08 Yanvar 2025, Çərşənbə

Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütövlük və suverenliyin vacib formulu olan xalq-ordu birliyinin də əsasını təşkil edir. Muxtar respublikada bayram günlərində idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri hərbi hissələrdə əsgər və zabitlərlə görüşür, onlara maddi və mənəvi dəstək olurlar. Ənənə halını alan bayram görüşləri Vətənimizin sadiq keşikçilərinin mənəvi-psixoloji hazırlığına köməklik göstərir, əsgərlərin mübarizlik əzmini daha da artırır.

Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Hərbi Hospitalına gəlmişdir.
Ali Məclisin Sədri hərbi qulluqçuların səhhəti, müalicəsi, dərman təchizatı və qidalanması ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər şəxsi heyətin xidmət və məişət şəraitini xeyli yaxşılaşdırmışdır. Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrində şəxsi heyət mütəmadi olaraq tibbi müayinədən keçirilir, xəstəliklərin qarşısı vaxtında alınır. Həmçinin birləşmə və bölmələrdə yerli şəraitə uyğun rejim qaydalarının tətbiq olunması əsgərlər arasında xəstəliklərin azalmasına səbəb olmuşdur. Hazırda Hərbi Hospitalda lazımi dərman vasitələri və tibbi ləvazimatlarla təminat müayinə və müalicənin effektiv təşkilinə imkan verir.
Ali Məclisin Sədri hospitalın ayrı-ayrı bölmələrində müalicə olunan hərbi qulluqçuların bayramlarını təbrik etmiş, onlara tezliklə sağalıb xidmət yerlərinə qayıtmalarını arzulamışdır.
Hospitalda müalicə alan əsgərlərə və tibb heyətinə bayram hədiyyələri paylanmış, gətirilmiş ərzaq məhsulları mətbəxə təhvil verilmişdir.
Sonra Ali Məclisin Sədri Hərbi Hospitalın səyyar tibbi yardım və rentgen flüoroqrafiya avtomobillərinə baxmışdır.
Bildirilmişdir ki, müasir rentgen, USM və kardioqrafiya avadanlıqları ilə təmin olunmuş səyyar flüoroqrafiya maşınları yüksək texniki göstəricilərə malikdir. Bu da birləşmə və bölmələrdə şəxsi heyətin vaxtlı-vaxtında tibbi müayinədən keçirilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri Naxçıvan Hərbi Hospitalının həkimləri tərəfindən mütəmadi olaraq Əlahiddə Ümumqoşun Ordusunun birləşmə və bölmələrində müayinələrin aparılması, gigiyenik qaydalara əməl olunması, infeksion xəstəliklərin qarşısının vaxtında alınması və profilaktik tədbirlərin gücləndirilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserlərinə
və Onkoloji Mərkəzə bayram sovqatı verilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il dekabrın 24-də dünya azərbaycanlılarına ünvanladığı müraciətində demişdir: “Dünyada yaşayan soydaşlarımızın Vətənə və Azərbaycançılıq məfkurəsinə sədaqətini, xalqımızın öz keçmişinə və milli-mənəvi dəyərlərinə ehtiramını əks etdirən bu bayram tarixi yaddaşımızın mühüm tərkib hissəsinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində milli birlik və həmrəylik ideyaları daha dolğun məzmun kəsb edərək real fəaliyyət sahəsi kimi dövlət siyasəti səviyyəsinə yüksəlmişdir”.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı hər il Naxçıvan Muxtar Respublikasında da özünəməxsus şəkildə qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi həmrəylik və birlik ideyaları real işdə öz əksini tapır, bu günün mahiyyətinə uyğun olaraq, xüsusi diqqətə, qayğıya və şəfqətə ehtiyacı olan insanlara baş çəkilir, onlara bayram sovqatları aparılır.
Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Psixi Xəstəliklər Dispanserinə gəlmiş, səhiyyə ocağındakı xəstələri və tibb işçilərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, xəstələrin səhhəti, onların müalicəsi və məişət şəraiti ilə maraqlanmışdır.
Qeyd olunmuşdur ki, muxtar respublikada həyata keçirilən səhiyyə islahatları insanlara göstərilən tibbi xidmətin səviyyəsini xeyli yüksəltmişdir. Bu sahəyə ayrılan diqqətin nəticəsidir ki, Psixi Xəstəliklər Dispanserində də xəstələr üçün nümunəvi müalicə və məişət şəraiti yaradılmış, səhiyyə ocağı lazımi dərman preparatları və tibbi avadanlıqlarla təchiz olunmuşdur.
Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində və Onkoloji Mərkəzdə müayinə və müalicə zamanı müasir metodların tətbiqinin vacibliyini vurğulayan Ali Məclisin Sədri muxtar respublikada bu kateqoriyadan olan xəstələrin bundan sonra da hərtərəfli qayğı ilə əhatə olunacağını bildirmiş, psixi, ağciyər və onkoloji xəstəliklərin vaxtında aşkara çıxarılması və qarşısının alınması, bu məqsədlə yerlərdə yoxlamaların aparılması və səhiyyə maarifi işinin təşkili barədə tapşırıqlar vermişdir.
Gətirilmiş hədiyyələr Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində və Onkoloji Mərkəzdə müalicə alan xəstələrə və burada çalışan tibb işçilərinə paylanmış, müxtəlif adda ərzaq məhsulları anbarlara təhvil verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR