07 Yanvar 2025, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə:
Əzimova Sara Nurəddin qızı
Sultanova Mehriban Paşa qızı – “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı;
Babayeva Təhminə Adil qızı
İbrahimova Ayidə Vahid qızı
Rüstəmova Yeganə Qabil qızı – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 6 mart 2015-ci il

Muxtar respublikada kəndlərin infrastrukturunu səciyyələndirən əsas cəhətlərdən biri də yeni sosial obyektlərin inşasıdır. Əhalinin rahat yaşayışının təmin olunmasına hesablanmış bu tədbirlər son illər geniş vüsət alıb. Davamlı inkişaf yoluna qədəm qoyan Babək rayonunun kəndlərində də geniş quruculuq işləri aparılır. Bu kəndlərdən biri də Qoşadizədir.
Martın 6-da Qoşadizə kəndində yeni tikilən sosial obyektlərin açılışı olmuşdur.

Kənd məktəbi üçün yeni bina tikilib

Təhsilin inkişafında vacib amillərdən biri də müasir infrastrukturun yaradılmasıdır. Xüsusilə yeni texnologiyaların tədrisdə tətbiqi məktəblərdə dərslərin daha səmərəli təşkilinə, dünyagörüşlü və savadlı gənclərin yetişdirilməsinə imkan verir. Son illər muxtar respublikada ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər də bu məqsədə xidmət edir.
Martın 6-da Qoşadizə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev çıxış edərək demişdir ki, son illər Babək rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Ötən il Babək qəsəbəsində rayon Mərkəzi Xəstəxanası, uşaq bağçası və rayon Tarix-Diyarşünaslıq Muzeyi, Cəhri, Qahab, Naxışnərgiz, Güznüt kəndlərində müasir sosial obyektlər tikilərək istifadəyə verilmiş, 25,6 kilometrlik Hacıvar-Vayxır-Sirab, 14,5 kilometrlik Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgiz avtomobil yolları yenidən qurulmuş, içməli su və kanalizasiya sistemlərinin çəkilişi davam etdirilmişdir. Hazırda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun, Nehrəm kənd 2 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisi davam etdirilir. Bu gün isə Qoşadizə kəndində yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Həyata keçirilən bu tədbirlər sakinlərin rahatlığının təmin olunmasına və yaşayış məntəqələrinin kompleks inkişafına xidmət edir. İcra başçısı yaradılan şəraitə görə rayon ictimaiyyəti adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qoşadizə kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Ölkəmizdə məktəb işi ümumxalq, ümumdövlət işinə çevrilmişdir. Bu da ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyasının müstəqillik dövründə uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Artıq ölkəmiz inkişaf etmiş dünya dövlətləri sırasında öz layiqli yerini tutmuş, xalqımız inkişaf etmiş xalqlar sırasına yüksəlmişdir.

Ardını oxu...

Martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun mətbuat konfransı olub.
Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov jurnalistlərin suallarını cavablandırdılar.
Sonra Bolqarıstanın Baş naziri Boyko Borisovun adından nahar verildi.

* * *

Martın 4-də Sofiyada Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri martın 5-də başa çatıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfərə gedib.

AzərTAc

Bolqarıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 4-də Sofiyanın Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub.
Martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə təkbətək və geniş tərkibdə görüşü olub.
Martın 4-də Sofiyada geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzaladılar.

*   *   *

Martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə təkbətək və geniş tərkibdə görüşü olub.

AZƏRTAC

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 4 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında aztəminatlı insanlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki səmərəli fəaliyyətlərinə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilmişdir. Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin sədri Vəliyev Yaşar Vəli oğlu da “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında idmanın inkişafında səmərəli fəaliyyətlərinə görə:
    Bağırov Abbas Məmməd oğluna
    Əzizov Musa İbrahim oğluna  –  “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 4 mart 2015-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında idmanın inkişafında səmərəli fəaliyyətlərinə görə:
Əliyev Elnur Murad oğlu
Hüseynov Şəfi Abbas oğlu
İbrahimov Taleh Məmməd oğlu
Yaqubov Natiq Yaqub oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 4 mart 2015-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Sloveniya Respublikası Parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Şuranın sədri Mitya Bervar Sloveniya Respublikasının Prezidenti Borut Pahorun salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli münasibətlərin səviyyəsinin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi sahədə razılıq doğurduğu bildirildi, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olundu. Sloveniya Respublikası Parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.
Dövlətimizin başçısı Prezident Borut Pahorun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sloveniya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyasının “ВТБ” Bankının prezidenti və idarə heyətinin sədri Andrey Kostini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Çex Respublikasının Sənaye və Ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarls Hendrini qəbul edib.
Çarls Hendri bildirdi ki, Azərbaycana səfərinin əsas məqsədi Prezident İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında” Anlaşma Memorandumu imzalamaqdır.
Dövlətimizin başçısı Azərbaycan ilə Böyük Britaniya arasında təkcə enerji sektorunda deyil, iqtisadi, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev daha çox sayda Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsində də ölkəmizin maraqlı olduğunu dedi. Dövlətimizin başçısı Çarls Hendrinin bu istiqamətdə əlaqələrimizin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Aqramuntun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanın etimadnaməsini qəbul edib.
Səfir Marek Tsalka fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Marek Tsalka etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin qədim tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Polşa Prezidenti Bronislav Komorovski ilə Bakıda və müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğuladı.
Səfir Marek Tsalka ayrı-ayrı nümayəndə heyətlərinin tərkibində Azərbaycana müxtəlif vaxtlarda səfər etdiyini vurğuladı. O, diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi işində səylərini əsirgə­məyəcəyini dedi.

AzərTAc

Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Son illər Rabitə və Yeni Texnologiyalar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi yaşayış məntəqələrində müasir poçt-rabitə xidmətlərinin təşkilinə səbəb olmuşdur.
Fevralın 27-də Babək Rayon Rabitə İdarəsinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada bu sahədə beynəlxalq təcrübəyə və qabaqcıl texnologiyalara əsaslanan fəaliyyət sayəsində müsbət nəticələr əldə edilmiş, ən müasir standartlara uyğun telekommunikasiya infrastrukturu formalaşdırılmışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 11 ildə muxtar respublikada rabitə xidmətlərinin həcmi 4 dəfə, avtomat telefon stansiyalarının sayı 2,3 dəfə, telefon abunəçilərinin sayı 2 dəfə, internet trafikinin həcmi 20 min dəfə, telekommunikasiya kanallarının tutumu isə 4 min dəfə artmışdır. Muxtar respublikada informasiya cəmiyyətinə keçid və elektron hökumətin tətbiqi istiqamətində də müvafiq işlər görülmüş, “Elektron hökumət” portalı üzərindən rabitə, genişzolaqlı internet xidməti haqları, elektrik enerjisi və təbii qazdan istifadə haqlarının onlayn ödənişinə başlanılmışdır. “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin göstərdiyi xidmətlərin həcmi də artırılmış, 2014-cü ildə 12 yeni avtomat telefon stansiyası və 9 yeni poçt bölməsi istifadəyə verilmişdir. Əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verən Rövşən Məmmədov yaradılan şəraitə görə muxtar respublika rabitəçiləri adından minnətdarlıq etmişdir.

Ardını oxu...

İyirmi üç il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər.
Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak edib.
Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.
Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Türkiyənin ölkəmizdə səfərdə olan Xarici İşlər naziri Mövlud Çavuşoğlu abidənin önünə gül dəstələri qoydular.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.

AzərTAc

Fevralın 26-da Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov soyqırımı abidəsinin önünə gül qoymuş, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.
Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ictimaiyyətin nümayəndələri də erməni vəhşiliklərinin qurbanı olmuş soydaşlarımızın xatirəsini yad etmiş, soyqırımı abidəsinin önünə gül qoymuşlar.
Anım mərasimində qeyd edilmişdir ki, erməni millətçiləri Azərbaycan torpaqlarında öz dövlətlərini yaratmaq və “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün dəfələrlə azərbaycanlılara qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə həyata keçiriblər. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı ötən əsr boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin davamı, erməni qəddarlığının daha bir təzahürüdür. Dinc əhaliyə qarşı həyata keçirilən bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsi işinə yeni təkan verəcəyinə əminliyini bildirdi. Türkiyəyə dövlət səfərinin və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının uğurla keçdiyini məmnunluqla xatırlayan Prezident İlham Əliyev səfər zamanı birgə fəaliyyətlə bağlı gələcək planların müzakirəsinin önəmini qeyd etdi.
Mövlud Çavuşoğlu Türkiyə Respublikasının Xarici İşlər naziri kimi ilk rəsmi səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirdi. Mövlud Çavuşoğlu Prezident İlham Əliyevin Türkiyəyə dövlət səfərinin və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi.
Görüşdə Bakı-Tbilisi-Qars, TANAP layihələri, hərbi-texniki əməkdaşlıq və əlaqələrimizin digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərə dair ətraflı fikir mübadiləsi aparıldı.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu və bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinin önəmi qeyd edildi.

*   *   *

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinə səfərə gedib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirdə 594 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub, Mingəçevir şəhərində Müşfiq Mirzəyev adına “Dostluq” parkında yaradılan şəraitlə maraqlanıb, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirdə Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə, Kür çayının sağ sahilində inşa olunan “Ağsaray” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Fevralın 24-də Naxçıvan Dövlət Universitetində “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin açılışını bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşlar.

Bildirilmişdir ki, İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi kamera-nəzarət sistemi, server və texniki təminat otaqlarından ibarətdir. Mərkəzdə 30 terabayt həcmində xüsusi serverlər və internet paylaşdırıcılar yerləşdirilmiş, 202 IP telefon quraşdırılaraq universitet vahid telefon şəbəkəsinə qoşulmuşdur. Mərkəzi server xüsusi təhlükəsizlik proqramları ilə təchiz olunmuş, otaqlarda yanğından mühafizə və kartla giriş sistemi yaradılmışdır. Layihə çərçivəsində tələbə və müəllimlərin kodlaşdırılması aparılmış, tələbələr üçün 14 min ədəd ID tələbə bileti, müəllimlər üçün 2000 ədəd ID kart hazırlanmışdır. Universitetin professor-müəllim və tələbə kontingenti haqqında məlumatlar, idarəetmə ilə bağlı sənədləşmə işləri, müəllimlərin elektron imzaları yeni qurulmuş sistemə köçürülmüş, tədris planları və mühazirələrin elektron bazası yaradılmışdır.

Ardını oxu...

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş milli komandamızın üzvlərini qəbul edib.
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qazanılmış yüksək qələbə münasibətilə idmançıları və Güləş Federasiyasının üzvlərini təbrik etdi.
Azərbaycanda idmanın inkişafına toxunan Prezident İlham Əliyev dünya idman ictimaiyyətinin də Azərbaycan idmanına verdiyi yüksək qiymətdən danışdı. Nüfuzlu beynəlxalq yarışlarda medalların sayının ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı ölkədə mükəmməl idman infrastrukturunun yaradılmasının önəmini qeyd etdi.
Ölkəmizdə mötəbər idman tədbirlərinin yüksək səviyyədə keçirildiyini vurğulayan dövlətimizin başçısı bu yaxınlarda Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının Bakıda keçirilməsini beynəlxalq idman ictimaiyyətinin Azərbaycana idman ölkəsi kimi verdiyi önəmin nəticəsi kimi qiymətləndirdi.
Milli komandanın üzvü Rafiq Hüseynov və böyük məşqçi Nurəddin Rəcəbov qazanılan uğurların təməlində idmana dövlət qayğısının durduğunu söylədilər və buna görə də dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

AzərTAc

Fevralın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi-Suk İnlə görüşmüşdür.

Ali Məclisin Sədri Azərbaycan-Koreya münasibətlərinin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası ilə Koreya Respublikası arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirmişdir. Ali Məclisin Sədri muxtar respublikada elektron hökumətin tətbiqi və Naxçıvan Dövlət Universitetində elektron idarəetmənin təkmilləşdirilməsi sahəsində görülən işlərə, eləcə də ali təhsil müəssisələri arasındakı səmərəli əməkdaşlığa görə səfirə təşəkkür etmişdir.

Söhbət zamanı Ali Məclisin Sədri həyata keçirilən birgə layihələrin əhəmiyyətinə toxunmuş, elmi müəssisələr, avtomobil sənayesi və digər sahələrdə əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu bildirmişdir.

Səmimi qəbula görə minnətdarlıq edən Çoi-Suk İn növbəti dəfə muxtar respublikaya səfər etməsindən məmnun olduğunu bildirmişdir. Naxçıvan Dövlət Universitetində elektron təhsil mərkəzinin açılışında iştirak edəcəyini diqqətə çatdıran səfir bu ali təhsil ocağının güclü potensiala malik olduğunu vurğulamış, bundan sonra da əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini qeyd etmişdir.

Görüşdə əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılmışdır.


Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, ölkəmizdə idmanın inkişafı təmin olunmuş, bu sahədə zəngin qanunvericilik bazası və infrastruktur yaradılmışdır. Artıq Azərbaycan beynəlxalq idman yarışlarının təşkilatçısı olan bir ölkəyə çevrilmişdir. Bu il ölkəmizin ilk dəfə keçiriləcək Birinci Avropa Oyunlarına ev sahibliyi etməsi də Azərbaycanın dünyada qazandığı idman nüfuzunun nəticəsidir. Ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında da ardıcıl tədbirlər görülür. Artıq muxtar respublikada gənc idmançılar nəsli yetişmiş, idman ustaları formalaşmışdır. Naxçıvanlı idmançılar ölkə və dünya əhəmiyyətli yarışlarda təmsil olunur və nailiyyətlər qazanırlar.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Piri Nağıyev, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası sədrinin müavini Nəriman Quliyev çıxış edərək demişlər ki, son 20 il muxtar respublikanın bədən tərbiyəsi və idman tarixində mühüm mərhələ təşkil edir. Bu dövr ərzində muxtar respublikada idmanın maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir. Müasir idman infrastrukturunun formalaşdırılması muxtar respublikada beynəlxalq yarışların keçirilməsinə də şərait yaratmışdır. 2014-cü ildə muxtar respublika idmançıları dünya çempionatlarında 2, Avropa çempionatlarında 4, beynəlxalq turnirlərdə 10, Azərbaycan birinciliklərində 56 medal qazanmışlar. Muxtar respublikada gənclərin asudə vaxtının səmərəli təşkili, idmanın kütləviliyinə nail olunması, idman federasiyalarının işinin düzgün təşkili istiqamətində işlər bundan sonra da davam etdiriləcəkdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın etimadnaməsini qəbul edib.
Səfir Robert Sekuta fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Robert Sekuta etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələri əhatə etdiyi məmnunluqla qeyd olundu. Bu əlaqələrin regional əməkdaşlıq, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, enerji, nəqliyyat və digər sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Səfir Robert Sekutanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin uğurlu inkişafının davam edəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Viktoriya Nulandın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafından razılıq ifadə olundu, Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirildi. Söhbət zamanı ölkələrimizin enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, Əfqanıstanla bağlı əməkdaşlığının perspektivləri, insan hüquqları, demokratik təsisatlar, bu istiqamətdə dialoqun aparılması və digər məsələlər müzakirə edildi.

Görüşdə eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, bölgədə gərginliyin aradan qaldırılması, danışıqların davam etdirilməsi, regionda sülh və sabitliyin təmin olunması ilə bağlı məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ölkələrimiz arasında əlaqələrin bütün sahələri əhatə etdiyini bildirən Azərbaycan Prezidenti münasibətlərimizin möhkəmləndirilməsində müxtəlifsəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhani ilə keçirdiyi görüşlər zamanı qəbul edilən qərarların önəmini qeyd etdi. Dövlə­timizin başçısı İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin məhsuldar olacağına və əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkələrimiz arasında ikitərəfli əlaqələrin dərin tarixə malik olduğunu vurğuladı. O, İran-Azərbaycan münasibətlərinin qurulmasında Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin xidmətlərini böyük ehtiramla xatırlatdı. İranın Xarici İşlər naziri ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə etdi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ölkəmizin inkişafı hərtərəflidir. Hər bir bölgə inkişaf edir, hər bir bölgədə insanların yaşayışı üçün lazım olan bütün məsələlər həllini tapır… Bu, gördüyümüz işlərin, qəbul edilmiş proqramların nəticəsidir”.
Dövlət proqramlarının uğurlu icrası muxtar respublikada da sosial-iqtisadi inkişafı təmin etmiş, quruculuq işləri geniş vüsət almış, kənd yaşayış məntəqələrində də şəhər rahatlığı yaradılmışdır. İstifadəyə verilən yeni sosial obyektlər kəndlərin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Kənd infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər Şərur rayonunu da əhatə etmiş, Kürkənddə yeni sosial obyektlər inşa olunmuşdur.

Şərur şəhər-Kürkənd avtomobil yolu yenidən qurulmuşdur

Muxtar respublikanın kənd yaşayış məntəqələrində müasir yol şəbəkələrinin salınması əhalinin rahatlığına xidmət edir. Son illər Şərur rayonunda da bu istiqamətdə kompleks tədbirlər görülmüş, mövcud yol infrastrukturu tamamilə təkmilləşdirilmişdir.

Fevralın 16-da Şərur şəhər-Kürkənd avtomobil yolunun açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun yenidən qurulması münasibətilə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, kəndi rayon mərkəzi ilə birləşdirən 4,5 kilometrlik yol genişləndirilərək asfalt örtük salınmışdır. Yolboyu 2 selötürücü, 47 su keçidi tikilmiş, 1280 metrlik beton kanal, 158 metr daş hasar və 300 metr metal çəpər çəkilmişdir. Həmçinin müvafiq yerlərdə piyada keçidləri və digər yol hərəkət nişanları quraşdırılmış, avtomobillərin və piyadaların rahat hərəkəti təmin olunmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib. Dövlətimizin başçısı Cənub qaz dəhlizi Məşvərət Şurasının ilk iclasında nitq söylədi.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Yunanıstanın Məhsuldar İstehsal, Ətraf Mühit və Enerji naziri Panayiotis Lafazanisi qəbul edib.

AzərTAc

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi

polkovnik Səxavət İbrahim oğlu Salmanova
“general-mayor” ali hərbi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 fevral tarixli Sərəncamı ilə xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı da vardır.

“Hərbi xidmətlərə görə” medalı ilə

Baxşəliyev Ziyarəddin Ramazan oğlu – polkovnik-leytenant

Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu ölkəsinin milli bayramı – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Əlcəzair Xalq Demokratik Respublikasının Energetika naziri, Prezidentin xüsusi elçisi Yosef Yusfini qəbul edib.
Yosef Yusfi Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın məktubunu dövlətimizin başçısına təqdim etdi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edildi, energetika sahəsində əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Alzas regionunun nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası və beynəlxalq əməkdaşlıq sahələrində, eləcə də ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında vergi orqanlarında səmərəli fəaliyyətlərinə görə:
Əhmədov Mübariz Osman oğlu
Əliyev Rəşad Asif oğlu
Heydərov Bayram İsmayıl oğlu
Hünbətov Faiq Qadir oğlu
Hüseynov Cahangir Yadulla oğlu
İsmayılov Allahverdi Qafar oğlu
Qazıbəyova Zeynəb Zülfüqar qızı
Məmmədov Malik Ramiz oğlu
Məmmədov Şəmsəddin Camal oğlu
Muradov Müqabil Zahir oğlu
Rəsulova Xədicə Fətəli qızı
Rzayev Səfər Həsən oğlu
Şabanov Əli Hacı oğlu
Vəliyev Arif Əli oğlu– “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 11 fevral 2015-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Rusiya Federasiyası Hökuməti Sədrinin müavini Arkadi Dvorkoviçi qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı, ticarət dövriyyəsinin və investisiya qoyuluşunun dinamik şəkildə inkişaf etməsi məmnunluqla qeyd olundu. Söhbət zamanı ikitərəfli əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Qırğız Respublikasının Müdafiə naziri Abibilla Kudayberdiyevi qəbul edib.

* * *

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının “Azadlıq” meydanında Daxili İşlər Nazirliyinin müxtəlif qurumları, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan və müasir avadanlıqla təchiz edilən avtomobillərin istifadəyə verilməsi mərasimində iştirak edib.

AzərTAc

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlament­lərarası və beynəlxalq əməkdaşlıq sahələrində uğurla inkişaf etdiyi vurğulandı. Ölkə­lərimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da dərinləşəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıldı.
Gennadi Züqanov Rusiya Federasiyası Kommunist Partiyasının xatirə ordenini Prezident İlham Əliyevə təqdim etdi.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Krameri qəbul edib.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 9 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında vergi sisteminin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyinin bir qrup əməkdaşı təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşları da vardır.

3-cü dərəcəli “Vətənə xidmətə görə” Azərbaycan Respublikasının ordeni ilə

Mahmudov Əli Muxtər oğlu

“Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə

Hacıyev Qurban Şükür oğlu

“Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə

Hüseynov Kamran Muxtar oğlu

“Vergi orqanlarında xidmətdə fərqlənməyə görə”  3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə

İbrahimov Naib Lətif oğlu

Fevralın 9-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirə keçirilmişdir.
Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye naziri Famil Seyidov demişdir ki, 2014-cü ildə də muxtar respublika iqtisadiyyatının bütün sahələr üzrə dinamik inkişafı təmin olunmuş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, özəl bölmənin inkişafına dövlət dəstəyi davam etdirilmişdir. 2004-2014-cü illərdə ümumi tutumu 12 min 250 ton olan soyuducu anbarlar, tutumu 27 min ton olan uzunmüddətli və 43 min 400 ton olan qısamüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi, 222 heyvandarlıq, 64 quşçuluq, 94 arıçılıq, 12 balıqçılıq, 68 bağçılıq və üzümçülük təsərrüfatı istifadəyə verilmişdir. Hazırda muxtar respublikada 352 növdə məhsul istehsal olunur və 336 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Ardını oxu...

Fevralın 6-da 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusunda enerji təhlükəsizliyi “dəyirmi masa”sı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “dəyirmi masa”da iştirak edib.
Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger tədbir iştirakçılarını və Azərbaycan Prezidenti İlham Əliyevi salamladı.
Artıq Münxen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirə olunan məsələlərin əhatə dairəsinin genişləndiyini, 2013-cü ildən bu siyahıya enerji təhlükəsizliyinin də daxil olduğunu deyən Volfqanq Fredrik İşinger Prezident İlham Əliyevə bu müzakirələrdə iştirakına görə təşəkkür etdi və “dəyirmi masa”nın işinə uğurlar arzuladı.
Sonra tədbirin aparıcısı sözü Azərbaycan Prezidentinə verdi.
Dövlətimizin başçısı “dəyirmi masa”da çıxış etdi.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının İqtisadiyyat naziri Nihad Zeybekçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Nihad Zeybekçi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu, ikitərəfli əlaqələrimizin siyasi, iqtisadi, enerji, qarşılıqlı sərmayə qoyuluşu, infrastruktur, müasir sənaye parklarının yaradılması, ticarət, kənd təsərrüfatı və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

* * *

Fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 51-ci Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına işgüzar səfərə gediblər.

AzərTAc

 Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sürətli sosial-iqtisadi inkişaf strategiyası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunu da əhatə etmişdir. Bu gün muxtar respublikada aparılan geniş quruculuq işləri rayonun Bənəniyar kəndini də müasir görkəmə qovuşdurmuşdur. Kənddə həyata keçirilən kompleks quruculuq işləri, yaradılan müasir infrastruktur, rahat iş və xidmət şəraiti sakinlərin firavan yaşayışına səbəb olmuşdur. Fevralın 5-də Bənəniyar kəndində yeni sosial obyektlərin açılışı olmuşdur..

Bənəniyar kənd tam orta məktəbində müasir tədris şəraiti yaradılmışdır

Müasir təhsil infrastrukturu hər bir ölkədə inkişafın əsas göstəricisidir. Bu səbəbdən də muxtar respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilir, yeni məktəb binaları tikilir, gələcəyimiz olan gənc nəslin əsl vətəndaş kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılır.
Fevralın 5-də Bənəniyar kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev demişdir ki, bu gün Culfa rayonu günü-gündən inkişaf edir, yeniləşir. Göstərilən qayğı rayon mərkəzi ilə yanaşı, kəndlərin də inkişafına səbəb olmuşdur. Ötən il rayonun Əlincə və Şurud kəndlərində yeni sosial obyektlər istifadəyə verilmiş, Culfa şəhərindəki 18 və 20 nömrəli yaşayış binaları əsaslı təmir olunmuş, Naxçıvan Muxtar Respublikası
Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Culfa Rayonlararası Müayinə Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin tikintisi, Əlincəqala tarixi abidəsinin, Gülüstan türbəsinin bərpası davam etdirilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakının Xətai rayonu ərazisində yeni yaradılan fəvvarələr və şəlalələr kompleksi ilə tanış olub.
Görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi. Uzunluğu 150 metr olan kompleks ən müasir tələblər səviyyəsində qurulub. Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə mərkəzi yaradılıb. Müxtəlifrəngli 700-dən artıq işıq effekti fəvvarələrə xüsusi yaraşıq verəcək.
Kompleksdə müasir işıqlandırma sistemi qurulub, yeni yaşıllıq zolağı salınıb, abadlıq işləri aparılıb, əraziyə keyfiyyətli plitələr döşənib.
Fəvvarələr və şəlalələr kompleksində yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tövsiyələrini verdi.

* * *

Fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illik yubiley mərasimində iştirak etmək üçün Bakıya gələn bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşüblər.

AzərTAc

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı İdman Sarayında həyata keçirilən əsaslı yenidənqurma işlərinin gedişi ilə tanış olublar.
Gənclər və İdman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.
Dövlətimizin başçısı və xanımı əsas idman zalında aparılan təmir işləri ilə maraqlandılar.
Bildirildi ki, tamaşaçı yerlərinin sayının artırılması üçün zalda əlavə olaraq ikitərəfli tribuna inşa edilib. Zalda oturacaqların sayı təmirdən əvvəl 1100 idisə, yenidənqurmadan sonra bu rəqəm 1736-ya çatdırılıb. Bakı İdman Sarayında idmançılar və tamaşaçılar üçün kafe də fəaliyyət göstərəcək. Bundan başqa, burada püşkatma və mətbuat zallarında, VIP otaqlarda, Avropa Oyunları Təşkilat Komitəsinin iş kabinetlərində və digər yardımçı otaqlarda da yüksək standartlar nəzərə alınacaq.
Dövlətimizin başçısı İlham Əliyev Bakı İdman Sarayında işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasına dair müvafiq tapşırıq və tövsiyələrini verdi.

* * *

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətinin ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində görülən işlərlə tanış olublar.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanda gedən sürətli inkişaf proseslərindən məmnunluq ifadə olundu, ölkədə müasir infrastruktur və yeni sənaye sahələrinin yaradılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərin önəmi qeyd olundu.
Söhbət zamanı Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından danışıldı, Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılması baxımından əhəmiyyəti qeyd olundu.

AzərTAc

 

Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qusar rayonunda “Şahdağ” qış-yay turizm kompleksində olublar.
Dövlətimizin başçısı və xanımı “Park Chalet Shahdag” otelinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsdi.
“Park Chalet Shahdag” oteli Bakıdan 210 kilometr şimal-qərbdə yeganə alp üslublu dəbdəbəli məkandır. Əzəmətli dağlarla əhatə olunan otelin 164 eleqant qonaq otağı var.
Dövlətimizin başçısı və xanımı otelin nömrələrində yaradılan şəraitlə tanış oldular.
Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.

* * *

Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışında iştirak ediblər.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı nazir Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu və gələcək əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəmli olacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.
Nazir Əli Tayebnia Azərbaycan və İran prezidentlərinin səyləri sayəsində ikitərəfli münasibətlərimizin inkişafının yeni mərhələyə qədəm qoyduğunu vurğuladı. İranlı nazir azərbaycanlı həmkarları ilə birlikdə ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəklərini dedi.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 28 yanvar tarixli Sərəncamı ilə xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları da vardır.

“Dövlət qulluğunda
fərqlənməyə görə” medalı ilə

Bağırov Zaur Yolçu oğlu

Məmmədov Hicran Teymur oğlu

Pənahov Pənah Yaşar oğlu

Yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Dövlətimizin başçısı konfransda giriş nitqi söylədi.
Sonra İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri Heydər Əsədov, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış etdilər.
Daha sonra Azərbaycan Prezidenti konfransda yekun nitqi söylədi.

AzərTAc

2015-ci il martın 28-də Azərbaycan ədəbiyyatının və elminin inkişafında böyük xidmətləri olan Əziz Şərifin (Əziz Qurbanəli oğlu Şərifzadə) anadan olmasının 120 illiyi tamam olur.
1895-ci ildə Naxçıvan şəhərində anadan olan Əziz Şərif ilk təhsilini görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin “Tərbiyə” məktəbində, sonra isə Tiflis gimnaziyasında almışdır. 1943-cü ildə M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirən Əziz Şərif 1950-1961-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda işləmiş, 1962-1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, 1960-1964-cü illərdə isə həmin universitetdə kafedra müdiri olmuşdur.
Tiflisdə oxuduğu dövrlərdə Cəlil Məmmədquluzadə və digər “Molla Nəsrəddin”çilərlə tanışlığı Əziz Şərifin elmi və ədəbi fəaliyyətində mühüm rol oynamışdır. Təsadüfi deyil ki, o, ilk ədəbi fəaliyyətinə də 1906-cı ildə “Molla Nəsrəddin” jurnalında başlamış və burada “Naxçıvandan məktublar” məqaləsini dərc etdirmişdir.

Ardını oxu...

Yanvarın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” və “Hərbi xidmətlərə görə” medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının, 2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinə mükafatların təqdimat mərasimi keçirilmişdir.

Ardını oxu...

Yanvarın 22-də Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə keçirilən təqdimat mərasiminə İsveçrənin ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, Dünya İqtisadi Forumunda iştirak edən xarici ölkələrin təmsilçiləri qatılmışdılar.
Qonaqlar əvvəlcə Azərbaycan heykəltəraşlarının “Bakı-2015”ə həsr olunmuş bürünc heykəllərindən ibarət sərgiyə baxdılar. “Biz birlikdə” adlanan bu sərgidə 20-dən çox heykəltəraşımızın idmanın müxtəlif növlərini təsvir edən əsərləri sərgilənirdi.
Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən Birinci Avropa Oyunlarına həsr olunan bukletləri təqdim edildi.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.
Daha sonra mərasim iştirakçıları “Bakı-2015”-ə həsr olunan filmə baxdılar. Filmdə ilk Avropa Oyunlarına hazırlıq işləri və digər tədbirlər barədə geniş məlumat verildi.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların mərkəzində insan amili dayanır. Əhalinin rahat yaşayışının təmin olunması, xüsusilə insanların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Günü-gündən öz görkəmini dəyişən paytaxt Naxçıvan şəhərində də bu məsələ diqqət mərkəzində saxlanılır. Bu gün şəhərdə yeni inzibati binalar və sosial obyektlərlə yanaşı, həm də müasir yaşayış binaları tikilərək istifadəyə verilir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 21-də İsveçrəyə işgüzar səfərə gedib.

* * *

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqanın görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşü olub.

* * *

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin sabiq Prezidenti Şimon Peresin görüşü olub. Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi.

AzərTAc

“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, muxtar respublikanın yaşayış məntəqələrinin tarazlı inkişafının təmin olunması, kəndlərin infrastrukturunun yenilənməsi diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlər Culfa rayonunun Şurud kəndini də əhatə etmişdir. Rayon mərkəzindən 23 kilometr aralıda – hündür dağ silsilələrinin ətəyində yerləşən Şurudun quruculuq xəritəsi ötən ildən başlayaraq xeyli genişlənmiş, kənddə yeni sosial obyektlər tikilmişdir.

Şurud kənd məktəbinin binası yenidən qurulmuşdur

Şurud kənd tam orta məktəbinin binasında əsaslı yenidənqurma işləri aparılmışdır.
Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şurud kəndinə gəlmiş, məktəb binasında yaradılan şərait və tədrisin vəziyyəti ilə maraqlanmışdır.

Bildirilmişdir ki, yenidənqurma işləri aparılarkən məktəb binasının döşəməsi, tavanı, qapı və pəncərələri dəyişdirilmiş, sinif otaqları və fənn kabinələri müasir tədris metodlarına uyğun qurulmuşdur. Hazırda məktəbdə 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompüter otağı, kitabxana, müəllimlər otağı, hərbi kabinə, şahmat sinfi, idman zalı, açıq idman meydançası və bufet vardır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib.

* * *

Yanvarın 20-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Xarici İşlər üzrə Federal naziri Frank-Valter Ştaynmayer ilə görüşü olub.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Berlində Almaniya-Azərbaycan Forumunun üzvləri, Almaniya Bundestaqının Xristian Demokratlar və Xristian Sosialistlər, Sosial Demokratlar və Yaşıllar partiyalarından olan deputatları, Bundestaqda fəaliyyət göstərən komitələrin rəhbərləri və üzvləri ilə görüşüb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Berlində Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR