08 Yanvar 2025, Çərşənbə

Yaşıllıq sahələrinin genişləndirilməsi indiki və gələcək nəsillərin sağlamlıqlarının qorunmasına, təbiətin zənginləşdirilməsinə xidmət edir. Təbiətin qorunmasını və zənginləşdirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ekoloji tədbirlərin gücləndirilməsi insanların sağlamlığı üçün başlıca şərtdir”.
Ekologiyanın qorunmasında muxtar respublikada keçirilən iməciliklərin mühüm rolu vardır. Bu günlərdə muxtar respublikada havaların xoş keçməsi iməciliklərin davam etdirilməsinə, yeni yaşıllıq sahələrinin salınmasına imkan verir.
Dekabrın 20-də muxtar respublikada növbəti iməcilik keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba Dövlət Meşəsində keçirilən iməcilikdə iştirak etmişlər. İməcilik iştirakçıları 1,5 hektar sahədə meşə-bərpa işləri aparmış, 1000-dən artıq müxtəlif meyvə tingləri əkmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, bundan sonra da Uzunoba Dövlət Meşəsində meşə-bərpa işlərinin davam etdirilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR