08 Yanvar 2025, Çərşənbə

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olub.
Dövlətimizin başçısına “Xəyal Adası”nda görülən işlərlə bağlı ətraflı məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən “Xəyal Adası”nın ərazisi 320 hektardır. Bu, yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatə edən layihədir.
Azərbaycan Prezidenti “Xəyal Adası” qolf klubunda yaradılan şəraitlə də tanış oldu.
“Xəyal Adası”nın layihəsi ilə tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, yaşayış sahəsində müasir tələblərə cavab verən yüksəkkeyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur.
Dövlətimizin başçısı layihədən bəhs edən videoçarxa baxdı.
Prezident İlham Əliyev elektromobillə qolf sahəsini gəzdi, Qolf Akademiyasında yaradılan şəraitlə də tanış oldu.
Sonra dövlətimizin başçısı ərazini gəzdi, tikintisi davam etdirilən villalarda yaradılacaq şəraitlə tanış oldu.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR