07 Yanvar 2025, Çərşənbə axşamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də – Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.
Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qanlı yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəldi.
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət Himni səsləndi.
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə gəlmişdilər.

AzərTAc

  Naxçıvanda 20 Yanvar faciəsinin 25-ci ildönümü qeyd olunmuşdur

1990-cı il yanvarın 20-də keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və azadlıq əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı amansız qırğın törətmişdir. Bəşəriyyət tarixinə silinməz faciə kimi yazılmış 20 Yanvar həm də müstəqillik tariximizin qəhrəmanlıq səhifəsi, iftixar günüdür.
Azərbaycan xalqının mustəqillik mübarizəsinin zirvəsi sayılan bu faciənin törədilməsindən 25 il ötür. Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da hər il 20 Yanvar şəhidlərinin xatirəsi əziz tutulur, şəhər və rayonlardakı Şəhidlər xiyabanları ziyarətgaha çevrilir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Yaponiyanın Xarici İşlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Yaponiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğuladı. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bu münasibətlərin digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı əsas yaratdığını qeyd etdi. Yaponiya şirkətlərinin iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələrin önəmini qeyd edən dövlətimizin başçısı kənd təsərrüfatı, texnoparkların və neft-kimya komplekslərinin yaradılması, yüksək texnologiyalar və informasiya texnologiyaları sahələrində əməkdaşlıq üçün də yaxşı imkanların olduğunu dedi.
Yaponiyanın Xarici İşlər nazirinin müavini Minoru Kiuçi Yaponiyanın Azərbaycan ilə əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, texnoparkların və neft-kimya komplekslərinin yaradılması, yüksək texnologiyalar, informasiya texnologiyaları və digər sahələrdə genişləndirilməsində maraqlı olduğunu dedi.

AzərTAc

Yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qars Qafqaz Universitetinin rektoru, professor doktor Sami Özcanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin Sədri Qars Qafqaz Universitetinin bölgədə elmin və təhsilin inkişafına mühüm töhfələr verdiyini qeyd etmişdir. Qardaş Türkiyənin universitetləri ilə əlaqələrin genişləndirilməsinin vacibliyinə diqqəti çəkən Ali Məclisin Sədri Naxçıvan Dövlət Universiteti ilə Qars Qafqaz Universiteti arasındakı səmərəli elmi əməkdaşlığın məmnunluq doğurduğunu bildirmişdir.
Ali Məclisin Sədri universitetlərarası əlaqələrin inkişafına verdiyi töhfəyə görə Qars Qafqaz Universitetinin rektoru Sami Özcana təşəkkürünü bildirmişdir.
Nümayəndə heyətinə göstərilən səmimi münasibətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edən Sami Özcan demişdir ki, Naxçıvan Muxtar Respublikasındakı müasir təhsil infrastrukturu universitetlər arasındakı əlaqələrin yeni istiqamətlər üzrə inkişafını şərtləndirir. Qars Qafqaz Universiteti ilə muxtar respublikanın ali təhsil ocaqları arasındakı əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verdiyini qeyd edən rektor gələcəkdə də bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırmışdır.
Görüşdə elm və təhsil sahəsindəki əlaqələrin perspektivi ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə:
Əliyev Mehman Həsən oğluna
Gülməmmədova Nəzakət Həsən qızına
İbrahimova Kəmalə Yaqub qızına
Quliyeva Akifə Həmid qızına – “Əməkdar həkim” fəxri adı;
Bayramova Məryəm Abdulla qızına
Kazımova Tərlan İbrahim qızına
Səfərova Könül Məhəmməd qızına
Tahirli Abdulla Əsəd oğluna – “Əməkdar tibb işçisi” fəxri adı verilsin.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 16 yanvar 2015-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında daxili işlər orqanlarında səmərəli fəaliyyətlərinə görə:
Bağırov Sudeyib Hüseyn oğlu
Bayramov Ədalət Fərman oğlu
Əliyev Taryel Məmməd oğlu
Həsənov Əli İslam oğlu
Həsənov Qafil Vəli oğlu
Kazımov Tağı Kazım oğlu
Kərimov Əli Hüseynəli oğlu
Rəhimov Habil Ələsgər oğlu
Şahhüseynov Rasim Lətif oğlu
Şirəliyev Namiq Musa oğlu
Şükürov Zaur Məmməd oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 16 yanvar 2015-ci il

Yanvarın 15-də Türkiyə Respublikası Prezidentinin Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

* * *

Yanvarın 15-də Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirilib.

* * *

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatla çıxış ediblər.

* * *

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına dövlət səfəri başa çatıb.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər geniş müzakirə olundu. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan münaqişənin tez bir zamanda sülh yolu ilə nizamlanmasında maraqlıdır və ölkəmiz beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizin işğaldan azad edilməsi istiqamətində irəliləyişə nail olunması üçün səylərini əsirgəmir. Bu prosesdə Ermənistanın da konstruktiv mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı bu vəziyyətin uzun zaman davam etdirilməsinin yolverilməz olduğunu bildirdi. Prezident İlham Əliyev münaqişənin ədalətli həlli istiqamətində Minsk qrupunun həmsədrlərinin, həmçinin beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının və onun müxtəlif qurumlarının daha fəal addımlar atmasının vacibliyini vurğuladı.
Daha sonra görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Türkiyə Respublikasına dövlət səfərinə gedib.

AzərTAc

  Qaraçuq kəndi müasir yaşayış məntəqəsinə çevrilmişdir

Bu gün Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən uğurlu inkişaf strategiyası, aparılan geniş tikinti-quruculuq işləri paytaxt Naxçıvan şəhərini də əhatə etmiş, mərkəzlə yanaşı, şəhərin ətraf qəsəbə və kəndləri də yeniləşmə prosesinə qoşulmuşdur.
Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan Qaraçuq kəndi aparılan kompleks tikinti işlərindən sonra müasir qəsəbə görkəmi almışdır.

Kənddə müasir yol infrastrukturu yaradılmışdır

Abad yol iqtisadi inkişafın əsas göstəricilərindəndir. Muxtar respublikanın digər yaşayış məntəqələrində olduğu kimi, paytaxt Naxçıvan şəhərində də yol-nəqliyyat infra­strukturu yenidən qurulur.

Yanvarın 14-də Qaraçuq kənd avtomobil yolunun açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, Qaraçuqda yol şəbəkəsi müasir standartlara uyğunlaşdırılmış, 5,5 kilometr kənddaxili yola asfalt örtük salınmışdır. Müvafiq yerlərdə piyada keçidləri və digər yol-nəqliyyat nişanları quraşdırılmış, hərəkətin rahatlığı və təhlükəsizliyi təmin olunmuşdur. Yolun uzunmüddətli istismarı məqsədilə zəruri tədbirlər görülmüş, 51 su keçidi və 1036 metrlik beton kanal çəkilmişdir.

Ardını oxu...

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olub.
Dövlətimizin başçısına “Xəyal Adası”nda görülən işlərlə bağlı ətraflı məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən “Xəyal Adası”nın ərazisi 320 hektardır. Bu, yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatə edən layihədir.
Azərbaycan Prezidenti “Xəyal Adası” qolf klubunda yaradılan şəraitlə də tanış oldu.
“Xəyal Adası”nın layihəsi ilə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, yaşayış sahəsində müasir tələblərə cavab verən yüksəkkeyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur.
Dövlətimizin başçısı layihədən bəhs edən videoçarxa baxdı.
Prezident İlham Əliyev elektromobillə qolf sahəsini gəzdi, Qolf Akademiyasında yaradılan şəraitlə də tanış oldu.
Sonra dövlətimizin başçısı ərazini gəzdi, tikintisi davam etdirilən villalarda yaradılacaq şəraitlə tanış oldu.

AzərTAc

İslam aləmində müqəddəs sayılan günlərdən biri də hicri təqvimi ilə Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən mövlud gecəsidir. Mövlud gecəsi İslam dininin banisi, onun təşəkkül tapmasında və bütün dünyaya yayılmasında böyük xidmətləri olan, insanları mənəvi saflığa və yüksək əxlaqi dəyərlərə səsləyən Məhəmməd Peyğəmbərin doğum günüdür.
Yanvarın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Cümə məscidinə gəlmiş, həzrəti Məhəmməd Peyğəmbərin mövlud günü münasibətilə keçirilən tədbirdə iştirak etmişdir.
Çoxəsrlik tolerantlıq ənənələrinə malik olan Azərbaycanda dini-mənəvi dəyərlər tarixən müqəddəs hesab olunmuş, xalqımız humanizm və bəşəri ideyaların daşıyıcısı olan islami dəyərləri daim uca tutmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycanda formalaşan dövlət-din münasibətləri və dini dəyərlərə sadiqlik nümunə gücündədir. Naxçıvan Muxtar Respublikasında da dini-mənəvi dəyərlərin qorunub yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni məscid binaları tikilir, dindarlar üçün lazımi şərait yaradılır. Hər il muxtar respublikada dini mərasimlərin, xüsusilə Məhəmməd Peyğəmbərin mövludu gününün geniş qeyd olunması da islami dəyərlərə hörmətin daha bir ifadəsidir.
Tədbirdə “Qurani-Kərim”dən ayələr oxunmuş, xalqımıza əmin-amanlıq, ölkəmizə inkişaf və tərəqqi arzulanmışdır.
Muxtar respublikanın rayonlarında da Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbirlər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası 2014-cü ili bütün sahələrdə qazanılan uğurlarla başa vurdu. Ötən il quruculuq tədbirlərinin əhatə dairəsi xeyli genişlənmiş, 30-a yaxın kənd yaşayış məntəqəsində müxtəliftəyinatlı obyektlər tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Ardıcıl şəkildə aparılan quruculuq işləri kəndlərdə infrastrukturun yenilənməsinə, əhalinin rahatlığının təmin olunmasına səbəb olmuşdur.
Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində yanvarın 6-da Şərur rayonunun Püsyan kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

2015-ci ildə ilk məktəb binası Püsyan kəndində istifadəyə verilmişdir

Yanvarın 6-da Püsyan kənd tam orta məktəbinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə məktəbin direktoru Ülkər Nağıyeva çıxış edərək demişdir ki, Püsyan kəndi muxtar respublikanın müasir yaşayış məntəqələrinin sırasına qoşulmuşdur. Aparılan quruculuq işləri digər sahələrlə yanaşı, kənddə təhsilin inkişafına da öz töhfəsini verəcəkdir. Hər cür maddi-texniki bazaya malik olan müasir məktəb binasının istifadəyə verilməsini kollektiv, eləcə də kənd sakinləri sevinclə qarşılayırlar. Ülkər Nağıyeva yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Püsyan kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, onlara gələcək tədrisdə uğurlar arzulayaraq demişdir: “Bu gün ölkəmizdə məktəb işi ümumxalq, ümumdövlət işinə çevrilmişdir. Hər bir kənddə, hər bir yaşayış məntəqəsində yeni məktəb binaları tikilərək istifadəyə verilir. Çünki məktəb tikintisi ölkəmizin gələcəyinə xidmət edir, məktəblərdə ölkəmizin gələcək təminatçıları olan gənc nəsil yetişir. Bu amili yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Məktəb təhsil verməklə yanaşı, eyni zamanda gəncləri müstəqil həyata hazırlayan tərbiyə ocağıdır”.

Ardını oxu...

Yanvarın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus yeni gətirilmiş “Boeing-787-8” Dreamliner sərnişin təyyarəsinə baxıblar.
Dövlətimizin başçısına yeni təyyarə barədə məlumat verildi.
Bu təyyarə ilə ilk mərhələdə Bakıdan Pekinə, Londona və Avropanın digər şəhərlərinə uçuşlar yerinə yetiriləcək. Bu ilin yay mövsümündən isə hava gəmilərinin Nyu-York və yeni açılacaq hava xətlərində istismarı gözlənilir.

AzərTAc

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Göynük kənd inzibati ərazi dairəsi tərkibindəki Göynük kəndi və Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindəki Nəhəcir kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil edilsin.
Maddə 2. Göynük və Nəhəcir kənd inzibati ərazi dairələri Cul­fa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə verilsin.
Maddə 3. Culfa rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 1000 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq, Babək rayonunun inzibati ərazisinə birləşdirilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2014-cü il

“Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1119-IVQ nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişik­liklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1119-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nı təsdiq etsin;
2.2. mürəkkəb-texniki obyektlərin, komplekslərin və bu qəbildən olan başqa tikinti obyektlərinin siyahısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə razılaşdırmaqla təsdiq etsin;
2.3. bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 5 yanvar 2015-ci il

   Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 5 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir.

 1. Ümumi müddəalar

1.1. Bu Qaydalar tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması, yaxud bərpası (bundan sonra – tikinti-quraşdırma) işlərinin bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsi prosedurunu və mexanizmini müəyyən edir.
1.2. Tikintiyə dövlət nəzarətinin məqsədi tikinti-quraşdırma və söküntü işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasını, bu işlərin yerinə yetirilməsi prosesində yol verilmiş pozuntuların vaxtında aşkar edilməsini və aradan qaldırılmasını, tikinti obyektlərinin etibarlılığını (dayanıqlılığını və möhkəmliyini) təmin etməkdir.
1.3. Bu Qaydaların müddəaları, tikintisinə icazə tələb edilməyən obyektlər istisna olunmaqla, bütün tikinti obyektlərinə şamil olunur.

Ardını oxu...

Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütövlük və suverenliyin vacib formulu olan xalq-ordu birliyinin də əsasını təşkil edir. Muxtar respublikada bayram günlərində idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri hərbi hissələrdə əsgər və zabitlərlə görüşür, onlara maddi və mənəvi dəstək olurlar. Ənənə halını alan bayram görüşləri Vətənimizin sadiq keşikçilərinin mənəvi-psixoloji hazırlığına köməklik göstərir, əsgərlərin mübarizlik əzmini daha da artırır.

Ardını oxu...

Tarixə uğurlu il kimi daxil olan 2014-cü il Naxçıvan Muxtar Respublikası üçün də əlamətdar hadisələrlə yadda qaldı. Yola saldığımız ildə Naxçıvan Muxtar Respublikasının 90 illiyi qeyd olundu. Əvvəlki illərdə olduğu kimi, “Muxtariyyət ili”ndə də iqtisadi və sosial həyatın bütün sahələrində tərəqqiyə nail olundu, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirildi. Xüsusilə abadlıq-quruculuq işlərinin əhatə dairəsinin genişlənməsi qədim Naxçıvanın müasir görkəmini daha da füsunkar etmişdir. Başa vurduğumuz ilin uğurlu sosial-iqtisadi yekunları muxtar respublika əhalisini yeni ili daha yüksək bayram əhval-ruhiyyəsi ilə qarşılamağa ruhlandırır.
Muxtar respublikada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ruh yüksəkliyi, möhtəşəm təntənə və bayram gəzintisi şəraitində qeyd edilmişdir. Naxçıvan şəhərində bir neçə gün əvvəldən bayramların gəlişi münasibətilə yolkalar bəzədilmiş, şəhər bayram libasına bürünmüşdü.
Dekabrın 31-də axşam saatlarında minlərlə sakin və şəhərimizin qonaqları Heydər Əliyev prospektində – şəhərin mərkəzi meydanında toplaşmış, həmrəylik bayramını birlikdə qeyd etmişlər. Meydanda konsert proqramı təşkil olunmuş, Vətənimizi, həmrəyliyi, milli dəyərləri, yeni ili tərənnüm edən mahnılar səslənmiş, gənclər rəqs edərək xoş dəqiqələr keçirmişlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlmişdir.

Ardını oxu...

Müstəqil Azərbaycanın dinamik inkişafı və ölkəmizdəki mövcud sabitlik qarşıladığımız 2015-ci ildə də uğurlu nailiyyətlərin qazanılmasına əminlik yaradır. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi Azərbaycanı və onun Naxçıvan Muxtar Respublikasını daha xoş günlərə qovuşduracaqdır. Bu gün muxtar respublika sakinlərinin birlik və həmrəylik duyğularının, yeni il sevinclərinin qayəsində də ulu öndərin siyasi xəttinə sonsuz inam və sədaqət dayanır. Qurub-yaratmaq əzmi ilə yaşayan muxtar respublika əhalisi yeni ili bayram sevinci ilə qarşılayır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında yanğın təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətlərinə görə:
Azadəliyev Çərkəz Dadaş oğlu
Cavadov Cahin Nizami oğlu
Gülmalıyev Səbuhi Heydər oğlu
Hacıyev Zamiq Xanəli oğlu
Həsənov Zakir İslam oğlu
Məmmədov Əfqan Surxay oğlu
Məmmədov Namiq İsmayıl oğlu
Sultanov Səxavət İsa oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 30 dekabr 2014-cü il

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində yeni salınan istirahət parkında yaradılan şəraitlə tanış olublar.
Parkın tikintisi ilə bağlı dövlətimizin başçısına məlumat verildi.
Parkda abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilib, geniş yaşıllıq tədbirləri görülüb. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində müxtəlif fəvvarələr quraşdırılıb. Bu da istirahət məkanına əlavə gözəllik verir.
Parkın altında ikimərtəbəli avtomobil dayanacağı da inşa edilib. Yeraltı dayanacağa enmək üçün iki lift və müasir eskalatorlar quraşdırılıb.
Dövlətimizin başçısı və xanımı burada yaradılan şəraitlə də tanış oldular.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 29-da – Dövlət Neft Fondunun yaradılmasının 15-ci ildönümü günündə bu qurumun yeni inzibati binasının açılışında iştirak ediblər.

AzərTAc

Muxtar respublikamız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və yeni ili böyük nailiyyətlərlə qarşılayır. “Muxtariyyət ili”ndə Naxçıvanda bütün sahələrdə olduğu kimi, təhsil infrastrukturunun yenilənməsi istiqamətində də kompleks tədbirlər görülmüşdür. Aparılan quruculuq işləri nəticəsində müasir məktəb binaları tikilmiş, təhsil ocaqlarının maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir. Bu sahədə həyata keçirilən tədbirlər Kəngərli rayonunun Qarabağlar kəndini də əhatə etmişdir.
Dekabrın 29-da – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Tədbirdə məktəbin direktoru Mənsim Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən Qarabağlar kəndinə də pay düşmüşdür. Yüksək zövqlə tikilib istifadəyə verilən məktəb binası həm məktəbin kollektivinin, həm də valideynlərin böyük sevincinə səbəb olmuşdur. Müasir şərait, yeni tədris vasitələri kollektivi daha yüksək nəticələrin qazanılmasına ruhlandırır. Mənsim Məmmədov göstərilən dövlət qayğısının müqabilində səylə çalışacaqlarına, şagirdləri təhsilli və vətənpərvər ruhda böyüdəcəklərinə söz vermişdir.

Ardını oxu...

Dekabrın 27-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilmişdir.
Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:
1. 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsinin təsdiq edilməsi
4. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı.

Ardını oxu...

Hörmətli deputatlar və sessiya iştirakçıları!
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2013-cü il 28 dekabr tarixdə keçirilmiş sessiyasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi şərəfinə 2014-cü il muxtar respublikamızda “Muxtariyyət ili” elan edilmişdir.
Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət qazanması bu qədim diyarın siyasi taleyində və sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır. Lakin bu da danılmaz faktdır ki, muxtariyyət tarixi ərzində Naxçıvanın hərtərəfli inkişafa qovuşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələləri ilə bağlı dövlət siyasəti bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il yanvarın 14-də imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin ölkə miqyasında silsilə tədbirlərlə qeyd olunması bu qayğının daha bir ifadəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Maddə 1. Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirləri 69 000 000,0 manat, xərcləri 366 700 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dоtasiya 297 700 000,0 manat (о cümlədən mərkəzləşdirilmiş gəlirləri 48 870 000,0 manat, yerli gəlirləri 20 130 000,0 manat və mərkəzləşdirilmiş xərcləri 276 424 400,0 manat, yerli xərcləri 90 275 600,0 manat) məbləğində təsdiq edilsin.
Maddə 2. Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

Ardını oxu...

Dekabrın 26-da Bakıda Heydər məscidinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Mərasim “Qurani-Kərim”dən ayənin oxunması ilə başladı.
Prezident İlham Əliyev mərasimdə çıxış edərək ölkəmizin həyatında əlamətdar və tarixi hadisə olan Heydər məscidinin açılışı münasibətilə təbriklərini çatdırdı.
Sonda ulu öndər Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın, o cümlədən Vətən uğrunda şəhid olanların ruhuna fatihə verildi.
Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gəldilər.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Heydər məscidinin açılışında iştirak etmək üçün Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gələn din xadimlərini qəbul edib.

AzərTAc

Muxtar respublikada nəqliyyat infrastrukturunun müasir standartlara uyğun qurulması dəmir yolu şəbəkəsinin də təkmilləşməsinə səbəb olmuşdur. Son illər həyata keçirilən quruculuq tədbirləri nəticəsində “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin maddi-texniki bazası xeyli gücləndirilmiş, dəmiryolçular üçün nümunəvi iş şəraiti yaradılmışdır.
Dekabrın 26-da “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfra­struktur İdarəsinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də Bakıda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “+82 Qərb” su anbarının ərazisində yeni salınan “Yasamal” parkının açılışında iştirak edib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov parkın tikintisi ilə bağlı dövlətimizin başçısına məlumat verdi.
Dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi.
Yeni salınan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Parkda abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilib, geniş yaşıllıq işləri görülüb. Parkda iki uşaq oyun meydançası və böyüklər üçün idman meydançası yaradılıb. Eyni zamanda parkın ərazisində iki kafe fəaliyyət göstərəcək. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. Həmçinin parkın ərazisində müxtəlif fəvvarələr, süni şəlalələr və xüsusi dizaynla hazırlanmış bulaqlar quraşdırılıb.
Prezident İlham Əliyev “+82 Qərb” su anbarları kompleksinin 3-cü, 4-cü və 5-ci anbarları ilə də tanış oldu.

AzərTAc

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”in inşası başa çatan ofis binası və “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində görülən digər işlərlə tanış olublar.
Müstəqilliyin ilk illərində bütün sahələr üzrə gələcək inkişafın təməlini qoyan xalqımızın ümummilli lideri Heydər Əliyev “Qara şəhər” kimi tanınan bu ərazinin paytaxtın ən gözəl guşələrindən birinə çevrilməsini prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdi. 2011-ci il dekabrın 24-də “Bakı Ağ Şəhər”in təməli qoyuldu. Ötən 3 il ərzində layihə çərçivəsində xeyli iş görüldü.
Dövlətimizin başçısına layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verildi.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ofisdə iş adamları üçün yaradılan şəraitlə tanış oldular.
Prezident İlham Əliyev Ağ Şəhərin sahil boyunca yerləşən hissəsindəki tikililəri və Ağ Şəhər bulvarını da seyr etdi.
Prezident İlham Əliyevə inşası davam edən və tikintisi nəzərdə tutulan layihələr barədə də xəritə və eskizlər əsasında məlumat verildi.
Prezident İlham Əliyev layihə ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

* * *

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Binəqədi rayonunun ərazisində inşa edilən Heydər məscidində aparılan son tamamlama işlərinin gedişi ilə tanış olublar.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətli sosial-iqtisadi inkişaf mərhələsinə yüksəlmişdir. Ölkə həyatının bütün sahələrində əldə olunan inkişaf və tərəqqi əhalinin rifahının yaxşılaşmasına və sosial problemlərinin həllinə stimul vermişdir. İnsana qayğını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirən ölkə Prezidenti tərəfindən bu sahədə də kompleks islahatlar həyata keçirilir. Son 10 ildə müharibə veteranlarının, sosial qayğıya ehtiyacı olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onların minik avtomobilləri ilə təmin olunması da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.
Dekabrın 24-də Naxçıvan şəhərində Azərbaycan Vətən müharibəsi iştirakçılarına, 1941-1945-ci illər müharibəsi veteranlarına və müharibə əlilinə bərabər tutulan şəxslərə 29 ədəd “NAZ-Lifan-320” markalı minik avtomobili təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə iştirak etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov çıxış edərək demişdir ki, ölkəmizdə məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiyası, onların tibbi və sosial reabilitasiyasının təşkili üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası 2014-cü il dekabr ayının 27-də saat 1100-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:
1. 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsinin təsdiq edilməsi
4. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı.
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 24 dekabr 2014-cü il

 

Dekabrın 23-ü müstəqil Azərbaycanın tarixinə növbəti bələdiyyə seçkiləri günü kimi daxil olacaq. Həmin gün seçicilər seçki məntəqələrinə gələrək qarşıdakı beş il üçün yerli özünüidarəetmə orqanlarına üzvlüyə layiq bildikləri namizədlərə səs verirdilər.
Seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.
6 saylı məntəqə 667 seçicini əhatə edir. Digər seçki məntəqələrində olduğu kimi, burada da səsvermənin normal keçməsi üçün hər şey nəzərə alınmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.
Prezident İlham Əliyev seçki bülletenini alaraq səs verdi.
Sonra Mehriban Əliyeva və ailə üzvləri də səs verdilər.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bakının Ziya Bünyadov prospektinin yenidən qurulmasından sonra açılışında iştirak edib.

AzərTAc

2014-cü il dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirilmişdir. Xalqımız seçkilərdə iştirak edərək növbəti 5 il ərzində özünüidarəetmə orqanlarına layiq bildikləri namizədlərə səs vermişdir. Seçki prosesinin başlandığı ilk dəqiqələrdən muxtar respublikanın rayonlarında və paytaxt Naxçıvan şəhərində əhali seçkilərdə mütəşəkkil iştirak etmişdir.

Saat 1000-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsinə gələrək səs vermişdir.

Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində 1475 seçici qeydə alınmışdır. Məntəqədə fərdi qaydada, ictimai təşkilatlar, siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülən 27 namizəddən 17-si bələdiyyə üzvü seçiləcəkdir.

Seçki prosesinin şəffaf, demokratik şəkildə keçirilməsi və müşahidəçilərin seçkilərin gedişini izləməsi üçün lazımi şərait yaradılmış, seçki prosesinin internet vasitəsilə izlənməsi də təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Dekabrın 23-də Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasının ildönümü münasibətilə Naxçıvan şəhərində yeni əsgər yataqxanası istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev mərasimə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin Sədri əsgərləri salamlamışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiəsinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun bazasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır”.

Ardını oxu...

Dekabrın 22-də Milli Olimpiya Komitəsində 2014-cü ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmançıların və mütəxəssislərin mükafatlandırılması mərasimində iştirak edib .
Mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı tədbirdə çıxış etdi.
Sonra mükafatlandırma mərasimi oldu.

AzərTAc

Yaşıllıq sahələrinin genişləndirilməsi indiki və gələcək nəsillərin sağlamlıqlarının qorunmasına, təbiətin zənginləşdirilməsinə xidmət edir. Təbiətin qorunmasını və zənginləşdirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ekoloji tədbirlərin gücləndirilməsi insanların sağlamlığı üçün başlıca şərtdir”.
Ekologiyanın qorunmasında muxtar respublikada keçirilən iməciliklərin mühüm rolu vardır. Bu günlərdə muxtar respublikada havaların xoş keçməsi iməciliklərin davam etdirilməsinə, yeni yaşıllıq sahələrinin salınmasına imkan verir.
Dekabrın 20-də muxtar respublikada növbəti iməcilik keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba Dövlət Meşəsində keçirilən iməcilikdə iştirak etmişlər. İməcilik iştirakçıları 1,5 hektar sahədə meşə-bərpa işləri aparmış, 1000-dən artıq müxtəlif meyvə tingləri əkmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, bundan sonra da Uzunoba Dövlət Meşəsində meşə-bərpa işlərinin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Sədərək rayonu bu gün inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı bu sərhəd yaşayış məntəqəsini də əhatə etmiş, rayon mərkəzi olan Heydərabad qəsəbəsi müasir şəhər görkəminə qovuşmuşdur. Son illər rayonda müasir yaşayış binalarının, xidmət sahələrinin istifadəyə verilməsi ilə yanaşı, dövlət qurumlarının səmərəli fəaliyyəti də diqqət mərkəzində saxlanılır, yeni inzibati binalar tikilir.
Dekabrın 22-də Heydərabad qəsəbəsində Sədərək Rayon Təhsil və Torpaq şöbələri üçün yeni inzibati bina istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak etmişdir.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada aparılan tikinti-quruculuq işləri sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunun da simasını tamamilə dəyişmişdir. Son illər rayonda yeni yaşayış evləri, təhsil, səhiyyə və mədəniyyət ocaqları üçün binalar tikilərək istifadəyə verilmiş, əhalinin kommunal-məişət şəraiti yaxşılaşdırılmışdır. Hazırda rayonda içməli su və kanalizasiya sistemlərinin tikintisi davam etdirilir, mənzillər fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur. Bu gün Heydərabad qəsəbəsində yeni inzibati binanın istifadəyə verilməsi dövlət qurumlarının səmərəli fəaliyyətinə imkan verəcəkdir. Həbib İbrahimov yaradılan şəraitə görə sədərəklilər adından minnətdarlıq etmişdir.

Ardını oxu...

Muxtar respublikada əhalinin içməli suya olan tələbatının ödənilməsi və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində görülən işlər Sədərək rayonunda da uğurla davam etdirilir.
Dekabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunun içməli su təchizatı və kanalizasiya sistemləri layihəsi çərçivəsində görülən işlərlə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 2012-ci ildən icrasına başlanılan layihə üzrə işlər bu il də uğurla davam etdirilmişdir. Ümumilikdə, 132 kilometr uzunluğunda olacaq içməli su xəttinin bu günədək 116,8 kilometrində işlər başa çatdırılmış, 97,8 kilometr kanalizasiya xətti çəkilmişdir. Layihə çərçivəsində 15 subartezian quyusu qazılmış, hər birinin tutumu 5 min kubmetr olan 4 su anbarının tikintisi həyata keçirilmişdir. Gələcəkdə 18 kilometr məsafədə kanalizasiya və 15,1 kilometr uzunluğunda su şəbəkələrinin çəkilməsi, eləcə də çirkab sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulmuşdur.
Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılması və layihədə nəzərdə tutulan vaxtda başa çatdırılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Muxtar respublikada həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində Sədərək Rayon Uşaq musiqi məktəbi üçün də yeni bina inşa olunacaqdır.
Dekabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov musiqi məktəbinin mövcud vəziyyəti ilə tanış olmuş və tikinti işlərinin aparılacağı əraziyə baxmışdır.
Məlumat verilmişdir ki, məktəbin mövcud binası uzun müddət istismar olunduğundan tədrisin düzgün təşkilinə imkan vermirdi. Bu səbəbdən də ərazidə 3 mərtəbədən ibarət yeni bina inşa olunacaqdır. 320 yerlik binada sinif otaqları, tədbirlər zalı və yardımçı otaqlar yaradılacaq, həyətdə geniş abadlıq işləri aparılacaqdır.
Ali Məclisin Sədri ərazinin layihələndirilməsi və növbəti ildən etibarən tikinti işlərinə başlanılması barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vexin etimadnaməsini qəbul edib.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Avstriyalı diplomat ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji və turizm sahələrində genişləndirilməsində maraqlı olduğunu bildirdi.
Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişafında yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq Avstriya Prezidenti Haynts Fişerlə keçirdiyi görüşləri və apardığı səmərəli müzakirələri məmnunluqla xatırladı. Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın kənd təsərrüfatı, tikinti və informasiya-kommunikasiya texnologiyaları sahələrində genişləndirilməsi məsələlərinin qarşılıqlı maraq doğurduğunu qeyd edən dövlətimizin başçısı Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini dedi. Prezident İlham Əliyev səfir Aksel Vexin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi.

AzərTAc

Dekabrın 18-də SSRİ Xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin adını daşıyan gəminin istismara verilməsi mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya mərasimdə iştirak ediblər.
Gəminin istismara verilməsini bildirən rəmzi lenti Tamara Sinyavskaya kəsdi.
Sonra Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı səsləndirildi.
Daha sonra xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev gəmidə yaradılan şəraitlə tanış oldu.
Daha sonra Prezident İlham Əliyev “Lənkəran” yedək-təchizat gəmisində yaradılan şəraitlə tanış oldu.
Prezident İlham Əliyev Qara dənizdə Azərbaycan bayrağı altında üzən gəminin kapitanı ilə videobağlantı vasitəsilə söhbət etdi.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib.

AzərTAc

Dekabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin II Plenumunun iştirakçıları ilə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin Sədri Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin plenumunun ilk dəfə Naxçıvanda keçirildiyini bildirmiş, bu tədbirin muxtar respublikada memarlığın inkişafına və memarlar arasında qarşılıqlı əlaqələrin qurulmasına töhfə verəcəyinə əminliyini bildirərək demişdir: “Naxçıvanda memarlıq sənətinin qədim tarixi vardır. Memar Əcəmi Naxçıvani tərəfindən əsası qoyulan Naxçıvan memarlıq məktəbi müxtəlif inkişaf mərhələləri keçmiş, qədim memarlıq ənənələri qorunub saxlanılmışdır”.
Ali Məclisin Sədri demişdir: “Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə memarlığın inkişafına qayğı ilə yanaşmış, bu sahədə ardıcıl tədbirlər həyata keçirilmişdir. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə tikilən binalar milli memarlıq elementlərinin zənginliyi ilə seçilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də memarlıq sənətinin inkişafına xüsusi diqqət yetirilir, ölkəmizin şəhərləri müasir arxitektura elementlərindən və qədim memarlıq ənənələrindən istifadə edilməklə qurulur”.

Ardını oxu...

Dekabrın 18-də Naxçıvan şəhərində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin İkinci Plenumu keçirilmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin İkinci Plenumunun iştirakçılarını və qonaqları salamlamış, təşkilatçılara təşəkkürünü bildirərək demişdir: “Memarlıq elə bir sahədir ki, özündə hər bir xalqın yaşayış tərzini, sənətkarlıq xüsusiyyətlərini, adət-ənənələrini, inanc və dəyərlərini yaşadır. Xalqımızın milli dəyərlərini əks etdirən Azərbaycan memarlıq məktəbi uzun bir dövr ərzində formalaşmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib.
Görüşdə Azərbaycan ilə bp şirkəti arasında əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulandı, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında işlərin icrasından məmnunluq ifadə olundu, bu ilin sentyabrında “Cənub” qaz dəhlizinin təməli qoyulduqdan sonra layihə üzrə işlərin müvəffəqiyyətlə aparıldığı bildirildi.
Prezident İlham Əliyev və icraçı direktor Robert Dadli Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp arasında tərəfdaşlıq əlaqələrinə söykənən əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduqlarını bildirdilər.

* * *

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 17 dekabr tarixli sərəncamları ilə 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrində müvəffəqiyyət qazanan ümumtəhsil məktəbləri və müəllimlər mükafatlandırılmışlar. Həmin ümumtəhsil məktəbləri və müəllimlər arasında muxtar respublikamızda fəaliyyət göstərən məktəblər və müəllimlər də var.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sabirabad regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, Sabirabad regional “ASAN xidmət” mərkəzinin dördmərtəbəli binasının tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib. Həyətdə uşaq avtoşəhərciyi yaradılıb və burada balacaların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün bütün şərait var.
Binada müasir müstəqil Azərbaycanın inkişafında mühüm xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü qoyulub.

* * *

Dekabrın 16-da Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Polşa Respublikası Baş nazirinin müavini, İqtisadiyyat naziri, Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Malta Respublikasının Baş naziri Cozef Muskatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfərə gedib.
Prezident İlham Əliyev əvvəlcə Sabirabad şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Dövlətimizin başçısı rayonda bir sıra infrastruktur və sosial təyinatlı obyektlərin açılışında iştirak edib.

AzərTAc

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar nazirinin müavini polkovnik Hikmət Kərim oğlu Kərimova general-mayor hərbi rütbəsi verilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 15 dekabr tarixli Sərəncamı ilə xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da vardır.

“Hərbi xidmətlərə görə” medalı ilə

Abdullayev Şahin Mahmudağa oğlu

Yolçuyev Mehman Alı oğlu

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR