08 Yanvar 2025, Çərşənbə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakının Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, təhsil ocağının binası 1963-cü ildə istifadəyə verilib. Əvvəllər axşam məktəbi kimi fəaliyyət göstərən binada 2000-ci ilə qədər Dağıstan Universitetinin filialı yerləşib. Həmin il Texniki-Humanitar Lisey təsis olunub və bu binada fəaliyyətə başlayıb. Liseyin binasında bu günədək əsaslı təmir işləri aparılmayıb. Üçmərtəbəli binada yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib.

Dövlətimizin başçısına Texniki-Humanitar Liseyin şagirdləri üçün nəzərdə tutulan məktəbli formaları və çantalar barədə də məlumat verilib. Qeyd edilib ki, bu ildən tətbiq olunacaq bu formalar şagirdlərin rahatlığı nəzərə alınaraq hazırlanıb.

Liseydə 43 otaq var. Onlardan 24-ü sinif otağı, digərləri isə fənn kabinetləri və laboratoriyalardır. İdman zalı da müasir səviyyədə qurulan təhsil ocağının həyətində geniş abadlıq və quruculuq işləri görülüb.

Prezident İlham Əliyev siniflərdə yaradılan şəraitlə tanış olub.

AZƏRTAC

Muxtar respublikada kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatına şərait yaratmışdır. Son illər bu sahədə görülən işlər balıqçılıq təsərrüfatının inkişafı üçün də geniş imkanlar açmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Abişeri fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında dostluq münasibətlərinin mövcud olduğunu deyən dövlətimizin başçısı yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrimizin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib, bu səfərlər və görüşlər zamanı məhsuldar danışıqların aparıldığını vurğulayıb. Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif sahələrdə, o cümlədən iqtisadi, biznes, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə genişləndirilməsindən məmnunluğunu ifadə edib.

Səfir Paskal Abişer ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurlu inkişafına toxunaraq iqtisadi sahədə həyata keçirilən birgə layihələrin bu əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verdiyini bildirib.

AZƏRTAC

Sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə çıxış edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentinini qəbul edib.
Dövlətimizin başçısı San-Marino Respublikasının Kapitan-Regentlərinin birinci Avropa Oyunlarının açılışında iştirakının, onlarla keçirdiyi görüşlərin və aparılan geniş fikir mübadiləsinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Prezident İlham Əliyev əlaqələrimizin inkişafı üçün imkanların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Dövlətimizin başçısı San-Marino Respublikasının xarici işlər nazirinin ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərimizin genişləndirilməsi ilə bağlı müxtəlif məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib.
San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentini səfər proqramının geniş olduğunu deyib. O bildirib ki, son 2 ay ərzində San-Marinodan iki nümayəndə heyətinin Azərbaycana səfər etməsi ölkəsinin Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu nümayiş etdirir.

AZƏRTAC

Sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olub.
Dövlətimizin başçısı Sahil Mühafizənin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə və onların texniki göstəriciləri ilə bağlı stendə baxıb.
Prezident İlham Əliyevə inşası başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi barədə məlumat verilib.
Dövlətimizin başçısı ikinci dərəcəli gəmidə yaradılan şəraitlə tanış olub, üçüncü dərəcəli gəmilərin keçidinə baxıb.

* * *

Sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonundakı 283 nömrəli orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.
Görüşdə Azərbaycan ilə Dünya Gömrük Təşkilatı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçin etimadnaməsini qəbul edib.
Səfir Gennadi Axramoviç fəxri qarovul dəstəsinin qarşısından keçib.
Gennadi Axramoviç etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Xızı rayonunda suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Siyəzən rayonunda yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində də iştirak edib.

AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəqliyyat sektorunun inkişafı, xüsusilə sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi sahəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Dövlət pro­qramına uyğun olaraq, bu gün muxtar respublikada şəhərdaxili və rayonlararası nəqliyyatda işləyən avtobusların daha müasir avtobuslarla əvəz olunması diqqət mərkəzində saxlanılır, sərnişinlərə nümunəvi xidmət göstərilir.
Sentyabrın 4-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar təqdim olunmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov çıxış edərək demişdir ki, muxtar respublikada aparılan quruculuq tədbirləri nəticəsində yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulmuşdur. Yeni yolların çəkilməsi, müasir xidmət imkanlarına malik avtovağzalların tikilməsi, şəhərdaxili və kənd­lərarası marşrutlarda iritutumlu və rahat avtobusların istifadəyə verilməsi xidmətin səviyyəsini yüksəltmişdir. Hazırda muxtar respublikada 303 avtobusla rayon mərkəzləri və kəndlərin hamısına gediş-gəliş təmin edilmişdir. Ötən dövrdə Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin də maddi-texniki bazası möhkəmləndirilmiş, müasir Avtobus Parkı istifadəyə verilmişdir. Mirsənani Seyidov yol-nəqliyyat kompleksinin inkişafına göstərilən qayğıya görə muxtar respublika nəqliyyatçıları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Ardını oxu...

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.
Beş mərtəbədən ibarət məktəbdə 42 sinif otağı var.
189-190 nömrəli orta məktəbdə bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri bilikləri laboratoriyalarda tətbiq etmələri üçün də zəruri avadanlıq quraşdırılıb.
Bildirilib ki, orta məktəbdə 1500 şagird təhsil alır.
Prezident İlham Əliyev məktəbin sinif otaqlarını gəzib, yaradılan şəraitlə tanış olub.

* * *

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Yasamal rayonundakı Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin binasında təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

AZƏRTAC

Sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Şöhrət” və üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinin, “Tərəqqi”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “İgidliyə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medallarının, eləcə də Azərbaycan Respublikasının fəxri adlarının təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün 38 nəfərə Azərbaycan Respublikasının orden, medal və fəxri adları təqdim olunur. Təqdimat mərasimi əlamətdar tarixdə – sentyabrın 3-də keçirilir. 1991-ci il sentyabrın 3-də ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəsinin Dövlət bayramı – Rusiya Günündə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etməsinə ölkəmizdə böyük önəm verildiyini dedi və bu səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif sahələri ilə bağlı məsələlərin operativ və səmərəli şəkildə həll olunduğunu vurğulayaraq, bu baxımdan müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi.
İki ölkənin Xarici İşlər nazirlikləri arasında BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində dövlətlərimizin qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsinin əhəmiyyətinə toxunan Sergey Lavrov uğurla inkişaf edən parlamentlərarası əməkdaşlığımızın da Rusiya tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.
Humanitar, o cümlədən təhsil, mədəniyyət sahələrində də əlaqələrimizin uğurla inkişaf etdiyini vurğulayan Sergey Lavrov qeyd etdi ki, bu sahələrdə əməkdaşlıq xalqlarımız arasında olan yaxın münasibətləri daha da gücləndirir.
İqtisadi sahədə əməkdaşlıq məsələləri ilə bağlı Rusiyanın xarici işlər naziri qeyd etdi ki, beynəlxalq konyunkturaya baxmayaraq, bu əlaqələr yüksələn xətlə inkişaf edir.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Natəvan Tofiq qızı Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 1 sentyabr 2015-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stavın etimadnaməsini qəbul edib.
Səfir Dan Stav fəxri qarovul dəstəsinin qarşısından keçib.
Dan Stav etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Latviya Respublikasının ölkə­mizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsun etimadnaməsini qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Hüseyn oğlu Əhmədova general-leytenant hərbi rütbəsi verilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2015-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Kamal Elbrus oğlu Ələkbərov Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2015-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Ramiz Əli oğlu Cəfərov Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 avqust 2015-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 14-cü maddəsinin II hissəsini və 5-ci maddəsinin II hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 31 avqust 2015-ci il

Avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, bu gün ölkəmizin iqtisadi inkişafı, həyata keçirilən tədbirlər əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinə imkan verir. Blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında da ilin bütün fəsillərində əhali dayanıqlı elektrik enerjisi və təbii qazla təmin olunur. Payız-qış mövsümünə əvvəlcədən hazırlıq işlərinin görülməsi də bu məqsədə xidmət edir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış etmişlər.

Ardını oxu...

Avqustun 25-də Ordubad şəhərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Ordubad Rayon Avtomobillərin Müayinə Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin Sədri şəxsi heyəti salamlamış və binanın açılışını bildirən lenti kəsmişdir.
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov tədbirdə çıxış edərək demişdir ki, bu gün muxtar respublikada daxili işlər orqanlarının fəaliyyəti müasir tələblər səviyyəsində qurulmuş, ictimai asayişin və təhlükəsizliyin qorunması təmin edilmişdir. Bu tədbirlər çərçivəsində yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm işlər görülür. Muxtar respublikanın yol infrastrukturu yenidən qurulmuş, magistral yollarda 6 ədəd sürətölçən rəqəmsal radar sistemi, xidməti avtomobillərdə 25 ədəd bort kompüter və nəzarət-izləmə kameraları, inzibati cərimələrin yerində ödənilməsi məqsədilə 15 ədəd POS-terminal quraşdırılmışdır. Dövlət Yol Polisi İdarəsi müasir inzibati bina və avtomobillərlə təmin olunmuşdur. 2014-cü ildə Şərur, bu il isə Culfa və Ordubad rayonlarında müayinə mərkəzlərinin istifadəyə verilməsi isə bu sahədə xidmətin günün tələblərinə uyğun qurulmasına imkan verir. Əhməd Əhmədov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.

Ardını oxu...

Avqustun 25-də Ordubad şəhərində görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin Ev Muzeyinin açılışı olmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi geniş şəkildə qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Tədbirlər Planına əsasən maarifçi şairin yubileyi ilə əlaqədar təhsil və mədəniyyət müəssisələrində guşələr yaradılmış, Sidqinin yaradıcılığı tədqiq olunmuş, “Naxçıvan” jurnalının bir nömrəsi Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinə həsr edilmişdir. Eyni zamanda böyük maarifçi və ədibin doğulub boya-başa çatdığı Ordubad şəhərində ev muzeyinin yaradılması da qərara alınmışdı.

Ardını oxu...

Avqustun 21-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanların­da yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün sizinlə əlamətdar gündə görüşürük. Əsası 1970-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və artıq 45 illik tarixə malik olan ali məktəblərə qəbulda yüksək nəticə göstərmiş tələbələrlə görüş ənənəsi Azərbaycan təhsilinə mühüm yeniliklər gətirmiş, onun inkişafına öz töhfəsini vermişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci il aprelin 2-də “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planı təsdiq olunmuş, görkəmli sərkərdənin yubileyi silsilə tədbirlərlə qeyd olunmuşdur.
Avqustun 18-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Cəmşid Naxçıvanskinin 120 illik yubiley tədbiri keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sarvan Hüseyn oğlu İbrahimov Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri vəzifəsindən azad edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 17 avqust 2015-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 17 avqust tarixli Sərəncamı ilə xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilmişdir. Təltif olunanlar arasında “Naxçıvan” Sərhəd Diviziyasının hərbi qulluqçuları da vardır.


3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Quliyev Asəf Vaqif oğlu – general-mayor


“Hərbi xidmətlərə görə” medalı ilə

Həsənov Röyal Nüsrət oğlu – kapitan

Həşimov Pərviz Mehman oğlu – kapitan

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Bakının Nəsimi rayonunun ərazisindəki Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində həyata keçirilən abadlıq və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində, ümumilikdə, 300 min kvadratmetrə yaxın sahəyə asfalt döşənib, yol işarələri ikikomponentli yüksəkkeyfiyyətli boyalarla rənglənib. Pişəvəri küçəsi ikiistiqamətli və dördzolaqlı olmaqla genişləndirilərək əsaslı şəkildə yenidən qurulub. Küçəboyu səkilər tamamilə yenilənib, ən müasir işıqlandırma sistemi quraşdırılıb, yeni yaşıllıq zolaqları salınıb. Heydər məscidinə gedən küçələrin hamısında abadlıq və yenidənqurma işləri həyata keçirilib.
Görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev Pişəvəri küçəsinin yenidənqurmadan sonra açılışını bildirən lenti kəsdi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Cəlilabad rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Azərbaycan Prezidentinə abidənin ucaldığı Heydər Əliyev adına park haqqında məlumat verilib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Cəlilabad rayonuna səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

* * *

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabadda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş körpələr evi-uşaq bağçasının, Cəlilabad rayonunun Göytəpə şəhərinin mərkəzində, Göytəpə çayının sahilində inşa edilmiş Heydər Əliyev adına park-bulvarın, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışlarında iştirak edib, “Avanqard” MMC-nin Cəlilabad rayonundakı taxılçılıq təsərrüfatı ilə tanış olub.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Səfir Nikolay Patskeviç Belarus-Azərbaycan münasibətlərinə toxunaraq bu münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Azərbaycan və Belarus prezidentlərinin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində qarşıya qoyduqları vəzifələrin uğurla icra olunduğunu dedi.
Prezident İlham Əliyev Nikolay Patskeviçin səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi. Azərbaycan Prezidenti əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı dövlət başçıları tərəfindən müəyyən edilmiş vəzifələrin uğurla həyata keçirilməsindən məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Belarus-Azərbaycan əlaqələrinin dostluq münasibətləri əsasında inkişaf etdiyini vurğuladı. İkitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyi ifadə edən Prezident İlham Əliyev Nikolay Patskeviçə gələcək fəaliyyətində uğurlar arzuladı.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranyanı və baş katibi Frans Şrayberi qəbul edib.

Oleqario Vaskes Ranya birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını məmnunluqla xatırlayaraq həmin oyunların yüksək səviyyədə təşkilinin və ümumilikdə ölkəmizdə gedən inkişaf proseslərinin, insanların göstərdiyi dost münasibətlərinin onda dərin təəssürat yaratdığını deyib. Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti dünyanın 90 ölkəsindən 1000-dən çox idmançının iştirak etdiyi atıcılıq üzrə Dünya Kuboku yarışlarının da Qəbələdə ən müasir standartlar səviyyəsində təşkil olunduğunu və bu tədbirin idman sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini vurğulayıb.

Dövlətimizin başçısı müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən dünya səviyyəli idman yarışlarının keçirilməsi üçün təkcə ölkəmizin paytaxtında deyil, regionlarda da müasir infrastrukturun yaradıldığını vurğulayıb və bu baxımdan atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının Qəbələ şəhərində keçirilməsinin önəmini qeyd edib.

Görüşdə Beynəlxalq İdman Atıcılıq Federasiyası ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə olunub.

AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Kəngərli rayonunda da uğurla icra olunur. Dövlət Proqramına uyğun olaraq, ötən dövrdə rayonda kompleks quruculuq tədbirləri həyata keçirilmişdir. İstifadəyə verilən müasir sosial obyektlər əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, rayonun mərkəzi olan Qıvraq qəsəbəsini də müasir yaşayış məntəqəsinə çevirmişdir.
Avqustun 7-də Qıvraq qəsəbəsində Ticarət-İaşə və Bazar Kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev açılış tədbirində iştirak etmişlər.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov çıxış edərək demişdir ki, muxtar respublikada həyata keçirilən abadlıq-quruculuq işləri Kəngərli rayonunu da əhatə etmişdir. Yaşayış məntəqələrində müasir şərait yaradılmışdır. Təkcə 2015-ci ilin ötən dövründə Kəngərli Rayon Təhsil Şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və Elektrik şəbəkəsi üçün yeni binalar istifadəyə verilmişdir. Hazırda Yurdçu kəndində yeni sosial obyektlərin inşası davam etdirilir, kənd yolu abadlaşdırılır. Ramiz Cəfərov yaradılan şəraitə görə rayon sakinləri adından minnətdarlıq etmişdir.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti bu diyarda ölkəmizin torpaqlarının, sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir”.
Bu gün Əlahiddə Ümumqoşun Ordunun dağ şəraitində və yüksəkliklərdə yerləşən hissə və bölmələrində nümunəvi xidmət şəraiti yaradılmışdır. Çətin dağlıq şəraitdə yerləşən hərbi hissələrdə xidmət edən əsgərlər torpaqlarımızı etibarlı qoruyurlar. Güclü maddi-texniki təminat, yüksək xidmət şəraiti və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırır. Bu sahədə həyata keçirilən tədbirlər Şahbuz rayonunun yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrini də əhatə etmişdir.

Ardını oxu...

Muxtar respublikada insanlar harada yaşamasından asılı olmayaraq dövlətin qayğısını öz üzərində hiss edir, qurub-yaradır, təsərrüfatla məşğul olurlar. Səfalı yaylaqlarda oba quran kənd adamlarının xoş güzəranı bunu bir daha təsdiq edir. Obalarda təsərrüfatla məşğul olan insanlar təkcə uca dağların deyil, həm də hərtərəfli dövlət qayğısının əhatəsində yaşayırlar. Onlarla mütəmadi görüşlərin keçirilməsi, yaylaqlarda səyyar tibbi və iaşə xidmətlərinin təşkili muxtar respublikada insan amilinə göstərilən diqqətin ifadəsidir.
İyulun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Batabat yaylaqlarına gəlmiş, burada məskən salan oba sakinləri ilə görüşmüşdür.

Ardını oxu...

Naxçıvan qədim tarixə və zəngin mədəniyyətə malikdir. Aparılan araşdırmalar nəticəsində burada tarixi minilliklərə dayanan yaşayış məskənləri aşkar olunmuşdur. Xüsusilə, son illər beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyəti Naxçıvan tarixinin açılma­mış qatlarını üzə çıxarmış, yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinə imkan vermişdir. Kültəpə, Oğlanqala, Ovçular təpəsi və Qız qalası kimi qədim yaşayış yerləri bəşər sivilizasiyasının ilkin dövrünün yadigarlarıdır. Bu tarixi abidələr beynəlxalq ekspedisiyaların da diqqətini cəlb edir. Muxtar respublika ərazisində aparılan arxeoloji tədqiqatlarda dünyanın ayrı-ayrı elm ocaqlarından gəlmiş alim və tədqiqatçılar yaxından iştirak edirlər.
İyulun 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur rayonundakı Qız qalası qədim yaşayış yerinə gəlmiş, Azərbaycan-Amerika Birləşmiş Ştatları arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqat işləri ilə maraqlanmışdır.

Ardını oxu...

Bu gün muxtar respublikada təbiətə qayğı ilə yanaşılır, onun yaşıl örtüyü qorunur. Kəskin kontinental iqlimin təsirinə baxmayaraq, dağlar, təpələr insan əməyi nəticəsində yaşıllıqlara bürünür. Artıq Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə, yol kənarlarında boy atan ağaclar, barverən min hektarlarla meyvə bağları insanda xoş ovqat yaradır, onu təbiətə bağlayır. Bu səbəbdəndir ki, əkilən tinglərə, bağ və yaşıllıq zolaqlarına ilboyu qulluq göstərilir. Yay aylarında isə bu iş daha intensiv hal alır. Sakinlər çəkdikləri zəhmətin hədər getməməsi üçün iməciliyə çıxır, yaşıllıq sahələrində və bağlarda çalışırlar.
İyulun 25-də muxtar respublikada növbəti iməciliklər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının kollektivləri Uzun­oba Su Anbarının ətrafındakı meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər.

Ardını oxu...

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 689; 2001, № 11, maddə 677; 2002, № 5, maddə 237; 2003, № 6, maddə 273, № 8, maddə 419; 2004, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005, № 4, maddə 283, № 10, maddə 884; 2007, № 3, maddə 212, № 11, maddə 1051; 2008, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə 959; 2009, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010, № 7, maddə 605, № 11, maddələr 942, 943, 961; 2011, № 3, maddə 166, № 7, maddə 613; 2012, № 2, maddə 54, № 3, maddə 192, № 6, maddə 525, № 9, maddə 840, № 11, maddə 1059; 2013, № 3, maddə 233, № 6, maddə 597, № 11, maddələr 1262, 1263, № 12, maddə 1490; 2014, № 5, maddə 463, № 7, maddə 760, № 11, maddə 1375) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. “Culfa rayonu” bölməsinin 60.10-cu və 60.17-ci sıraları ləğv edilsin.
2. “Babək rayonu” bölməsinə aşağıdakı məzmunda 59.28-ci və 59.29-cu sıralar əlavə edilsin:
“59.28. Göynük bələdiyyəsi – Göynük kəndi
59.29. Nəhəcir bələdiyyəsi – Nəhəcir kəndi”.


İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 may 2015-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Rafael Harpazın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirən dövlətimizin başçısı gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Səfir Prezident İlham Əliyevə minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycan ilə bağlı xoş xatirələr onun qəlbində daim yaşayacaq.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki (ABŞ), İqor Popovu (Rusiya), Pyer Andryönü (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iyulun 22-də rəsmi qarşılanma mərasimi olub.

* * *

İyulun 22-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın indiki vəziyyəti və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk arasında söhbət təkbətək görüşdə davam etdirilib.

* * *

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun birgə mətbuat konfransı olub.
Dövlətimizin başçısı İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bəyanatlarla çıxış ediblər.

AZƏRTAC

İyulun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. Bu gün milli mətbuatın yaranmasının 140 illik yubileyini qeyd edirik. 22 iyul – ölkəmizin siyasi həyatında bir də onunla əlamətdardır ki, ümummilli liderimiz Heydər Əliyev 25 il bundan əvvəl – 1990-cı il iyulun 22-də Mos­kvadan Naxçıvana gələrək buradan öz xilaskarlıq missiyasına başlamışdır. Xalqımız üçün son dərəcə ağır olan 1990-1993-cü illərdə ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanın xilası naminə mühüm tədbirlər görülmüş, mətbuat xüsusi qayğı ilə əhatə olunmuş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur.
Ali Məclisin Sədri hər iki əlamətdar gün münasibətilə mətbuat işçilərini və muxtar respublika əhalisini təbrik edərək demişdir: Ölkəmizdə mətbuatın inkişafı ümummilli liderimizin adı ilə bağlıdır. Əgər on doqquzuncu əsrin sonlarında görkəmli Azərbaycan ziyalıları mətbuatı xalqın maariflənməsinə səfərbər edirdilərsə, dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə mətbuat milli ideologiyanın və ictimai şüurun inkişafında əsas vasitəyə çevrilmişdir.

Ardını oxu...

İyulun 21-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası keçirilmişdir.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
1. 2015-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi
2015-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov demişdir ki, muxtar respublikada hesabat dövrü ərzində təhsil, mədəniyyət, səhiyyə, rabitə, energetika və digər sahələr də daxil olmaqla müasir tələblərə cavab verən yeni obyektlər istifadəyə verilmiş, yollar salınmış, körpülər tikilmiş, istehsal və xidmət sahələrinin yaradılması istiqamətində işlər davam etdirilmişdir. Cari ilin 6 ayı ərzində muxtar respublikada tikinti-quraşdırma işlərinə sərf olunmuş investisiyaların həcmi 2,7 faiz artmış, tikinti sahəsində 11 min nəfərə yaxın işçi çalışmışdır. Bu dövrdə muxtar respublikada 189 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:
Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası gəlirlər üzrə 74 084 717 manat, xərclər üzrə 349 702 322 manat məbləğində olmaqla təsdiq edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 21 iyul 2015-ci il

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun 26.4.1-ci maddəsində “vətəndaşlığını itirdikdə” sözləri “vətəndaşlığına xitam verildikdə” sözləri ilə əvəz edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 21 iyul 2015-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında mətbuat sahəsində səmərəli fəaliyyətlərinə görə:

İsmayılov Sərxan Yaqub oğlu
Məmmədov Ziya Məmməd oğlu
Mirzəyeva Səkinə Abdulla qızı
Səfərov Məhəmməd Pənah oğlu
Talıbova Səadət Mənsim qızı – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 21 iyul 2015-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında mətbuat sahəsində səmərəli fəaliyyətlərinə görə:
Babayeva Təhminə Adil qızına
İsmayılov Babək Ələkbər oğluna
Sultanova Mehriban Paşa qızına – “Əməkdar jurnalist” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 21 iyul 2015-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 15 iyul tarixli sərəncamları ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin işçiləri də vardır.

“Əməkdar jurnalist”

Hüseynova Qahirə Müslüm qızı

“Əməkdar mədəniyyət işçisi”

Ələsgərov Məmmədrza Hüseyn oğlu

“Tərəqqi” medalı ilə

Əzimova Sara Nurəddin qızı
Hüseynova Lalə Qurbanəli qızı
Məmmədov Elçin Nadir oğlu
Məmmədov Elxan Qadir oğlu
Məmmədov Muxtar Məmməd oğlu
Nəbiyeva Şəhla Valeh qızı
Qənbərov Qafar Tahar oğlu
Tahirli Sahil Abdulla oğlu

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb.
Azərbaycanın milli maraqlarının qorunmasındakı qətiyyətli mövqeyinə görə dövlətimizin başçısına Mətbuat Şurasının xüsusi mükafatı təqdim olunub.
Prezident İlham Əliyev milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə jurnalistləri və xalqımızı təbrik edib, bayram ərəfəsində bir çox jurnalistlərin orden, medal və fəxri adlarla təltif olunduğunu deyib.
Sonra Prezident İlham Əliyev milli mətbuatın 140 illiyi münasibətilə imzaladığı Sərəncama əsasən Mətbuat Şurasının fəxri ad alan üzvlərinə mükafatları təqdim edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Tarixi abidələr baxımından Azərbaycan çox zəngin dövlətdir. Biz bu abidələri qorumalıyıq, bərpa etməliyik və xüsusilə ölkəmizin tarixi yerlərində qədim üsluba üstünlük verməliyik”.
Naxçıvan Muxtar Respublikasında xalqımızın qədim mədəniyyətinin, qəhrəmanlıq və mübarizə tarixinin izlərini özündə yaşadan qala və istehkamların bərpasına xüsusi diqqət yetirilir. Bu sahədə görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən “Əlincəqala” tarixi abidəsində bərpa işləri aparılır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitu­siyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyası 2015-ci il iyul ayının 21-də saat 1100-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilsin:
1. 2015-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Mux­tar Respublikasının Qanununda dəyişiklik edilməsi
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 16 iyul 2015-ci il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın təsviri təsdiq edilsin (əlavə olunur).
2. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilsin (əlavə olunur).

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 16 iyul 2015-ci il

1. Ümumi müddəalar

1.1. Bu sənəd daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin, habelə daşınmaz əmlak üzərində hüquqların yüklülüyünün dövlət qeydiyyatının rəsmiləşdirilməsi zamanı verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (bundan sonra – dövlət reyestri) çıxarışın təsvirini müəyyən edir.
1.2. Dövlət reyestrindən çıxarış ciddi hesabat sənədidir və onun iki hərfdən ibarət seriyası və yeddi rəqəmdən ibarət nömrəsi olur.
1.3. Dövlət reyestrindən çıxarışı qanunla müəyyən olunmuş qaydada hüquqların qeydiyyatı üçün əsas olan sənədlər əsasında, Azərbaycan Respublikasının dövlət dilində, A4 formatlı qoruyucu nişanlı xüsusi kağızda Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərtib edir.

Ardını oxu...

İyulun 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının 2015-ci ilin 6 ayında gördüyü işlər barədə müşavirə keçirilmişdir.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri Azər Zeynalov məruzə etmişdir.
Müzakirə olunan məsələ ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov, Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri Vəli Ələsgərov, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Naxçıvan Sərhəd Diviziyasının komandiri Asəf Quliyev, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru Yaşar Həsənov və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov məlumat vermişlər.

Ardını oxu...

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 115 ünvanında yerləşən mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, ilk dəfə bu mərkəzdə “ASAN ECO oturacaq”lar quraşdırılıb. Bunların hər biri ASAN loqosu formasında olan Günəş panelləri ilə təchiz olunub. Qurğuya yerləşdirilmiş modem vasitəsilə isə internetdən pulsuz yararlanmaq imkanı var.
5 saylı “ASAN xidmət” mərkəzinin ikimərtəbəli binasında ən yüksək standartlar tətbiq olunub.
Prezident İlham Əliyev yeni xidməti işə saldı.

AZƏRTAC

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR