində xeyli işlər görülür.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Vyetnam Kommunist Partiyası (VKP) Siyasi Bürosunun üzvü, VKP Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən ticarət dövriyyəsinin artırılması, neft-qaz, sərmayə qoyuluşu sahələrində, mədəni, humanitar və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 13 oktyabr tarixli Sərəncamı ilə Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bir qrup işçisi təltif edilmişdir. Təltif olunanlar arasında “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri də vardır.

“Şöhrət” ordeni ilə
Seyidov Valeh Famil oğlu

“Tərəqqi” medalı ilə
Abbasov Kamil Musa oğlu


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 13 oktyabr tarixli digər Sərəncamı ilə Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə İbad Nəsirulla oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir.

Oktyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi-Suk İnlə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Koreya arasındakı ikitərəfli münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafının məmnunluq doğurduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, bu gün yeni texnologiyaların tətbiqi, elektron hökumətin qurulması, təhsil və ticarət sahələrində uğurlu tərəfdaşlıq əlaqələri mövcuddur. Naxçıvan Dövlət Universiteti ilə Koreyanın qabaqcıl ali təhsil ocaqları arasında səmərəli elmi əməkdaşlıq qurulmuş və hazırda qarşılıqlı müəllim-tələbə mübadiləsi həyata keçirilir.
Ali Məclisin Sədri təhsil sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulamış, Naxçıvan Dövlət Universitetində elektron təhsil sisteminin qurulmasında Koreyanın “KOICA” şirkətinin rolunu xüsusi qeyd etmiş, münasibətlərin inkişafındakı xidmətlərinə görə səfirə təşəkkürünü bildirmişdir.
Səmimi qəbula görə minnətdarlıq edən səfir Çoi-Suk İn ilk dəfə 2012-ci ildə muxtar respublikaya səfər etdiyini xatırlamışdır. Qonaq ötən dövrdə muxtar respublikanın dinamik inkişaf etdiyini və bunun əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırmış, bundan sonra da əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini bildirmişdir.
Söhbət zamanı əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə səfərə gedib.

* * *

Oktyabrın 10-da Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Sarayında qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər.
Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.
Sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
İclasda 2015-ci ildə MDB-yə sədrliyin Qazaxıstana keçməsi və MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gələn il Astanada keçirilməsi qərara alınıb.
Sonra sənədlər imzalanıb.
Bununla da, MDB Dövlət Başçıları Şurasının iclası işini yekunlaşdırıb.

AzərTAc

Şəhərsalma prinsiplərinə uyğun qurulan qədim Naxçıvan bu gün tarixilik, millilik və müasirliyin vəhdətində daha füsunkar görünür. Muxtar respublika paytaxtında hər il yeni yaşayış binaları tikilir, park və xiyabanlar salınır, şəhər infrastrukturu tamamilə yeniləşdirilir. “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”ın da bu baxımdan mühüm əhəmiyyəti var. Proqrama əsasən, bu il şəhərin Əliabad qəsəbəsində kompleks quruculuq tədbirləri həyata keçirilmişdir.
Oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əliabad qəsəbəsinə gəlmiş, aparılan quruculuq işləri ilə maraqlanmışdır.

Ardını oxu...

Muxtar respublikada milli və mədəni irsin qorunub saxlandığı, təbliğ və nümayiş olunduğu muzeylərin yaradılmasına, onların fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq hazırda Naxçıvan şəhərində Xatirə Muzeyi üçün yeni bina inşa olunur.
Oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xatirə Muzeyinin yeni binasına baxmışdır.
Məlumat verilmişdir ki, xüsusi memarlıq üslubunda tikilən bina iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə muzey əməkdaşları üçün iş otaqları tikilmiş, ikinci mərtəbədə isə geniş ekspozisiya zalı yaradılmışdır. Binada əsas tikinti işləri başa çatdırılmış, bütün lazımi kommunikasiya xətləri çəkilmişdir. Hazırda son tamamlama işləri aparılır.
Muzey binasının əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Şəhidlər Xiyabanı yaxınlığında yerləşməsidir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdiriləcəkdir.
Ali Məclisin Sədri muzeydə eksponatların xalqımızın soyqırımı tarixi üzrə dövrləşdirilərək yerləşdirilməsi və binada tikinti işlərinin keyfiyyətlə başa çatdırılması barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Litva Respublikasının milli müdafiə naziri Yuozas Olekasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Litva Respublikası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu, Müdafiə nazirlikləri arasında əməkdaşlığın bu əlaqələrin genişləndirilməsindəki rolu qeyd edildi.
Söhbət zamanı yüksək səviyyəli görüşlərin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi baxımından önəmi vurğulandı, Litva Respublikasının milli müdafiə naziri Yuozas Olekasın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyi bildirildi.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də “Formula-1”in rəhbəri Bernard Ekklstounu qəbul edib.

AzərTAc

Naxçıvan Muxtar Respublikası 90 illik yubileyini sosial-iqtisadi sahədə qazanılan yüksək nailiyyətlər, həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri ilə qeyd edir. “Muxtariyyət ili” olan 2014-cü ildə də muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində kompleks abadlıq-quruculuq işləri görülür. Həyata keçirilən quruculuq tədbirləri muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunun simasını da tamamilə dəyişmişdir. Bu gün təkcə Şərur şəhəri deyil, rayonun kəndləri də quruculuq tədbirləri sayəsində müasir görkəm almış, sakinlərin rahat və firavan yaşayışı təmin olunmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, oktyabrın 8-də Şərur rayonunun Diyadin kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Diyadin kəndində yeni məktəb binasının açılışı olmuşdur

Oktyabrın 8-də Diyadin kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Məktəbin direktoru Muxtar Ələkbərov çıxış edərək demişdir ki, yeni binanın istifadəyə verilməsi ilə Diyadin kənd tam orta məktəbinin maddi-texniki bazası xeyli gücləndirilmişdir. Məktəb binasında yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılmışdır. Görülən bu işlər muxtar respublikada təhsilin inkişafına göstərilən qayğı kimi məktəbin kollektivini səylə, təşəbbüskarlıqla işləməyə ruhlandırır. Muxtar Ələkbərov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.

Ardını oxu...

Oktyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri Avtandil Beridze ilə görüşmüşdür.
Qonağı səmimiyyətlə salamlayan Ali Məclisin Sədri Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfərini və keçirilən görüşləri xatırlamış, belə səfərlərin münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğunu bildirmişdir. Ali Məclisin Sədri hər iki muxtar respublika arasında səhiyyə və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini qarşılıqlı münasibətlərin nəticəsi kimi dəyərləndirmiş, əlaqələrin gələcək inkişafı üçün yaxşı potensialın olduğunu vurğulamışdır.
Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri Avtandil Beridze Ali Məclisin Sədrini müqəddəs Qurban bayramı münasibətilə təbrik etmiş, bu il acarıstanlı uşaqların Duzdağ Fizioterapiya Mərkəzində müalicəsinin yüksək səviyyədə təşkilinə görə minnətdar­lığını bildirmişdir. Naxçıvan Muxtar Respublikası ilə Acarıstan Muxtar Respublikası arasındakı münasibətlərin tarixinə toxunan qonaq dostluq və qarşılıqlı əməkdaşlıq səviyyəsində inkişaf edən əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə əməkdaşlığın inkişafında qarşılıqlı marağın əhəmiyyəti qeyd olunmuş, münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərinə gəldi.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

* * *

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı ulu öndərin həyatının və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxdı. Sonra Prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.

* * *

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında aparılan yenidənqurma işləri ilə tanış olub, Xırdalan şəhərində yaradılan “Park Abşeron” əyləncə mərkəzinin, Xırdalan şəhərində musiqi məktəbinin, şahmat məktəbinin, Abşeron rayonunun Masazır qəsəbəsində inşa olunan stadionun açılışlarında iştirak edib.

AzərTAc

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:
Abbasova Almas Mahmud qızına
Abdullayeva Dezdemona Seyran qızına
Allahverdiyeva Aidə Məhərrəm qızına
Allahverdiyeva Fatma Həsən qızına
Babayeva Zemfira Nurəddin qızına
Cəfərov Kamran Cəfər oğluna
Ələkbərova Sürəyya Məmməd qızına
Əliyeva Nəzirə İsmayıl qızına
Həsənova Mehriban Vəli qızına
Zeynalov İman Zeynal oğluna
Zeynalova Xumar Kərim qızına – “Əməkdar müəllim” fəxri adı;
İsmayılov Kamaləddin Nurəddin oğluna – “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 3 oktyabr 2014-cü il

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva forumun rəsmi açılış mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı forumun açılışında nitq söylədi.

* * *

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə nahar verilib.

* * *

Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonu qəbul edib.

* * *

Oktyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Baş nazirinin müavini Sapardurdu Toyliyevi qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlersi qəbul edib.

AzərTAc

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kamal Camal oğlu Cəfərov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilsin.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 2 oktyabr 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də İSESCO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.
Görüşdə Azərbaycan ilə İSESCO arasında uzun illər davam edən səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu, əlaqələrimizin bundan sonra daha da inkişaf etdiriləcəyinə əminlik bildirildi. Söhbət zamanı Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışıldı, xalqlararası əlaqələrin və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi baxımından forumun önəmi vurğulandı.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də İtaliyanın keçmiş Baş naziri, Tədqiqat və Qanunvericilik Agentliyinin baş katibi Enriko Lettanı qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Estoniyanın keçmiş Prezidenti Arnold Rüüteli qəbul edib.

AzərTAc

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri təyin edilsin.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 1 oktyabr 2014-cü il

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilsin.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 1 oktyabr 2014-cü il

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası istiqamətində ardıcıl tədbirlər görülür. Sərəncama uyğun olaraq, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılmışdır.
Oktyabrın 1-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə gəlmiş, Distant Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 30 sentyabr tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup təhsil işçi­si təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının təhsil işçiləri də var:

“Əməkdar müəllim” fəxri adı ilə

Abbasova Gülarə İslam qızı
Cəfərov Həsən Elbəyi oğlu
Hacıyev Əzim Hüseyn oğlu
Həsənov Rzaqulu Həsən oğlu

“Tərəqqi” medalı ilə

Əliyeva Qəmər Nəbi qızı
Fətəliyev Əli Fətəli oğlu
Sadiqova Xalidə Rza qızı
Salmanova Ruqiyyə Murad qızı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV Sammitində iştirak etmək üçün sentyabrın 29-da Rusiyanın Həştərxan şəhərinə işgüzar səfərə gəlib.

* * *

Sentyabrın 29-da Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

* * *

Sentyabrın 29-da Həştərxanda keçirilən Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə hökumətlərarası beştərəfli sazişlər imzalanıb.

* * *

Sentyabrın 29-da Həştərxanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.

* * *

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Həştərxanda görüşü olub.

AzərTAc

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın uğurlu icrası daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına, eləcə də istehsal olunan məhsulların satışına hərtərəfli şərait yaratmışdır. Son illər kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının keçirilməsi də bu məqsədə xidmət edir.
Sentyabrın 27-də Naxçıvan şəhərindəki Mərkəzi bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yarmarkaya gəlmiş, alıcılar və məhsul istehsalçıları üçün yaradılan şəraitlə maraqlanmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovskini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın rolu qeyd edildi, iki ölkənin ali qanunvericilik orqanları arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.
Söhbət zamanı ikitərəfli münasibətlər, o cümlədən parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

Qədim Ordubad bu gün müasir inkişaf tempi ilə diqqəti cəlb edir. Abadlaşan kənd yaşayış məntəqələri rayondakı bənzərsiz təbiət mənzərələrinin fonunda daha füsunkar görünür. İnsana qayğını özündə təcəssüm etdirən bu yeniləşmə və tərəqqi son illər rayonun bütün kəndlərini əhatə etmişdir.
Aşağı Əylis kəndi rayonun qədim yaşayış məntəqələrindən biridir. Araz çayının sol sahilində, dağlar qoynunda yerləşən bu kənd xalqımızın qədim sənətkarlıq və ticarət mərkəzi kimi tarixən böyük şöhrət qazanmışdır. Bu gün isə Aşağı Əylis kəndi əsl tərəqqi və inkişaf dövrünü yaşayır. Son illər kənddə yaradılan şərait, insanların rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlər, aparılan quruculuq işləri bunu bir daha təsdiq edir.
Muxtar respublikada müasir kənd infra­strukturunun yaradılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində sentyabrın 26-da Aşağı Əylisdə yeni məktəb binası və kənd mərkəzi istifadəyə verilmişdir.

Aşağı Əylis kənd məktəbi üçün yeni bina tikilmişdir

Sentyabrın 26-da Aşağı Əylis kənd tam orta məktəbinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Məktəbin direktoru Vidadi Quliyev çıxış edərək demişdir ki, kənddə müasir məktəb binasının inşası dərslərin müasir tələblər səviyyəsində tədrisinə imkan verəcəkdir. Yaradılan şərait qarşıya mühüm vəzifələr qoyur. Bu şərait müəllim və şagirdlərin məsuliyyətini daha da artırır. Məktəbin direktoru söz vermişdir ki, kollektiv yaradılan şəraitdən faydalanacaq, nailiyyətləri artıracaq, tədrisin səviyyəsini ilbəil yüksəltməyə çalışacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli lider Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi təhsilin vəziyyətindən asılıdır” fikrini xatırladaraq demişdir: “Bu gün ölkəmizdə həyata keçirilən təhsil islahatları gənc nəslin hərtərəfli böyüməsinə xidmət edir. Ümummilli liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Gənclərimiz lazımi şəraiti olan məktəblərdə təhsil alır, özlərini ölkəmizin gələcəyinə hazırlayırlar. Bu gün Aşağı Əylis kəndində müasir məktəb binasının istifadəyə verilməsi də bu istiqamətdə görülən işlərin tərkib hissəsidir”.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Moskva şəhərinin meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini bildirdi. Moskva şəhəri ilə mövcud olan ənənəvi əlaqələrin önəmini vurğulayan dövlətimizin başçısı son dövrlərdə Rusiya paytaxtında həyata keçirilən geniş yenidənqurma işlərinin böyük maraq doğurduğunu bildirdi. Bakı şəhərində də sürətli inkişaf və abadlıq işlərinin həyata keçirildiyini deyən Prezident İlham Əliyev paytaxtlarımız arasında təcrübə mübadiləsinin səmərəli olacağını qeyd etdi.
Prezident İlham Əliyev Moskva şəhərinin meri Sergey Sobyaninin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin daha da inkişaf etdirilməsi və ölkəmizlə daha yaxından tanış olmaq işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğuladı.
Moskva şəhərinin meri Sergey Sobyanin nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirdi. Ticarət dövriyyəsinin artmasının önəmini vurğulayan Moskva şəhərinin meri bildirdi ki, Azərbaycandan Rusiya paytaxtına göndərilən ərzaq məhsullarının həcmi üç dəfə artıb və bu həcmin daha da genişləndirilməsi üçün yaxşı imkanlar var.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasörün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

*   *   *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyovu qəbul edib.
“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov rəhbərlik etdiyi qurumun fəaliyyətinə ölkəmizdə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək bu agentlik vasitəsi ilə Azərbaycanla bağlı verilən müxtəlif səpgili informasiyaların Rusiya oxucusu üçün xüsusi maraq doğurduğunu diqqətə çatdırdı.
Dövlətimizin başçısı son illər ölkəmizdə təhsil, mədəniyyət, kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı müxtəlif dövlət proqramlarının uğurla həyata keçirildiyini vurğuladı.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mətbuat və informasiya sahəsində mövcud olan əməkdaşlığın müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparıldı, bu sahədə əlaqələrin genişləndirilməsinin və intensivləşdirilməsinin zəruriliyi vurğulandı.

AzərTAc

Sentyabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan ilə görüşmüşdür.
Qonağı salamlayan Ali Məclisin Sədri onu Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirmişdir.
Derek Hoqan muxtar respublikaya ikinci dəfə səfər etdiyini, bu səfərin iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafı baxımından faydalı olacağını vurğulamışdır. Qonaq Amerika Birləşmiş Ştatlarından gələn musiqi qrupunun Naxçıvan şəhərində konsert proqramı ilə çıxış edəcəyini bildirmiş, göstərilən səmimi münasibətə və dəstəyə görə minnətdarlıq etmişdir.
Ali Məclisin Sədri muxtar respublikada mədəniyyətin inkişafı istiqamətində görülən tədbirləri diqqətə çatdırmış, Amerika Birləşmiş Ştatlarının musiqi qrupu tərəfindən veriləcək konsertin Naxçıvanda maraqla qarşılanacağını bildirmişdir.
Görüşdə əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə görülən işlərlə bağlı fotostendə və kompleksin maketinə baxdı.
Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, birinci mərhələdə limanın yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteynerdən ibarət olacaq. İkinci mərhələdə limanın yükaşırma gücü 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələnin yekununda isə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. Limanda layihə üzrə logistika mərkəzinin yaradılması da mühüm əhəmiyyət kəsb edir. İlkin mərhələdə burada 100 min konteynerin saxlanması və yük sahiblərinə müxtəlif növ xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Daha sonra Prezident İlham Əliyev bərə terminalını işə saldı.
Prezident İlham Əliyev yük vaqonlarının “Bərdə” və “Azərbaycan” gəmi-bərələrinə yüklənərək terminaldan yola salınması prosesinə baxdı.
Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

Əkilən hər bir ağac, salınan meyvə bağları və yaşıllıq zolaqları ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Muxtar respublikada təbiətə qayğını özündə təzahür etdirən iməciliklərin keçirilməsi də bu məqsədə xidmət edir. Son illər iməciliklər yolu ilə salınan yaşıllıqlar qədim diyarın təbiətinin zənginləşdirilməsinə səbəb olmuş, sağlam ekoloji mühit formalaşmışdır.
Sentyabrın 20-də muxtar respublikada növbəti iməciliklər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri Uzunoba Su Anbarının ətrafında terras üsulu ilə salınmış 3,6 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər.
Ötən iməciliklər dövründə ərazidə 3 minə yaxın müxtəlif meyvə tingləri əkilmiş, damcılı suvarma sistemi quraşdırılmışdır. İməcilik iştirakçıları ərazidə təmizlik işləri görmüş, meyvə tinglərinə aqrotexniki qulluq göstərilmiş, dənə üsulu ilə əkin aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, payızlıq ağac əkininə hazırlıqla bağlı müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bizim məqsədimiz birdir – ölkəmizi daha da inkişaf etdirmək, gücləndirmək, daha da güclü Azərbaycan yaratmaq. Biz bu məqsədə doğru uğurla gedirik. Əgər hər bir bölgədə və hər bir kənddə bütün məsələlər öz həllini taparsa, onda ölkə­nin bütün məsələləri həll olunacaqdır”.
Bu gün Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirləri şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndləri də əhatə etmişdir. Yeni kənd və xidmət mərkəzlərinin, abad yolların, məktəb binalarının və səhiyyə müəssisələrinin tikintisi müasir Naxçıvanın inkişaf göstəricisinə çevrilmişdir. Bu həm də əhalinin rifah halının yaxşılaşmasına göstərilən qayğının təzahürüdür.
Sentyabrın 22-də Babək rayonunun Qahab kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

 Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgiz avtomobil yolu yenidən qurulmuşdur

Sentyabrın 22-də yol-nəqliyyat infra­strukturunun yeniləşməsi istiqamətində görülən tədbirlərin davamı olaraq, Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgiz avtomobil yolunun istifadəyə verilməsi münasibətilə tədbir keçirilmişdir.
Qahab kənd sakini Hidayət Hacıyev minnətdarlıq edərək demişdir ki, bu gün muxtar respublikanın hər bir yaşayış məntəqəsi özünün abad yolu ilə seçilir. Yol rahatlıq, mədəniyyət, yüksək rifah deməkdir. Artıq Qahab və ətraf kəndləri birləşdirən bu yol yaşayış məntəqələrinin inkişafına öz töhfəsini verəcəkdir.

Ardını oxu...

Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı. Əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olundu. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər.

*    *    *

Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevnelievin təkbətək görüşü olub.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rosen Plevnelievin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Həmin gün geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Bolqarıstan birgə bəyannaməsi imzalanıb.

AzərTAc

 

Sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin inzibati binası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, ötən əsrin 30-cu illərində tikilən və ümumi sahəsi 1092 kvadratmetr olan bina əvvəlki görkəmi saxlanılmaqla yenidən qurulmuşdur. Orijinal arxitektura quruluşu ilə seçilən bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir.
Yenidənqurma işləri zamanı binanın interyeri müasir dizayn elementləri ilə zənginləşdirilmiş, yeni işıqlandırma, istilik və havalandırma sistemləri qurulmuşdur. Zirzəmi qatında laboratoriya, arxiv, kitabxana, bufet, qazanxana və digər yardımçı otaqlar vardır. Binanın birinci və ikinci mərtəbələrində isə zəruri mebel avadanlıqları ilə təchiz olunan iş otaqları və 50 yerlik iclas zalı yerləşir. Otaqlarda idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılmış, kompüter dəstləri quraşdırılmış və internetə çıxış təmin olunmuşdur. Bu da nazirliyə daxil olan məlumat və müraciətlərin daha operativ qəbuluna, digər qurumlarla elektron sənəd mübadiləsinin həyata keçirilməsinə, eləcə də əməkdaşların fəaliyyət sahələrinə uyğun ətraflı informasiya toplamasına şərait yaradacaqdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi adlandırılsın.
2. “Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması haq­qında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 28 fevral tarixli 126-II FR nömrəli Fərmanının adında, 1-ci və 2-ci hissələrində “İnformasiya Texnologiyaları” sözləri “Yeni Texnologiyalar” sözləri ilə əvəz edilsin.
3. “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 22 iyul tarixli 209-III FR nömrəli Fərmanının 3-cü hissəsində və 3-cü əlavəsində “İnformasiya Texnologiyaları” sözləri “Yeni Texnologiyalar” sözləri ilə əvəz edilsin.
4. “Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 12 avqust tarixli 118-IV FR nömrəli Fərmanının:
4.1. Adında, preambulasında, 1-ci və 2-ci hissələrində “İnformasiya Texnologiyaları” sözləri “Yeni Texnologiyalar” sözləri ilə əvəz edilsin;
4.2. Həmin Fərmanla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə”nin adında və mətnində “İnformasiya Texnologiyaları” sözləri müvafiq olaraq “Yeni Texnologiyalar” sözləri ilə əvəz edilsin.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 19 sentyabr 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Əvvəlcə Prezident İlham Əliyevin Baş nazir Milo Cukanoviçlə təkbətək görüşü oldu.
Sonra görüş geniş tərkibdə davam etdirildi.
Dövlətimizin başçısı Azərbaycan ilə Monteneqro arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələri əhatə etməsindən və dinamik inkişafından məmnunluğunu ifadə etdi. Əməkdaşlığımızın genişləndirilməsi məsələsinə toxunan Prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün də yaxşı imkanların olduğunu vurğuladı. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlətimizin başçısı Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətini diqqətə çatdırdı.
Baş nazir Milo Cukanoviç Azərbaycan Prezidentinin Monteneqroya olan dostluq münasibətinə görə minnətdarlığını bildirdi. Ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan Baş nazir bu inkişafın onda dərin təəssürat yaratdığını dedi və əldə olunan nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi. Milo Cukanoviç öz növbəsində Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin inkişafının razılıq doğurduğunu vurğuladı.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR