Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı İdman Sarayında həyata keçirilən əsaslı yenidənqurma işlərinin gedişi ilə tanış olublar.
Gənclər və İdman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.
Dövlətimizin başçısı və xanımı əsas idman zalında aparılan təmir işləri ilə maraqlandılar.
Bildirildi ki, tamaşaçı yerlərinin sayının artırılması üçün zalda əlavə olaraq ikitərəfli tribuna inşa edilib. Zalda oturacaqların sayı təmirdən əvvəl 1100 idisə, yenidənqurmadan sonra bu rəqəm 1736-ya çatdırılıb. Bakı İdman Sarayında idmançılar və tamaşaçılar üçün kafe də fəaliyyət göstərəcək. Bundan başqa, burada püşkatma və mətbuat zallarında, VIP otaqlarda, Avropa Oyunları Təşkilat Komitəsinin iş kabinetlərində və digər yardımçı otaqlarda da yüksək standartlar nəzərə alınacaq.
Dövlətimizin başçısı İlham Əliyev Bakı İdman Sarayında işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasına dair müvafiq tapşırıq və tövsiyələrini verdi.
* * *
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətinin ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində görülən işlərlə tanış olublar.
AzərTAc