Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası və beynəlxalq əməkdaşlıq sahələrində uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da dərinləşəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıldı.
Gennadi Züqanov Rusiya Federasiyası Kommunist Partiyasının xatirə ordenini Prezident İlham Əliyevə təqdim etdi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Krameri qəbul edib.
AzərTAc