2014-cü il dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirilmişdir. Xalqımız seçkilərdə iştirak edərək növbəti 5 il ərzində özünüidarəetmə orqanlarına layiq bildikləri namizədlərə səs vermişdir. Seçki prosesinin başlandığı ilk dəqiqələrdən muxtar respublikanın rayonlarında və paytaxt Naxçıvan şəhərində əhali seçkilərdə mütəşəkkil iştirak etmişdir.
Saat 1000-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsinə gələrək səs vermişdir.
Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində 1475 seçici qeydə alınmışdır. Məntəqədə fərdi qaydada, ictimai təşkilatlar, siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülən 27 namizəddən 17-si bələdiyyə üzvü seçiləcəkdir.
Seçki prosesinin şəffaf, demokratik şəkildə keçirilməsi və müşahidəçilərin seçkilərin gedişini izləməsi üçün lazımi şərait yaradılmış, seçki prosesinin internet vasitəsilə izlənməsi də təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti