09 Yanvar 2025, Cümə axşamı

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) Apellyasiya Şurası (bundan sonra – Apellyasiya Şurası) sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Nazirliyin aparatının və onun struktur qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə (bundan sonra – şikayət) baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.
1.2. Apellyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncə şəhərinə səfərə gedib.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, Gəncəçay çayı boyunca yaradılan park-bulvar kompleksi ilə, Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olub, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin binasının, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin balansında olan 240 yerlik körpələr evi-uşaq bağçasının, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının, Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışlarında iştirak edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Piri Abbas oğlu Nağıyev Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 17 fevral 2016-cı il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib.
NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdıran xüsusi nümayəndə Ceyms Appaturay Prezident İlham Əliyevin NATO-nun mənzil-qərargahına son səfərini və keçirdiyi görüşləri xatırlayıb.
Dövlətimizin başçısı NATO-nun baş katibi Yens Stoltenberqlə Davosda keçirdiyi müzakirələr zamanı görüşdüyünü məmnunluqla qeyd edib.
Söhbət zamanı Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olmasının razılıq doğurduğu vurğulanıb, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfə yüksək qiymətləndirilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, NATO-nun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün daim dəstəklənməsindən məmnunluq ifadə olunub.
Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş edib.

AZƏRTAC

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə iştirak edib.
Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva da iştirak ediblər.
Panel-müzakirənin aparıcısı Melinda Kreyn tədbirin mövzusunun dünyada iqlim və enerji təhlükəsizliyinə həsr olunduğunu deyib. Daha sonra o, bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin, bir çox mötəbər qonaqların iştirak etdiyini bildirib və sözü dövlətimizin başçısına verib.
Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç, ABŞ Senatının ətraf mühit və ictimai işlər komitəsinin üzvü Şeldon Uaythaus, “Allianze SE” şirkətinin baş icraçı direktoru, Münxen Təhlükəsizlik Konfransının Məşvərət Şurasının üzvü Oliver Bate, “Green Peace International” təşkilatının sabiq icraçı direktoru Kumi Naydoo iqlim dəyişikliyi ilə bağlı ictimai rəyin yaradılması istiqamətində işlərin görülməsinin vacibliyini bildiriblər.
Çıxış edənlər enerji təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüblər. Sonra müzakirələr aparılıb.

AZƏRTAC

2016-cı ildə yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun anadan olmasının 150 illiyi tamam olur.
1866-cı ildə Naxçıvanda anadan olan Eynəli bəy Sultanov ilk təhsilini buradakı qəza məktəbində almış, sonra İrəvan kişi gimnaziyasında oxumuşdur. Qarsda, İrəvanda və Tiflisdə müxtəlif vəzifələrdə çalışmış, “Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti”ndə və Zaqafqaziya Maliyyə Komissarlığında işləmişdir. Mətbuatla sıx təmasda olmuş, “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri, “Kavkazskaya kommuna” qəzetinin redaktoru, “İşıq yolu” qəzetinin məsul katibi işləmişdir.
Ölkəmizdə maarifçiliyin inkişafında əvəzsiz xidmətləri olan Eynəli bəy Sultanov Naxçıvanda ilk kitabxana və mətbəəni, 1882-1883-cü illərdə “Ziyalı məclisi” və “Müsəlman dram incəsənəti cəmiyyəti” ədəbi-mədəni mərkəzlərini yaratmış, qabaqcıl fikirli gəncləri öz ətrafına toplayaraq 1883-cü ildə Naxçıvan teatrının yaranmasında yaxından iştirak etmişdir.

Ardını oxu...

Muxtar respublikanın qədim yaşayış məntəqələrindən biri də Şərur rayonunun Oğlanqala kəndidir. Əcdadlarımızın yaratdığı qədim mədəniyyətin izlərini və zəngin tarixi özündə yaşadan Oğlanqala kəndi bu gün həm də müasir görkəmi ilə diqqəti cəlb edir. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar bu kəndi də əhatə etmiş, aparılan geniş quruculuq işləri və tikilən müasir sosial obyektlər kəndin minillik tarixində yeni inkişaf dövrünün əsasını qoymuş, Oğlanqala muxtar respublikanın şəhərləşən kəndlərinin sırasına daxil olmuşdur. 

Oğlanqalada yeni məktəb binası istifadəyə verilmişdir

Fevralın 15-də Oğlanqala kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri Şərur rayonunu da əhatə etmişdir. Ötən il Şərur şəhərində Aviakassa binası, Cəlilkənd, Püsyan, Kürçülü, Axaməd, Kürkənd və Yuxarı Yaycı kəndlərində yeni sosial obyektlər, Yengicə kəndində sosial qayğıya ehtiyacı olan sakin üçün fərdi ev tikilərək istifadəyə verilmiş, 21,2 kilometr kənd yollarına asfalt örtük salınaraq yenidən qurulmuşdur. Bu dövrdə rayon ərazisində 5 yeni artezian quyusu qazılmış, 7 artezian quyusu isə bərpa edilmişdir. Bu gün Oğlanqala kəndində yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının istifadəyə verilməsi də muxtar respublikada kəndlərin inkişafına göstərilən qayğının ifadəsidir. İbrahim Məmmədov yaradılan şəraitə görə rayon əhalisi adından minnətdarlıq etmişdir.

Ardını oxu...

Muxtar respublikada milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlər görülür, dini-tarixi abidələrimiz bərpa olunur. Şərur rayonunun Xanlıqlar kəndindəki orta əsr Azərbaycan memarlığının qiymətli nümunələrindən olan “İmamzadə”nin bərpası da bu sahədə görülən işlərin davamıdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Münxendə ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini Marsel Lettre ilə görüşüb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib. Münasibətlərimizin bir sıra sahələrdə tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb. Terrorizmlə mübarizə sahəsində əməkdaşlıq baxımından yaxşı perspektivlərin olduğu qeyd edilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”da iştirak edib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Münxendə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb.

* * *

Fevralın 12-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kaspersky Lab” şirkətinin sahibi və icraçı direktoru Yevgeni Kasperski ilə görüşü olub.

AZƏRTAC

Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu ölkəsinin milli bayramı – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir.

Ardını oxu...

Fevralın 12-də Naxçıvan şəhərinin Atabəylər məhəlləsində Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi və yeraltı qaraj istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını bildirən lenti kəsmişdir.

Ardını oxu...

Fevralın 10-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olmuşdur.

Ardını oxu...

Fevralın 9-da – Naxçıvan Muxtar Respublikasının yaranmasının 92-ci ildönümündə muxtar respublika Ali Məclisində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin, “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Hərbi xidmətlərə görə” və “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin, 2014-2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinə mükafatların təqdimat mərasimi keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafının təmin edilməsi məqsədi ilə qərara alıram:
1. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin və hər ilin yekununda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 8 fevral 2016-cı il

Fevralın 4-də Londonda “Suriyaya və regiona dəstək” konfransı işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin baş katibi Pan Gi Munun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun, Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin, Norveç Krallığının Baş naziri Erna Solberqin və Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə konfransda iştirak edib.
Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda Suriyaya təcili və uzunmüddətli yardımın təmin edilməsi, regionda humanitar və təhsil layihələrinin reallaşdırılması, böhrandan əziyyət çəkən qaçqınların sosial problemlərinin həll olunması, onları qəbul edən ölkələrə dəstək göstərilməsi məsələləri müzakirə edilib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Londonda “Suriyaya və regiona dəstək” konfransı çərçivəsində Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.

AZƏRTAC

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Fazil Nəriman oğlu Ələkbərova general-mayor ali hərbi rütbəsi verilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2016-cı il

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də BMT-nin baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi xanım Şamşad Axtarı qəbul edib.
Görüşdə Azərbaycan ilə BMT arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib, xanım Şamşad Axtarın ölkəmizə bu səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Söhbət zamanı regional əməkdaşlığın genişləndirilməsinin önəmi vurğulanıb, dünyada mövcud olan maliyyə böhranı şəraitində iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyətindən danışılıb, Azərbaycanda bu istiqamətdə işlərin uğurla həyata keçirildiyi bildirilib.
Görüşdə, eyni zamanda, Azərbaycan-BMT əməkdaşlığının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 2 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının əməkdaşı da vardır.

Məmmədov Vüqar
Ənvər oğlu

“Tərəqqi” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gedib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Abu Dabinin Prezident hava limanında dövlətimizin başçısını Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.

* * *

Fevralın 1-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü olub.

* * *

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Abu Dabidə Şeyx Zayed məscidi kompleksini ziyarət edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətlərinə görə:

Abdullayev Mahmud Vaqif oğlu

Əsgərov Elnar Muxtər oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 1 fevral 2016-cı il

Yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşüb.
Bir neçə gündən sonra Birinci Gənclər Forumunun 20-ci ildönümünün qeyd olunacağını deyən Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə keçirilən ilk forumun Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
“Biz Azərbaycanda güclü, özünəgüvənən dövlət qururuq və bu dövlət əbədi yaşamalıdır”, – deyən Prezident İlham Əliyev son 20 ili inkişaf və sabitlik dövrü kimi xarakterizə edib. Hazırda iqtisadi sahədə ciddi islahatların aparılmasına böyük ehtiyacın olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, gələcək illər innovasiya dövrü olacaq və əsas sözü texnologiyalar deyəcək. Buna görə də neftdən asılılıq tamamilə aradan qaldırılmalı, gənclər də cəmiyyətin bütün işlərində fəal rol oynamalıdırlar.
Sonra Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir qrup gəncə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomları təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akçanı qəbul edib.
Dövlətimizin başçısı Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə çox yaxşı ikitərəfli əlaqələrinin, o cümlədən siyasi və iqtisadi əməkdaşlığının əhəmiyyətini vurğulayaraq ölkəmizin bu əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu deyib. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq etdiyini bildirən Prezident İlham Əliyev təşkilatın iki sammitinin ölkəmizdə keçirilməsinin önəmini qeyd edib. Dövlətimizin başçısı dünyada iqtisadi çətinliklərin və böhranın hökm sürdüyü bir vaxtda təşkilatın üzv dövlətləri arasında iqtisadi əməkdaşlığın əhəmiyyətli olduğunu deyib. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akçanın ölkəmizə səfərinin təşkilatın fəaliyyətinin gələcək planları ilə bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olduğunu vurğulayan baş katib Xəlil İbrahim Akça rəhbərlik etdiyi təşkilatın ölkəmizdə keçirilən sonuncu sammitini məmnunluqla xatırlayıb.
Görüşdə Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 2015-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Almaniya Federal Statistika İdarəsinin prezidenti Diter Sarrayteri və Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarskini qəbul edib.
Dövlətimizin başçısı “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin ikinci fazasının təqdimatı ilə bağlı keçirilən konfransın əhəmiyyətini qeyd edib. Bütün sahələrdə işlərin planlaşdırılmasında, iqtisadi inkişafa nail olunmasında dəqiq statistikanın rolunu xüsusi vurğulayan Prezident İlham Əliyev ölkəmizin statistika sistemində islahatların aparılmasının önəmindən danışaraq bu baxımdan Tvinninq layihəsinin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski layihənin birinci fazasının icrası zamanı ölkəmizdə Tvinninq üzrə rezident-müşavir vəzifəsində çalışdığı müddətdə görülən işlərdən danışıb.
Almaniya Federal Statistika İdarəsinin prezidenti Diter Sarrayter səmərəli siyasətin işlənib hazırlanmasında düzgün statistik məlumatların əldə edilməsi və istifadə olunmasının vacibliyinə toxunub, bu sahənin təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

AZƏRTAC

Yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Konfransda nitq söyləyən Prezident İlham Əliyev bildirib ki, 2015-ci ildə dünyada iqtisadi böhranın daha da dərinləşməsinə baxmayaraq, ötən il Azərbaycanda bir çox məsələlər uğurla həll olunub.
2004-cü ildən regionların inkişafı ilə bağlı fəaliyyətdə olan dövlət proqramını xalqımızın həyatında tarixi hadisə adlandıran Prezident İlham Əliyev deyib ki, son 12 ildə 25 elektrik stansiyası tikilib, ölkə üzrə qazlaşdırma 90 faizə yaxınlaşıb, bütün şəhərlərimiz “mavi yanacaq”la təmin olunub, 10 min kilometrdən çox yol çəkilib, xeyli sosial layihələr icra edilib, 3 min məktəb, 600-ə yaxın xəstəxana, 41 olimpiya mərkəzi tikilib, maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb, məcburi köçkünlər üçün 225 min insanın yaşadığı 89 şəhərcik salınıb.
İqtisadiyyat naziri Şahin Mustafayev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ili çərçivəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Sonra “Mətanət A” şirkətinin baş direktoru Elxan Bəşirov, Qusar Logistika Mərkəzi və Bağçılıq Təsərrüfatının baş direktoru Elnur Mənsimov, Naxçıvanda fəaliyyət göstərən “Cahan Holdinq”in direktoru Vüqar Abbasov və başqaları çıxış ediblər.

AZƏRTAC

Yanvarın 26-da Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Naxçıvan tarixi” çoxcildliyinin təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvanın elmi həyatında mühüm hadisə olan “Naxçıvan tarixi” çoxcildliyinin təqdimatı münasibətilə muxtar respublika ziyalılarını və elmi ictimaiyyəti təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan böyük şəxsiyyətlər yetişdirmiş bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”, – fikrini xatırladaraq demişdir: Bəşər sivilizasiyasının ilk məskənlərindən olan Naxçıvan antik və orta əsrlər dövrü maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə – ilk insanların yaşadığı mağaralar, qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir. Naxçıvan həm də Azərbaycan dövlətçilik tarixinə mühüm töhfələr verən bir diyardır. Azərbaycan türkləri min illər boyu burada ardıcıl həyat sürmüş, öz dövlətlərini yaratmışlar. Beş min il bundan əvvəl Naxçıvan şəhər mədəniyyətinin formalaşması bu yurdda sivilizasiyanın inkişafının ən mühüm göstəricisidir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də ATƏT Parlament Assambleyası sədrinin müavinləri Georgi Tseretelinin və Kent Harstedtin başçılıq etdiyi, ATƏT PA-nın baş katibi Roberto Montellanın daxil olduğu nümayəndə heyətini qəbul edib.
Georgi Tsereteli ATƏT Parlament Assambleyasının sədri İlkka Kanervanın xəstəliyi ilə bağlı Azərbaycana səfər edə bilməməsini təəssüflə qeyd etdi. O, ölkəmizin təmsil etdiyi qurum üçün prioritet olduğunu və Azərbaycan ilə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını dedi. Georgi Tsereteli ATƏT-in həyata keçirdiyi layihələrdə Azərbaycanın iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. O, ATƏT Parlament Assambleyasının 2014-cü ildə Bakıda illik sessiyasının yüksək səviyyədə keçirildiyini məmnunluqla xatırladı. Azərbaycan ilə bu günə qədər əməkdaşlığın uğurla həyata keçirildiyini bildirən qonaq bu əməkdaşlığı konstruktiv və anlaşma ruhunda yeni mərhələdə davam etdirmək niyyətində olduqlarını dedi.
Dövlətimizin başçısı ATƏT Parlament Assambleyası sədrinin müavini Georgi Tseretelinin ölkəmizə səfərinin məhsuldar və səmərəli olacağına ümid etdiyini bildirdi.
Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda İsveçrə Konfederasiyasının Prezidenti Yohan Şnayder-Amman ilə görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, nəqliyyat sahələrində səmərəli əməkdaşlığın olduğu vurğulanıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan danışılıb.

* * *

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub.

* * *

Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində dünya iqtisadi liderlərinin “2016-cı il üçün mütləq xarakterli tövsiyələr” mövzusunda qeyri-rəsmi toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Fariz Nəriman oğlu Bağırov Naxçıvan Muxtar Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 22 yanvar 2016-cı il

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının yaşayış məntəqələrində də müasir infrastruktur yaradılır, insanların sosial problemləri həll olunur.

Son illər kəndlərin kompleks abadlaşdırılması bu tədbirlər içərisində xüsusi yer tutur. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən quruculuq tədbirlərindən Babək rayonunun Xəlilli kəndinə də pay düşmüş, kənddə yeni sosial obyektlər inşa olunmuşdur.

Yeni məktəb binası müasir tədris imkanlarına malikdir 

Yanvarın 22-də Xəlilli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasının açılışını bildirən lenti kəsmişdir.
Açılış tədbirində məktəbin direktoru Əfqan Vəliyev çıxış edərək demişdir ki, yeni məktəb binası müəllim və şagirdlərin sevincinə səbəb olmuşdur. Yaradılan şərait tədrisin səviyyəsini xeyli yüksəldəcəkdir. Bu şərait pedaqoji kollektivin qarşısında yeni vəzifələr qoyur. Çalışacağıq ki, göstərilən etimadı layiqincə doğrul­daq, savadlı və vətənpərvər gənclər yetişdirək.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xəlilli kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün muxtar respublikanın kəndləri abadlaşır, yeni yollar çəkilir, məktəb binaları, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları tikilərək istifadəyə verilir. Həyata keçirilən bu tədbirlər içərisində ən vacibi məktəb tikintisidir. Çünki təhsilə, məktəb işinə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Əgər yaxşı mütəxəssis, müəllim, həkim, əsl vətəndaş hazırlamaq istəyiriksə, ölkəmizin gələcəyini düşünürüksə, onda məktəb işinə xüsusi diqqət yetirməliyik.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.
Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəldilər.
Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 20-də xanımı Mehriban Əliyeva ilə birlikdə İsveçrəyə işgüzar səfərə gedib.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşü olub.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian ilə görüşüb.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Xarici Kəşfiyyat Xidmətinə tapşırılsın ki, əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say tərkibi barədə təkliflərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 21 yanvar 2016-cı il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Famil Naqim oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 21 yanvar 2016-cı il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sənaye istehsalının artırılması məqsədi ilə qərara alıram:
1. “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi investisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarını müəyyən etsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi investisiya təşviqi sənədini almış şəxslərə qanunla nəzərdə tutulmuş güzəştlərin tətbiqi üçün müvafiq tədbirlər görsünlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 21 yanvar 2016-cı il

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 21 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Bu Qayda Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara (bundan sonra – sahibkar) investisiya təşviqi sənədinin verilməsi qaydasını müəyyən edir.
2. İnvestisiya təşviqi sənədi bu Qaydanın 3-cü hissəsində göstərilən meyarlara tam cavab verən investisiya layihələrini təqdim etmiş sahibkarlara verilir. İnvestisiya təşviqi sənədi qanunvericiliklə müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir.

Ardını oxu...

20 Yanvar faciəsi Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Həmin gün xalqımızın azadlıq səsini ucaltdığı, öz suverenliyi, ərazi bütövlüyü uğrunda qəhrəmanlıq nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix xalqımız tərəfindən daim müstəqillik və qəhrəmanlıq rəmzi kimi anılır.
Qəhrəmanlıq və qürur tariximiz olan 20 Yanvar faciəsindən 26 il ötür. Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da hər il 20 Yanvar şəhidlərinin xatirəsi əziz tutulur, şəhər və rayonlardakı şəhidlər xiyabanlarını minlərlə insan ziyarət edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilsin.
2. Müəyyən edilsin ki, Naxçıvan Muxtar Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin vəzifə və funksiyaları Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə verilir.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 19 yanvar 2016-cı il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi adlandırılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 19 yanvar 2016-cı il

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə nitq söyləyib.
Hökumət üzvləri müzakirələrdə çıxış ediblər.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İqor Yukiçin etimadnaməsini qəbul edib.
Səfir İqor Yukiç fəxri qarovul dəstəsinin qarşısından keçib.
İqor Yukiç etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafındakı rolu xüsusi vurğulanıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnqrid Tersmanın etimadnaməsini qəbul edib.

AZƏRTAC

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə nitq söyləyib.
Hökumət üzvləri müzakirələrdə çıxış ediblər.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İqor Yukiçin etimadnaməsini qəbul edib.
Səfir İqor Yukiç fəxri qarovul dəstəsinin qarşısından keçib.
İqor Yukiç etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafındakı rolu xüsusi vurğulanıb.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İnqrid Tersmanın etimadnaməsini qəbul edib.

AZƏRTAC

Yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, sağlam cəmiyyət qurucu­luğunda və gənclərlə işin düzgün təşkilində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Bu gün muxtar respublika əhalisinin 60 faizdən çoxunu 35 yaşadək gənclərin təşkil etməsi qarşıya mühüm vəzifələr qoyur. Əgər sabitliyi qorumaq, cinayət hadisələrinin qarşısını almaq, ölkənin gələcək inkişafını təmin etmək istəyiriksə, o zaman gənclərlə işə ciddi diqqət yetirmək lazımdır. Muxtar respublikada gənc­lərin sağlam həyat tərzinə yönəldilməsi, onların vətənpərvər ruhda böyüdülməsi və peşə sahibi olması diqqət mərkəzində saxlanılır, hər il bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı müşavirə keçirilir, qarşıda duran vəzifələr müzakirə olunur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahı qəbul edib.
Azərbaycan ilə Pakistan arasında siyasi münasibətlərin yüksək səviyyəsinin məmnunluq doğurduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin yaxın tərəfdaş və müttəfiq dövlətlər olduğunu, xalqlarımızın bir-birinə qardaşlıq münasibəti bəslədiyini deyib. Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana səfərini və səfər zamanı aparılan konstruktiv müzakirələri məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrin genişləndirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullahın ölkəmizə səfərinin bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullah ölkəmizin, xüsusilə Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını deyib. Pakistan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin tarixi, dini və mədəni köklərə malik olduğunu xüsusi vurğulayan Muhammad Zakaullah xalqlarımızın münasibətlərinin yüksək səviyyədə olduğunu deyib, ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında idmanın inkişafında səmərəli fəaliyyətlərinə görə:
Hacıyev Emin Davud oğlu – “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə;
Əliyev İbadulla Əkbər oğlu – “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə;
Bağırov Ayaz Aydın oğlu
Qurbanov Xəyal Məhərrəm oğlu
Salmanlı Nazim Məmməd oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 14 yanvar 2016-cı il

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin təməlində inkişaf və tərəqqi dayanır. Dahi şəxsiyyətin yolunun davam etdirilməsi Naxçıvanın inkişafında yeni mərhələnin əsasını qoymuş, muxtar respublikanın quruculuq xəritəsi genişlənmişdir. Son illər Kəngərli rayonunda da geniş tikinti-quruculuq işləri həyata keçirilmişdir. İnsana qayğını özündə təcəssüm etdirən bu inkişaf rayonun bütün kəndlərini əhatə etmiş, müasir məktəb binaları, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, yollar abadlaşdırılmış, sənaye müəssisələri yaradılmış, yeni iş yerləri açılmışdır.

Yurdçu kənd yolu yenidən qurulmuşdur

Yol-nəqliyyat kompleksinin müasirləşdirilməsi muxtar respublikada həyata keçirilən quruculuq işlərinin tərkib hissəsinə çevrilmişdir.

Yanvarın 14-də Yurdçu kənd yolu istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçanı qəbul edib.

Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından danışılıb, ölkələrimiz arasında bir çox sahələrdə tərəfdaşlıq münasibətlərinin qurulmasından məmnunluq ifadə olunub. Zəngin tarixə malik olan enerji sahəsində əməkdaşlığın ABŞ-ın dəstəyi ilə daha da genişləndirilməsinin önəmi qeyd edilib. Beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinə toxunularaq Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinin əhəmiyyəti vurğulanıb, ölkəmizdə gedən demokratik proseslər və bunun perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin regional vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib.

İkitərəfli münasibətlərin hazırkı vəziyyətinin təhlil olunduğu görüşdə əməkdaşlığımızın bundan sonra daha da möhkəmləndirilməsinin vacibliyi bildirilib.

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lahssan Boufaresin etimadnaməsini qəbul edib.
Lahssan Boufares etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Əlcəzair arasında əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb. Dövlətimizin başçısı bu əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Azərbaycan Prezidenti qarşılıqlı səfərlərin və biznes nümayəndələrinin birgə əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağını qeyd edib. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən BMT çərçivəsində əməkdaşlığının önəmini vurğulayıb.
Səfir Lahssan Boufares Əlcəzairdə səfirliyin açılması ilə bağlı Azərbaycanın qəbul etdiyi qərarın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini deyib. Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu deyən səfir bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

AZƏRTAC

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak edib, yüksəkgərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoyub.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qurumun yaranması və fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev iri qabaritli transformatorlar zavodunu işə saldı.
Məlumat verildi ki, ümumi sahəsi 15,6 hektar, istehsal sahəsi isə 14 min kvadratmetr olan zavod 3 korpus və 5 istehsal sahəsindən ibarətdir. Müəssisədə iri qabaritli güc transformatorları və reaktorların istehsalı nəzərdə tutulur. Burada həm də müxtəlif növ elektrotexniki avadanlıqlar, açıq və qapalı tipli yarımstansiyalar istehsal ediləcək. Cənubi Qafqazda analoqu olmayan, dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi avadanlıqla təchiz edilmiş zavodda yüksəkkeyfiyyətli məhsul hazırlamaq üçün bütün şərait var. Burada 300 nəfər işlə təmin edilib.
Sonra Prezident İlham Əliyev yüksəkgərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoydu.
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi və reabilitasiyasını yaxşılaşdırmaq məqsədilə qərara alıram:
1. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və ildə bir dəfə icra barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 11 yanvar 2016-cı il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılmasının təmin edilməsi məqsədilə qərara alıram:
1. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və ildə bir dəfə icra barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 11 yanvar 2016-cı il

Ölkəmizdəki mövcud sabitlik və inkişaf insanların gələcəyə olan inamını daha da artırır, xalqımız qarşıdan gələn hər ili birlik və həmrəylik duyğuları ilə qarşılayır. Yola saldığımız 2015-ci il müstəqil Azərbaycanın tarixində uğurlu inkişaf dövrü kimi qalacaqdır. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin əhatə dairəsini genişləndirmiş, yaşayış məntəqələri daha müasir görkəmə qovuşmuşdur. İstifadəyə verilən yeni yollar, səhiyyə, təhsil və mədəniyyət müəssisələri, sənaye kompleksləri qədim diyarın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.

Ardını oxu...

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR